Tövratda Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun işlər

Allah Quranda bütün iman edənlər üçün Peyğəmbərimizdə (s.ə.v.) "çox gözəl nümunələr" olduğunu bildirmişdir. Bu səbəblə, Peyğəmbər əfəndimizin (s.ə.v.) gündəlik həyatı bütün müsəlmanlar üçün çox əhəmiyyətli və qiymətlidir. Saleh möminlər gündəlik həyatlarının Peyğəmbərimizin (s.ə.v.) həyatına bənzəməsi üçün diqqət yetirərlər. Hz. Muhəmmədin (s.ə.v.) bir gününü necə keçirdiyi, hansı yeməkləri sevdiyi, bunları necə yediyi, hansı paltarlarının olduğu, saçlarını necə şəkilləndirdiyi, təmizlik mövzusundakı həssaslığı, söhbətləri, müsəlmanlara və digər insanlara qarşı necə davrandığı möminlər üçün çox qiymətli məlumatlardır.
Peyğəmbərimiz (s.ə.v.) və səhabələrinin (yaxın ətrafının) etdiyi əməl və işləri sünnə olaraq adlandırılır və bütün müsəlmanlar bu sünnəyə uyğun yaşamaqla mükəlləfdir. Hz. Adəmdən etibarən göndərilən bütün elçilərin üstün əxlaqları və digər insanlara nümunə olacaq həyatları vardır. Peyğəmbər əfəndimizin (s.ə.v.) bildirdiyinə görə, bütün elçilər Rəbbimizin gözəl əxlaq, heybət, hikmət, təsirli xitab, alicənablıq və nur lütf etdiyi müqəddəs insanlardır. Bu mübarək şəxslərin həyatları, cəmiyyətlərə işıq saçan adətləri və ədəbləri də onların sünnəsidir. Peyğəmbərimiz (s.ə.v.) hədisi-şəriflərində bütün peyğəmbərlərin və göndərilən elçilərin sünnələrinin bir-birinə bənzər olduğunu xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) sünnəsi də peyğəmbərlər silsiləsinin sünnəsidir və "Sünnələrin ən gözəli Muhəmmədin (s.ə.v.) sünnəsidir" hədisində buyurulduğu kimi, bunların ən gözəlidir.
Quranda da bütün peyğəmbərlərin eyni soydan gəldikləri, eyni inancda və əxlaqda olduqları xəbər verilir:
Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.
Biz, həmçinin İsmaili, Əlyəsə’i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən  üstün tutduq.
Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar  bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik.  (Ənam surəsi, 83-89)
     Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.  (Məryəm surəsi, 58)
Hz. Musaya vəhy edilmiş Tövrat detallı olaraq araşdırıldığında içində Peyğəmbərimizdən (s.ə.v.) əvvəl yaşamış  elçilərin və nəbilərin həyatları, əxlaqları və sünnələri ilə əlaqədar əhəmiyyətli məlumatların olduğu görülər. Günümüzdəki Tövrat zamanla təhrif olmuş və müxtəlif pozulmalara uğramışdır. Tövratdakı məlumatların hansının doğru, hansının səhv olduğunu anlamaq üçün onları Quran və sünnə işığında  qiymətləndirmək lazımdır. Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə bənzəyən və Quran ayələrinə uyğun Tövrat şərhləri doğru olduğuna hüsnü-zənn edilən şərhlərdir. Bu nöqteyi-nəzərlə araşdırıldığında Tövratda izah edilən peyğəmbərin sünnələri ilə Peyğəmbərimizin (s.ə.v.) mübarək sünnəsi arasındakı bənzərliklər də ortaya çıxacaq.
Kitabın bu hissəsində aləmlərə nur olaraq göndərilən son peyğəmbər Hz. Muhəmmədin (s.ə.v.) sünnəsinə bənzəyən və bu sünnəyə uyğun Tövrat şərhləri yer almışdır.

 

 

Tövratda təsvir edilən geyim formaları

Araqçın (başlıq, təkkə) qoymaq:
Araqçın geyərdi. Bəzən onu sarığın altından, bəzən də tək geyərdi. Bəzən də onu çıxardıb başına və alnına şal bağlayardı. (Tirmizi, şəmaildə, s. 9; Buxari, cild 4, s. 248)
Mübarəyin paltarının çoxu ağ idi. Araqçınının üzərinə sarıq buraxardı. Köynəyini sağ tərəfdən geyinərdi. Cümə günü geydiyi xüsusi bir paltarı vardı. (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
Rəsulullah (s.ə.v.) zolaqlı araqçın taxardı. (Əl-məkarim, cild 1, s. 137; Əd-daaim, cild 2, s. 159)
Harunun oğullarına mintanlar, kəmərlər, görkəm və hörmət qazandıran başlıqlar düzəlt. (Misirdən çıxış, 28:40)
Bellərinə kəmər bağla, başlarına başlıq qoy. Qalıcı bir qayda olaraq kahinlik onların işi olacaq. Beləcə, Harunla oğullarını təyin etmiş olacaqsan. (Misirdən çıxış, 29:9 )
Harunun oğullarını önə çıxardı, onlara mintan geydirdi, bellərinə kəmər bağladı, başlarına başlıq qoydu. Musa hər şeyi Rəbbin buyurduğu kimi etdi. (Levililər, 8:13)
Köynək geymək:
Qəzali İhyaul-ulum kitabında belə deyir: Rəsulullah (s.ə.v.) özü üçün hazırlanan hər cür paltarı geyərdi. Köynək, cübbə, şal, və s. (Qəzali, İhyaul-ulum)
Onu köynəyinin üzərinə bağlayırdı, bəzən namaz və namaz xaricində açırdı. (Qəzali, İhyaul-ulum)
Köynəyini sağ tərəfdən geyinərdi. (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
İncə kətandan işlənmiş bir mintan* toxu, incə kətandan bir sarıq, bir də naxışlı kəmər düzəlt. (Misirdən çıxış, 28:39)
*Mintan: Yaxasız, uzun qollu kişi köynəyi.
Harunun oğullarını önə çıxarıb onlara mintan geydir. (Misirdən çıxış, 29:8)
Oğullarını gətirib mintanları geydir. (Misirdən çıxış, 40:14)
Haruna mintanı geydirdi, belinə kəməri bağladı, üzərinə cübbəni, onun üzərinə də efodu* geydirdi... (Levililər, 8:7)
*Efod: Antarinin üzərinə geyilən bir növ paltar.

 

 

Kətan paltarlardan istifadə edilməsi:

İbni şəhri-Aşib Mənakib kitabında belə rəvayət etmişdir: "(Hz. Muhəmməd) Eyni şəkildə pambıq və kətandan toxunmuş paltarlar geyərdi. Mübarəyin paltarının çoxu ağ idi..." (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
Məkarimul-əxlaq kitabında isə bu rəvayətə yer verilmişdir: "Kətan peyğəmbərlərin geyimlərindən idi". (Əl-məkarim, cild 1, s. 118)
Harunla oğulları üçün incə kətandan nəfis toxunmuş mintanlar, sarıqlar, bəzəkli başlıqlar, incə kətan paltarlar və göy, bənövşəyi, qırmızı ipliklə nəfis toxunmuş incə kətandan naxışlı kəmər düzəltdilər; eynilə Rəbbin Musaya buyurduğu kimi. (Misirdən çıxış, 39:27-29)
... Onlara kətan paltarlar tik. Boyu beldən dizə qədər olsun. Harunla oğulları hüzur çadırına girdiklərində və ya müqəddəs yerdə xidmət etmək üçün qurbangaha yaxınlaşdıqlarında... bu paltarları geyəcəklər. Harun və soyundan gələnlər üçün davamlı bir qayda olacaq bu. (Misirdən çıxış, 28:40-43)
Başlarına kətan sarıq sarıyacaq, kətan paltar geyəcəklər. Özlərini tərlədən bir şey geyməyəcəklər. (Yezekel, 44:18)
Müqəddəs kətan mintan, kətan paltar geyəcək, kətan kəmər bağlayacaq, kətan sarıq sarıyacaq. Bunlar müqəddəs geyimlərdir. Bunları geymədən əvvəl yuyunacaq. (Levililər, 16:4)
Haruna mintanı geydirdi, belinə kəməri bağladı, üzərinə cübbəni, onun üzərinə də efodu geydirdi. Nəfis toxunmuş şəridi ilə efodu bağladı. (Levililər, 8:7)
Müdriklik verdiyim bacarıqlı adamlara söylə, Haruna paltar tiksinlər. Belə ki, Mənə kahinlik etmək üçün müqəddəs qılınmış olsun. Tikəcəkləri paltarlar bunlardır: Sinəbənd, efod, cübbə, naxışlı mintan, sarıq, kəmər. Mənə kahinlik etmələri üçün böyük qardaşın Haruna və oğullarına bu müqəddəs geyimləri tikəcəklər. Qızıldan göy, bənövşəyi, qırmızı iplikdən, incə kətandan istifadə edəcəklər. (Misirdən çıxış, 28:3-5)

 

 

Sarıqdan istifadə etmək:

Araqçınının üzərinə sarıq buraxardı. (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
Rəvayətə görə Peyğəmbərimiz sarığını üç və ya beş dəfə dolayıb bağlayardı. (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
Sahab adında bir sarığı var idi və onu Əliyə (ə.s) bağışladı, Əli (ə.s) bu sarıqla gəldiyində Rəsulullah (s.ə.v.) belə buyurardı: "Sahabın içindəki Əli sizin yanınıza gəldi". (Qəzali, İhyaul-ulum, cild 2, s. 377)

Mən də Yeşuanın başına təmiz bir sarıq sarımalarını söylədim. Başına təmiz bir sarıq sarıyıb onu geydirdilər. Rəbbin mələyi də onun yanında idi. (Zəkəriyyə, 3:5)
Tikəcəkləri geyimlər bunlardır: Sinəbənd, efod, cübbə, naxışlı köynək, sarıq, kəmər... (Misirdən çıxış, 28:4)
Başlarına kətan sarıq sarıyacaq, kətan paltar geyəcəklər. Özlərini tərlədəcək bir şey geyməyəcəklər. (Yezekel, 44:18)

 

 

Cübbə geymək:

Döyüşdə və normal günlərdə astarlı paltar geyərdi. Yaşıl rəngli, ipək sündüs bir cübbəsi var idi, mübarək onu geyib ağ vücudu ilə birləşdiyində baxmağa dəyərdi...
Paltarlarının üzərinə geydiyi paltarı zəfəranla boyanmışdı. Bəzən o bir tək paltarı ilə camaata camaat namazı qıldırırdı. Bəzən də yalnız  əba geyirdi...
Bəzən zolaqlı bədri-yəməni (geyim növü), bəzən yundan tikilmiş əbanı (cübbə) paltarının üstünə atardı. Eyni şəkildə pambıq və kətandan toxunmuş paltar geyərdi. (Qəzali, İhyaul-ulum)

Efodun altından geyilən cübbəni nəfis toxunmuş tam göy iplikdən tikdilər. Ortasında başın keçəcəyi qədər boşluq buraxdılar. Cırılmaması üçün boşluğun kənarlarını yaxa kimi toxuyub çevirdilər. Cübbənin kənarını göy, bənövşəyi, qırmızı ipliklə, nəfis toxunmuş incə kətandan nar naxışları ilə bəzədilər. (Misirdən çıxış, 39:22-24)
Harunla oğullarını hüzur çadırının giriş hissəsinə gətirib yuyundur. Paltarları götür; köynəyi, efodun altından geyilən cübbəni, efodu və sinəbəndi Haruna geydir. Efodun nəfis toxunmuş şəridini bağla. (Misirdən çıxış, 29:4-5)
Haruna mintanı geydirdi, belinə kəməri bağladı, üzərinə cübbəni, onun üzərinə də efodu geydirdi. Nəfis toxunmuş şəridi ilə efodu bağladı. (Levililər, 8:7)
Müdriklik verdiyim bacarıqlı adamlara söylə, Haruna geyim tiksinlər. Belə ki, Mənə kahinlik etmək üçün müqəddəs qılınmış olsun. Tikəcəkləri geyimlər bunlardır: Sinəbənd, efod, cübbə, naxışlı mintan, sarıq, kəmər. Mənə kahinlik etmələri üçün böyük qardaşın Haruna və oğullarına bu müqəddəs geyimləri tikəcəklər. Qızıldan göy, bənövşəyi və qırmızı iplikdən, incə kətandan istifadə edəcəklər. (Misirdən çıxış, 28:3-5)

 

 

Tövratda təmizliyə verilən əhəmiyyət

Mübarək üçün iki jilet toxumuşdular, bunları yalnız namazlarda geyərdi. Ümmətini təmizliyə təşviq edər və təmizliyi əmr edərdi. (Kənzül-Fuad, s. 285)
Biz əhli-beyt yatmaq istədiyimiz zaman on şeyə riayət edərik: Təharətli (təmiz) olmaq... (Fəlahüs-Sail, s. 280)
Ömər Xəttabın oğlundan rəvayət edilmişdir: Rəsulullahdan (s.ə.v.) daha comərd, cəsur və  təmiz birini görmədim. (Məkarim, cild 1)
Rəsulullah belə buyurmuşdur: "Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin, çünki Cənnətə təmizlər girər". (Q. Əhməd Ziyauddin, Ramuz əl-hədis, cild 1, Qönçə nəşriyyat, İstanbul, 1997, 96/2)
Rəbb Musaya "Get, bu gün və sabah xalqı təmizlə" dedi, "Paltarlarını yusunlar" (Misirdən çıxış, 19:10)
Sonra Musa dağdan xalqın yanına enib onları təmizlədi. Hamı paltarlarını yudu. (Misirdən çıxış, 19:14)
... "Əfəndim, Peyğəmbər səndən daha çətin bir şey istəsəydi, etməzdinmi?" dedilər, "Halbuki o sənə yalnız “Yuyun, təmizlən” deyir". (2 Padşahlar, 5:13)
Hüzur çadırına girib qurbangaha yaxınlaşdıqlarında Rəbbin Musaya buyurduğu kimi orada yuyundular. (Misirdən çıxış, 40:32)
Bunun üzərinə Davud yerindən qalxdı. Yuyundu, gözəl ətir vurub paltarını dəyişdi. Rəbbin məbədinə gedib tapındı... (2 Şamuel, 12:20)
... Xalqını kirdən təmizləyəcəksən. Belə ki, aralarında olan iqamətgahımı kirlədib natəmizlik içində ölməsinlər. (Levililər, 15:31)
Sonra geyimlərini yuyacaq, yuyunacaq. Ancaq o zaman düşərgəyə girə bilər. Amma axşama qədər kirli sayılacaq. (Səhrada saylar, 19:7)
... Geyimlərini yuyub özü də yuyunduqdan sonra düşərgəyə girəcək. (Levililər, 16:28)
Müqəddəs bir yerdə yuyunub öz paltarlarını geyəcək... (Levililər, 16:24)
... Özlərini günahdan təmizləyib paltarlarını yudular... (Səhrada saylar, 8:21)
Müqəddəs, kətan köynək və kətan paltar geyəcək, kətan kəmər bağlayacaq, kətan sarıq sarıyacaq. Bunlar müqəddəs geyimlərdir. Bunları geymədən əvvəl yuyunacaq. (Levililər, 16:4)
Yuyunub təmizlənin... Pislik etməkdən imtina edin. (Yeşaya, 1:16)
Müqəddəslə adi olanı, kirli ilə təmizi bir-birindən ayırd etməlisiniz. (Levililər, 10:10)

 

 

Gözəl ətir vurmaq:

Rəsulullahın (s.ə.v.) içində müşk olan bir qutusu vardı. Hər dəstəmazdan sonra dərhal onu götürüb sürərdi. Evdən çıxanda keçdiyi hər yerdə bu gözəl qoxu yayılardı. (Əl-kafi, cild 1, s. 515; Əl-məkarim, cild 1, s. 44)
Mübarəyə ətir təklif ediləndə  alıb sürərdi. "Qoxusu gözəl, daşımaq asandır" buyurardı. Ətir sürmək üçün səbəb olduqda barmağının ucunu ətirə vurmaqla kifayətlənərdi. (Əl-məkarim, cild 1, s. 34)
Peyğəmbər əfəndimizin (s.ə.v.) nəvəsi hz. Həsən onun gözəl ətir haqqındakı fikrini belə ifadə etmişdir: "Peyğəmbər əfəndimiz bizə əldə etdiyimizin ən yaxşısını geyməyimizi və tapa bildiyimiz ən xoş ətirləri sürməyimizi əmr edərdi". (Buxari, Ət-tarixül-kəbir, cild 1, 382, n: 1222)

"Cismi-nəzif (təmiz), qoxusu lətif (xoş) idi. Ətir vursa da, vurmasa da vücudu ən gözəl ətirlərdən daha gözəl qoxardı. Bir adam onunla görüşdükdə (əl tutmaq, qucaqlaşmaq, məhəbbətini, dostluğunu və sevgisini göstərmək) bütün gün onun rayiheyi-tayyibəsini (təmiz qoxusunu) hiss edərdi və mübarək əli ilə bir uşağın başını sığalladıqda rayiheyi-tayyibəsi ilə (təmiz qoxusu ilə) o uşaq sair (digər) uşaqlar arasında məlum olardı (bilinərdi)". (Əhməd Cövdət Paşa, Qisasi-ənbiya, IV. Cüz, Qənaət mətbəəsi, İstanbul 1331, s. 364-365)

Bunun üzərinə Davud yerindən qalxdı. Yuyundu, gözəl ətir vurub paltarını dəyişdi... (2 Şamuel, 12:20)
Yuyun, ətir vur, geyin və xırmana get... (Rut, 3:3)

 

 

Məscidlərin gözəl qoxması:

Təmizliyə çox əhəmiyyət verən, müsəlmanların təmiz məkanlarda olmasını istəyən, gözəllikdən və gözəl qoxulardan Allahın bir təcəllisi kimi çox xoşlanan Peyğəmbər əfəndimiz (s.ə.v.) məscidlərin təmiz tutulmasını buyurmuşlar. Məscidlərin gözəl qoxmasını və ibadət üçün gələn möminlərə fərahlıq verəcək bir mühitin meydana gəlməsini istəyən Peyğəmbərimiz (s.ə.v.) bu məqsədlə məscid və camilərdə büxur da yandırtmışdır. Gözəl qoxu məqsədi ilə büxur yandırılması Tövratda da keçir. Aşağıda mövzu ilə əlaqədar rəvayətlər və Tövrat açıqlamaları var:

Peyğəmbərimizin (s.ə.v.) ümumi məclislərində kamfara (kafur ağacından əldə edilən yağ) və ya başqa büxurlar yandırılar, bu surətlə camaatın istirahətinə diqqət yetirilərdi. Cümə günləri məscidə gözəl qoxu saçılmasını əmr edərdi. (Əbu Davud; M. Asim Köksal, İslam tarixi, XI, 162)
Rəsulullah (s.ə.v.) "Əvdül-qumari" (odun üstünə atılan zaman gözəl ətir saçan bir növ bitki) ilə büxur verərdi. (Əl-məkarim, cild 1, s. 34)
... Müqəddəs yer üçün gözəl qoxulu büxuru tam sənə buyurduğum kimi etsinlər. (Misirdən çıxış, 31:11)
Rəbbin özünə buyurduğu kimi üzərində gözəl qoxulu büxur yandırdı. (Misirdən çıxış, 40:27)
Gözəl qoxu və büxur cana fərahlıq verər... (Süleymanın məsəlləri, 27:9)
Harun hər səhər qəndillərə baxarkən qurbangahın üzərində gözəl qoxulu büxur yanacaq. Axşam qəndilləri yandırarkən yenə büxur yanacaq. Beləcə, hüzurumda nəsillər boyu davamlı büxur yanacaq... (Misirdən çıxış, 30:7-9)
Hüzurumda mayasız çörək səbətindən bir yastı çörək kökəsi, zeytun yağından yoğrulmuş çörək kökəsi və xəmir götür, hamısını Harunla oğullarına ver. Bunları Mənim hüzurumda yellə, sonra əllərindən alıb qurbangahda Məni razı edən ətir kimi yandır. Bu, Rəbb üçün yandırılandır. (Misirdən çıxış, 29:23-25)
Rəbb Musaya belə dedi: "... De Mənə hədiyyə gətirsinlər. Könüldən verən hər kəsin hədiyyəsini alın… Qəndil üçün zeytun yağı, məsh yağı ilə gözəl ətirli büxur üçün ədviyyat. (Misirdən çıxış, 25:2, 6)

 

 

Məscidlərin təmizliyi:

İsti bir gündə iş sahibləri və işçilər iş paltarları ilə məscidə gəlmiş, məscid də kiçik olduğu üçün havası ağırlaşmış və narahatçılıq olmuşdu. Bunun üzərinə Rəsuli-Əkrəm (s.ə.v.) "Yuyunub gəlsəydiniz, daha yaxşı olardı" buyurmuşlar. Ondan sonra cümə günləri yuyunmaq sünnə olmuşdur. (M. Asim Koksal, İslam tarixi, XI, 162)
Rəsulullahın (s.ə.v.) məscidi  müntəzəm silinib, süpürülüp, təmizlənərdi. (M. Asim Koksal, İslam tarixi, XI, 162 vd.)

Məbədin xidmətindən ayrılmayacaq, Allahının məbədini kirlətməyəcək. Çünki Allahın buyurduğu məsh yağı ilə Allahına adanmışdır… Məbədimi kirlətməsin. Onları müqəddəs edən Rəbb Mənəm. Musa Harunla oğullarına və bütün İsrail xalqına bunları bildirdi. (Levililər, 21:12, 23-24)
Otaqları təmizləmələri üçün buyruq verdim. Allah məbədinin əşyalarını, taxılları, kündürü yenə oraya qoydurdum. (Nehemya, 13:9)
Rəbbin məbədini təmizləmək üçün içəri girən kahinlər məbəddə tapdıqları bütün kirli şeyləri məbədin həyətinə çıxardılar... (2 Salnamələr, 29:16)
Yeddinci gün paltarlarınızi yuyun. Beləcə, təmiz sayılacaqsınız. Sonra düşərgəyə girə bilərsiniz. (Səhrada saylar, 31:24)
Sonra paltarlarını yuyacaq və yuyunacaq. Ancaq o zaman düşərgəyə girə bilər. Amma axşama qədər kirli sayılacaq. (Səhrada saylar, 19:7)

 

 

Bədən təmizliyinə əhəmiyyət verilməsi:

 Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin, çünki Cənnətə təmizlər girər. (Tirmizi, İmam Əhməd və Hakimdən; Höccətül-İslam imam Qəzali, İhyaul-ulumiddin, cild 2, tərcümə: Dr. Sıtqı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, s. 789)
Rəsulullah (s.ə.v.) saçını darayardı, çox vaxt su ilə düzəldər və belə buyurardı: "Möminin gözəl qoxulu olması üçün su kifayətdir". (Əl-müstədrək, cild 1, s. 59; Əl-məkarim, cild 1, s. 76; Kurbul-əsnad, s. 45)
İbni Şubə Tuhəful-ukul kitabında rəvayət edir: "Təmizlik peyğəmbərlərin əxlaqındandır". (Tuhəful-ukul, s. 442)

Naamanın vəzifəliləri yanına çatıb "Əfəndim, peyğəmbər səndən daha çətin bir şey istəsəydi, etməzdinmi?" dedilər. Halbuki o, sənə yalnız “Yuyun, təmizlən” deyir". (2 Padşahlar, 5:13)
Sabun otuyla yuyunub əllərimi kül suyu ilə təmizləsəm. (Əyyub, 9:30)
Yuyunub təmizlənin, pislik etdiyinizi gözüm görməsin, pislik etməkdən imtina edin. (Yeşaya, 1:16)
Yuyunmaq üçün tuncdan bir qab düzəlt. Ayaqlığı da tuncdan olsun. Hüzur çadırı ilə qurbangahın arasına qoyub içinə su doldur. (Misirdən çıxış, 30:18)
Çəkilin, çəkilin, oradan çıxın, murdara toxunmayın. Oradan çıxıb təmizlənin… (Yeşaya, 52:11)
… Dişləri süddən ağ olacaq. (Yaradılış, 49:12)

 

 

Saç və geyimə baxım:

Hz. Aişə (r.ə.) anamız buyurur: "Rəsuli-Əkrəm (s.ə.v.) saçlarını darayıb yağladığında..." (Ət-Tirmizi imam Əbu İsa Muhəmməd, şəmaili-şərifə, cild 1, Hilal nəşrləri, Ankara, 1976, s. 58)
Tabərsi Məkarimül-əxlaq kitabında rəvayət etmişdir: Rəsulullah (s.ə.v.) "Mederi" adında xüsusi bir daraqla saçını darayardı… Çox vaxt saçını gündə iki dəfə darayardı". Yenə rəvayət etmişdir ki, "Saçını daradıqdan sonra darağını döşəyinin altına qoyardı". (Tabərsi, Məkarimül-əxlaq, cild 1, s. 34)
Bir gün Peyğəmbər (s.ə.v.) səhabələrinin yanına gələcəyi zaman küpdəki suya baxıb sarığını və saqqalını düzəltdi və belə dedi: "Allah qardaşlarının yanlarına çıxarkən qulunun qardaşları üçün bəzənməsini sevər". (İbn Adiyyə Əl-Kamil; Höccətül-İslam imam Qəzali, İhyaul-ulumiddin, 3-cü cild, tərcümə: Dr. Sıtqı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, s. 679)
Peyğəmbər əfəndimizin (s.ə.v.) nəvəsi hz. Həsən onun geyim mövzusundakı fikrini belə ifadə etmişdir: "Peyğəmbər əfəndimiz (s.ə.v.) bizə əldə etdiyimizin ən yaxşısını geyməmizi və tapa bildiyimiz ən xoş ətirləri sürməyimizi əmr edərdi". (3131 Buxari, Ət-tarixül-kəbir, cild 1, 382, n: 1222)

Kahinlər başlarını təraş etməyəcək, saçlarını uzatmayacaqlar. Ancaq saçlarını kəsib düzəldəcəklər. (Yezekel, 44:20)
Sonra Musa Harunla oğulları Elazarla İtamara "Saçlarınızı dağıtmayın, paltarlarınızı cırmayın" dedi… (Levililər, 10:6)
O biri kahinlər arasından başına məsh yağı tökülən və xüsusi paltarlar geymək üçün təyin edilən baş kahin, saçlarını dağıtmayacaq, paltarlarını cırmayacaq. (Levililər:21:10)
… Paltarların incə kətandan, bahalı və naxışlı parçadan idi… (Yezekel, 16:13)
Harunla oğulları üçün incə kətandan nəfis toxunmuş mintanlar, sarıqlar, bəzəkli başlıqlar, incə kətan paltarlar və göy, bənövşəyi, qırmızı ipliklə və nəfis toxunmuş incə kətandan naxışlı kəmər hazırladılar; eynilə Rəbbin Musaya buyurduğu kimi. (Misirdən çıxış, 39:27-29)

 

 

Saçları və başı yağlamaq:

Rəsulullah (s.ə.v.) bir çox fərqli yağla bədənini yağlayar, yağlama əsnasında saqqalından əvvəl başını yağlayar və belə buyurardı: "Baş saqqaldan əvvəldir". (Əl-məkarim, cild 1, s. 33)

Mübarək ən çox bənövşə çiçəyi yağı ilə bədənini yağlayar və belə buyurardı: "Bu yağların ən yaxşısıdır". (Əl-məkarim, cild 1, s. 33)
Peyğəmbərimiz (s.ə.v.) yağ sürmək istədiyi zaman, əvvəl qaşlarına sonra bığına daha sonra burnuna apararaq iyləyər və axırda mübarək başına sürərdi. (Tabərsi, Məkarimül-əxlaq, cild 1, s. 34)
Harunu müqəddəs etmək üçün başına yağ töküb məsh çəkdi. (Levililər, 8:12)
Başa sürülən qiymətli yağ kimi; saqqaldan, Harunun saqqalından cübbəsinin yaxasına qədər enən yağ kimi. (Zəbur, 133:2)
Düşmənlərimin önündə Mənə süfrə açarsan; başıma yağ sürərsən... (Zəbur, 23:5)
Doğru insan mənə vursa, yaxşılıq sayılar; danlasa, başa sürülən yağ kimidir; başım rədd etməz onu. Çünki duam həmişə pislərə qarşıdır. (Zəbur, 141:5)

 

Tövratda diqqət yetirilən yemək və içmək

Şorba:

Məkarim kitabında rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) çox vaxt həlim (yarma, ət və sudan hazırlanan bir növ şorba) yeyərdi. Bəzən də sahur yeməyi üçün həlimi seçərdi". (Əl-məkarim, cild 1, s. 30)
"Həzrəti Peyğəmbərin qatqı olaraq yediyi yeməklərin bir qismini belə sıralamaq olar: Qoyunun ön qolu və kürək əti, kotlet, kabab, toyuq, toy quşu, ət şorbası, ət suyu, balqabaq, zeytun yağı, süzmə, qovun, halva, bal, xurma, pazı, ənbər balığı…" (Əbu Davud, III, 496-497, n: 3840; Nəsai, VII, 207-209; Prof. Dr Əli Yardım, Peyğəmbərimizin şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, s. 219)

… Elişa bir peyğəmbər birliyi ilə oturarkən xidmətçisinə "Böyük qazanı ocağa qoy, peyğəmbərlərə şorba bişir" dedi. (2 Padşahlar, 4:38)
Bir gün Yaqub şorba bişirərkən Esav ovdan gəldi... (Yaradılış, 25:29)

 

 

Ət:

Həzrətin yanında ən yaxşı yemək ət idi. Sulu yemək şəklində yeyərdi... Ovlanmış heyvanın ətindən yeyərdi… Qoyun ətinin çiyin, bud, və bilək hissəsini sevərdi. (Əl-mənakib, cild 1, s. 145; Əd-daaim, cild 2, s. 207)
Məkarim kitabında Rəsulullahdan (s.ə.v.) rəvayət edilmişdir: … Həzrətin ən çox sevdiyi yemək ət idi… Süfrədəki yeməklərin arasından əlini ona uzadardı. Toyuq əti və digər çöl heyvanlarının, quşların ətini yeyərdi... (Əl-məkarim dəyişik yerlərdə zikr etmişdir, s. 26-29-30-31; Əl-məhasin, s. 433-459; Əl-hisal; Əl-kafi; Əl-müstədrək; Ət-daaim, cild 2, s. 113)
"Ən çox xoşladığı yemək ət idi". (Əbbuşeyx, Höccətül-İslam imam Qəzali, İhyaul-ulumiddin, cild 2, tərcümə: Dr Sıtqı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, s. 803)

Yaqub "Mən ilk oğlun Esavam" deyə cavab verdi, "Söylədiyini etdim. Buyur, dur otur, gətirdiyim ov ətini ye. Belə ki, məni mübarək edəsən". (Yaradılış, 27:19)
Sonra Musa, "Axşam sizə yemək üçün ət, səhər də dilədiyiniz qədər çörək verilincə Rəbbin əzəmətini görəcəksiniz" dedi... (Misirdən çıxış, 16:8)
İshaq "Oğlum, ov ətini gətir yeyim ki, səni mübarək edim" dedi... (Yaradılış, 27:25)
Esav da ləzzətli bir yemək hazırlayıb atasına apardı. Ona "Ata qalx, gətirdiyim ov ətini ye" dedi, "Belə ki, məni mübarək edə biləsən." (Yaradılış, 27:31)
Onlara da ki, "Axşam ət yeyəcəksiniz, səhər də çörəklə qarnınızı doyuracaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm". (Misirdən çıxış, 16:12)

 

 

Xurma:

Məkarim kitabında belə rəvayət edilmişdir: "... Oruc tutduğu zamanlar təzə xurma vaxtında yalnız onunla iftar edərdi... Mübarəyin yeməyi ən çox xurma və su idi". (Əl-məkarim müxtəlif yerlərdə zikr etmişdir, s. 26-29-30-31; Əl-məhasin, s. 433-459; Əl-hisal; Əl-kafi; Əl-müstədrək; Əd-daaim, cild 2, s. 113)
"Xurmalardan acvə xurmasını sevirdi." (Əbuşşeyx, höccətül-İslam imam Qəzali, İhyaul-ulumiddin, cild 2, tərcümə: Dr. Sıtqı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, s. 803)
Hz Aişə (r.ə.) əlavə olaraq bunları bildirmişdir: "Qovun və qarpızı yaş xurma ilə yeyərdilər". (Q. Əhməd Ziyauddin, Ramuz əl-hədis, cild 2, Qönçə nəşriyyat, İstanbul, 1997, 552/5)
Hz Cabirdən (r.ə.): "Təzə xurma və qovun çox yeyərdilər və “bunlar gözəl meyvədir” deyərdilər." (Q. Əhməd Ziyauddin, Ramuz əl-hədis, cild 2, Qönçə nəşriyyat, İstanbul, 1997, 549/1)

Sonra Əlimə getdilər. Orada on iki su qaynağı, yetmiş xurma ağacı var idi. Su sahilində yerləşdilər. (Misirdən çıxış, 15:27)
Davud... Ardından qadın, kişi hər kəsə... bir kömbə çörəklə bir xurma və üzüm lavaşanası payladı. Sonra hamı evinə döndü. (2 Şamuel, 6:17, 19)
İlk gün meyvə ağaclarının gözəl meyvələrini, xurma budaqlarını, sıx yarpaqlı ağac budaqlarını, vadi qovaqlarını yığıb Allahınız Rəbbin qarşısında yeddi gün şənlik edəcəksiniz. (Levililər, 23:40)

 

 

Çörək:

Əbu Hazim rəvayət edir: "Rəsulullahın dövründə səhabələrin ələyi var idimi?" dedim. "Əleyhissalatu vəssalam vəfat edənə qədər ələk görmədim" dedi. "Elə isə ələnməmiş arpa çörəyini necə yeyirdiniz?" dedim. "Biz onu üfləyərdik, içindəki kəpəklər təmizlənərdi. Qalan “kəpək”ləri də su ilə yumşaldıb yoğurardıq" cavabını verdi". (Kutubi-sittə, nömrə: 6945)
Ümmi Eymənin (r.ə.) rəvayətinə görə:… Əleyhissalatu vəssalam da: "Su ələyib ayırdığın kəpəyi o birisinə (un qisminə) qat, sonra yoğur (və çörək hazırla)" buyurmuşdur". (Kutubi-sittə, nömrə: 6946)
Hz Ənəs (r.ə.) rəvayət edir:… "Rəsulullah əleyhissalatu vəssalam “bəsi” yeməyi yedi və möhkəm paltar geydi". (Ənəsin ravisi) Həsəndən soruşuldu: " “Bəsi” dediyin yemək nədir?" O, bu cavabı verdi: "Arpanın iri üyüdülmüşüdür, ağızdakı loxmanı adam ancaq bir qurtum su ilə uda bilərdi". (Kutubi-sittə, nömrə: 949)
İbni Abbas (r.ə.) rəvayət edir: "Rəsulullah əleyhissalatu vəssalamın ən çox sevdiyi yemək çörəkdən hazırlanmış tirit və heysdən (ərəblərin məşhur bir yeməyi) hazırlanan tirit idi". (Əbu Davud, Ətimə 23, (3783))

Süleyman sarayının bir günlük yemək ehtiyacı bunlar idi: Otuz kor incə, altmış kor kəpəkli un; onu tövlədə, iyirmisi otlaqda yetişdirilmiş mal və yüz qoyun; ayrıca marallar, ceyranlar, cüyürlər və kök quşlar. (1 Padşahlar, 4:22-23)
Sonra Musa "Axşam sizə yemək üçün ət, səhər də dilədiyiniz qədər çörək verilincə Rəbbin əzəmətini görəcəksiniz". dedi... (Misirdən çıxış, 16:8)
Hüzurumdakı mayasız çörək səbətindən bir yastı çörək kökəsi, zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və qoğal götür, hamısını Harunla oğullarına ver. (Misirdən çıxış, 29:23)
Onlara de ki, "Axşam ət yeyəcəksiniz, səhər də çörəklə qarnınızı doyuracaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm". (Misirdən çıxış, 16:12)
Rəbbin söylədiklərini edən İlyas… dərədən su içir… ət və çörəklə bəslənirdi. (1 Padşahlar, 17:5-6)
Amma Lut çox təkid etdi. Axırda onunla birlikdə evinə getdilər. Lut onlara yemək hazırladı, mayasız çörək bişirdi. Yedilər. (Yaradılış, 19:3)
Buğda, arpa, paxla, mərcimək, darı, qırmızı buğda götür və bir qaba qoy. Bunlardan özünə çörək bişir. Bir yanı üstə uzanacağın üç yüz doxsan gün boyunca bu çörəkdən yeyəcəksən. Hər gün müəyyən zamanda yeməyin üçün iyirmi misqal çörək çəkəcəksən. (Yezekel, 4:9-10)
Musa Haruna və sağ qalan oğulları Elazarla İtamara belə dedi: "Rəbb üçün yandırılanlardan qalan taxılı götürün, mayasız çörək bişirib qurbangahın yanında yeyin. Çünki çox müqəddəsdir. (Levililər, 10:12)
Rəbbə şükr etmək üçün, xoşbəxtliyi mayalı çörək kökələri ilə birlikdə təqdim edəcək. (Levililər, 7:13)

 

 

Bəhməz və üzüm:

İbni Ömərdən rəvayət; soruşdular ki: "Üzüm tərkibi necədir?" Dedi ki: "Sən iç". Tərkib dedikləri budur: Üzüm şirəsini qaynadarlar, üç payın ikisi gedər, bir payı qalar. (Öndər Çağıran, Tibbi Nəbəvi, 1-ci nəşr, Boğaziçi nəşrləri, İstanbul 1996)
Ümeyyi İbni Zeyd rəvayət edir: "Peyğəmbər səllallahu əleyhi və səlləm yemişlərdən üzümlə qovunu sevərdi". (Öndər Çağıran, Tibbi Nəbəvi, 1-ci nəşr, Boğaziçi nəşrləri, İstanbul 1996)

Qaydalarıma görə yaşayıb buyruqlarımı diqqətlə yerinə yetirsəniz, yağışları zamanında yağdıracağam. Torpaq məhsul, ağaclar meyvə verəcək. Yığıma qədər xırman döyüb əkin vaxtına qədər bağlarınızdan üzüm yığacaqsınız. Bolluca yeyib ölkənizdə güvənlikdə yaşayacaqsınız. (Levililər, 26:3-5)
Allahınız Rəbb sizi məhsuldar bir ölkəyə aparır. Elə bir ölkə ki, çayları, bulaqları, dərə və təpələrdən çıxan su qaynaqları vardır; buğdası, arpası, üzümü, ənciri, narı, zeytun yağı, balı vardır. (Qanunun təkrarı, 8:7-8)
Eşkol vadisinə çatanda üzərində bir salxım üzüm olan bir asma budağı kəsdilər. Adamlardan ikisi budağı uzun bir ağacda daşıdılar. Yanlarında nar və əncir də götürdülər. (Səhrada saylar, 13:23)

 

 

Bal:

Heysəmə bin Əsvəd Abdullahdan rəvayət edir: "Peyğəmbər əleyhissalam buyurdu ki: “Qurandan və də baldan şəfa alın”". (Öndər Çağıran, Tibbi Nəbəvi, 1-ci nəşr, Boğaziçi nəşrləri, İstanbul 1996).
"Şirnini və balı sevərdilər". (Q. Əhməd Ziyauddin, Ramuz əl-hədis, cild 2, Qönçə nəşriyyat, İstanbul, 1997, 552/11)
"Peyğəmbər əfəndimiz (s.ə.v.) bal şərbəti, xurma və kişmiş şirəsi kimi içkiləri sevərdilər". (Arizətül-Ahzəvi şərhi-sünənit-Tirmizi, VIII, 89-90, Prof. Dr. Əli
Yardım, Peyğəmbərimizin şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, s. 255)

"Şərbətlərin içində ən çox bal şərbətini sevərdi". (Q. Əhməd Ziyauddin, Ramuz-əl-hədis, cild 2, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/17)

Bunun üzərinə İsrail "Elə isə gedin" dedi. "Yalnız torbalarınıza bu ölkənin ən yaxşı məhsullarından bir az balzam, bir az bal, kitrə, laden, fıstıq, badam qoyun və Misirin rəhbərinə hədiyyə aparın". (Yaradılış, 43:11)
... Ayrıca, Davudla yanındakıların yeməsi üçün buğda, arpa, un, qovrulmuş buğda, paxla, mərcimək, bal, kərə yağı, inək pendiri və qoyun da gətirdilər. "Xalq tarlada yorulmuşdur, ac və susuzdur" deyə düşünmüşdülər. (2 Şamuel, 17:28-29)
... O ölkədən çıxarıb geniş və məhsuldar torpaqlara, süd və bal axan ölkəyə... aparacağam. (Misirdən çıxış, 3:8)
... Zeytun yağı, bal və bütün tarla məhsullarından bolluca verdilər. Bununla yanaşı, hər şeyin onluğunu da bolluca gətirdilər. (2 Salnamələr, 31:5)

 

 

Süd:

"... Allah bir kimsəyə bir miqdar süd içirdiyi zaman  o adam “Allahım bizə bu südü bərəkətli et və bizə daha çox süd ver” deyə dua etsin. Çünki yemək və içməyin yerini tutan süddən başqa şey bilmirəm". (Heydər Hatipoğlu, Sünəni-İbni Macə tərcüməsi və şərhi, Qəhrəman nəşrləri, cild 9, İstanbul 1983, s. 75)

"İçkilərdən ən çox südü sevərdilər". (Q. Əhməd Ziyauddin, Ramuz əl-hədis, cild 2, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/18)

Sisera su istədi, Yael ona süd verdi. (Hakimlər, 5:25)
... Yael süd tuluğunu açıb ona içirdikdən sonra üzərini yenə örtdü. (Hakimlər, 4:19)
... Özləri üçün seçdiyim ən gözəl ölkəyə, süd və bal axan ölkəyə... (Yezekel, 20:6)

 

 

Nar:

Məkarim kitabında Rəsulullahdan (s.ə.v.) rəvayət edilmişdir: Həzrətin ən sevdiyi meyvələr qovun və nar idi... Çox vaxt narı dənə-dənə yeyərdi". (Əl-məkarim müxtəlif yerlərdə zikr etmişdir, s. 26-29-30-31; Əl-məhasin, s. 433-459; Əl-hisal; Əl-kafi; Əl-müstədrək; Əd-daaim, cild 2, s. 113)
Kuleyni Ömər bin Əbani-Kuleyninin belə dediyini rəvayət edir: İmam Baqir və imam Sadiqin (ə.s.) belə buyurduqlarını eşitdim: "Rəsulullah (s.ə.v.) yer üzündəki meyvələr arasında ən çox narı sevərdi". (Əl-Emali, cild 2, s. 294; Emaliye-Müfid, s. 114; Əl-məkarim, cild 1, s. 176; Əl-kafi, cild 2, s. 138 və cild 8, s. 168)
Eşkol vadisinə çatanda üzərində bir salxım üzüm olan bir asma budağı kəsdilər. Adamlardan ikisi budağı uzun bir ağacda daşıdılar. Yanlarına nar və əncir də götürdülər. (Səhrada saylar, 13:23)
Anbarda heç toxum qaldımı? Asma, əncir, nar, zeytun ağacları bu günə qədər məhsul verdimi? "Bu gündən başlayaraq üzərinizə bərəkət yağdıracağam". (Haqqay, 2:19)

 

 

Zeytun yağı:

"Zeytun yağını yeyin və ondan istifadə edin. Çünki bu yağ mübarəkdir". (Heydər Hatipoğlu, Sünəni-İbni Macə tərcüməsi və şərhi, Qəhrəman nəşrləri, cild 9, İstanbul 1983, s. 73)
… İncə un, bal, zeytun yağı ilə bəsləndin. Getdikcə gözəlləşdin, padşahlığıa yaraşdın. (Yezekel, 16:13)
Mənə kahinlik edə bilmələri üçün, Harunla oğullarını müqəddəs etmək üçün bunları et: Bir öküz ilə iki eyibsiz qoç al. İncə buğda unundan mayasız çörək, zeytun yağı ilə yoğurulmuş mayasız çörək kökəsi, üzərinə yağ sürülmüş mayasız qoğal bişir. (Misirdən çıxış, 29:1-2)
Əgər adam  Rəbbə şükr etmək üçün versə, zeytun yağı ilə yoğurulmuş mayasız çörək kökəsi, üzərinə zeytun yağı sürülmüş mayasız qoğal və yaxşıca qarışdırılmış incə undan yağla yoğurulmuş mayasız çörək kökəsi də verəcək. (Levililər, 7:12)
Əgər verəcəyi sacda bişirilmiş taxıldırsa, zeytun yağı ilə yoğurulmuş mayasız incə undan bişirilməlidir. Onu verərkən hissələrə ayırıb üzərinə zeytun yağı tökəcəksən. Bu verəcəyin taxıldır. Əgər tavada bişirilmiş taxıldırsa, incə un və zeytun yağı ilə yoğurulmalıdır. (Levililər, 2:5-7)

 

 

Tövratda peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun digər işlər : Əqiq daşından istifadə:

"Hz. Peyğəmbər (s.ə.v.) qonşu dövlət hökmdarlarına göndərdiyi məktubların altını möhürləmək məqsədi ilə üzərində üç sətirdə "Muhəmməd Rəsulullah" yazılı bir möhürdən istifadə edirdi. Yazı əqiq daşı üzərinə işlənmişdi və möhür də gümüşdən idi. Üzük şəklində idi və Peyğəmbərimiz (s.ə.v.) onu barmağına taxırdı. Yazdırdığı rəsmi sənədi möhürləmək üçün barmağından çıxarar, möhürlədikdən sonra təkrar taxardı". (Qəzali, İhyaul-ulum)
Efod kimi qızıl ilə və göy, bənövşəyi, qırmızı ipliklə, nəfis toxunmuş incə kətandan nəfis bir  sinəbənd tikdilər. Dörd künc, eni və uzunu bir qarış idi, ikiyə qatlanmışdı. Üzərində dörd sıra daş oyuğu düzəltdilər. Birinci sırada yaqut, topaz, zümrüd; ikinci sırada firuzə, lacivərd daşı, ay daşı (ağ əqiq); üçüncü sırada yaqut, əqiq, ametist; dördüncü sırada sarı yaqut, oniks (qara əqiq), yaşma var idi. Daşlar oyuqlara qoyulmuşdu… Belə ki, sinəbənd efodun nəfis toxunmuş şəridinin yuxarısında qalsın və efoddan ayrılmasın. Eynilə Rəbbin Musaya buyurduğu kimi etdilər. (Misirdən çıxış, 39:8-13, 21)
Nəfis bir hökm sinəbəndi hazırla. Onu da efod kimi qızıl ilə və göy, bənövşəyi, qırmızı ipliklə, nəfis toxunmuş incə kətandan tik. Dörd künc, eni və uzunu bir qarış olsun; ikiyə qatlansın. Üzərində dörd sıra daş oyuğu düzəlt. Birinci sırada yaqut, topaz, zümrüd; ikinci sırada firuzə, lacivərd daşı, ay daşı (ağ əqiq); üçüncü sırada yaqut, əqiq, ametist; dördüncü sırada sarı yaqut, oniks (qara əqiq) və yaşma olsun. Daşlar qızıl oyuqlara qoyulsun… İki qızıl halqa əlavə düzəlt; efodun önündəki çiyinliklərə altdan, tikişə yaxın, nəfis toxunmuş şəridin yuxarısına tax. (Misirdən çıxış, 28:15-20, 27)

 

 

Möhür üzüyündən istifadə:

Ənəs bin Malik (r.ə.) rəvayət edir: "Peyğəmbər əfəndimizin (s.ə.v.) mübarək möhürü gümüşdən düzəldilmişdi. Qaşı isə həbəş daşından idi. Rəsulullah əfəndimiz (s.ə.v.) xarici dövlət başçılarına məktub yazmaq istədikdə bir möhür üzük düzəldilməsini buyurdu. Peyğəmbər əfəndimizin (s.ə.v.) barmağındakı üzüyün parıltısı hələ gözümün qabağındadır. Peyğəmbər əfəndimizin (s.ə.v.) mübarək möhrünün qaşına üç sətir halında "Muhəmməd Rəsulullah" ibarəsi həkk edilmişdi. Birinci sətirdə "Muhəmməd", ikinci sətirdə "Rəsul", üçüncü sətirdə də "Allah" sözləri yazılmışdı. (Ət-Tirmizi imam Əbu İsa Muhəmməd, şəmaili-şərifə, cild 1, Hilal nəşrləri, Ankara, 1976, s. 114-117)
Bir daş gətirib quyunun ağzına qoydular. Daniellə əlaqəli heç bir şey dəyişdirilməsin deyə padşah həm öz möhür üzüyü ilə, həm də əsilzadələrin möhür üzükləri ilə daşı möhürlədi. (Daniel, 6:17)
Bunun üzərinə padşah möhür üzüyünü barmağından çıxarıb… Hamana verdi… adını və üzüyünün möhürünü daşıyırdı. (Ester, 3:10, 12)

Amma padşahın adına yazılmış və onun üzüyü ilə möhürlənmiş yazını kimsə keçərsiz saya bilməz… siz yazın və padşahın üzüyü ilə möhürləyin. (Ester, 8:8)

 

Geri