Tövratda Allahın sifətləri

Tövratda Allahın birliyi

Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur... şərqdən qərbə qədər Məndən başqası olmadığını hər kəs bilsin. Rəbb Mənəm, başqası yoxdur. (Yeşaya 45:5-6)


… Allah Mənəm, başqası yoxdur. Allah Mənəm, bənzərim yoxdur. (Yeşaya, 46:9)


Sonda dünyanın bütün xalqları bilsinlər ki, tək Allah Rəbbdir və Ondan başqa Allah yoxdur. (1 Padşahlar, 8:60)


Ey dünyanın dörd bucağındakılar, Mənə dönün, xilas olarsınız. Çünki Allah Mənəm, başqası yoxdur. (Yeşaya, 45:22)


Rəbb deyir ki, "... Allah tək sizinlədir, başqası, başqa Allah yoxdur". (Yeşaya, 45:14)


… Allahımız Rəbb tək Rəbbdir. (Qanunun təkrarı, 6:4)


… ya Rəbb, bənzərsizdir işlərin. Yaratdığın bütün xalqlar gəlib Sənə tapınacaqlar, ya Rəbb, adını ucaldacaqlar. Çünki Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. (Zəbur, 86:8-10)


… Hər şeyə hakim Rəbb, bütün dünya padşahlıqlarının tək Allahı Sənsən. Yeri-göyü Sən yaratdın. (Yeşaya, 37:16)


… bütün dünya padşahlıqları Sənin tək Rəbb olduğunu anlasın. (Yeşaya, 37:20)


Sizi qurtaran, sizə rəhmdə quruluş verən Rəbb deyir ki, "Hər şeyi yaradan, göyləri tək olaraq genişləndirən, yer üzünü tək olaraq sərən…" (Yeşaya, 44:24)


Çünki Özünə ümid bağlayanlar üçün təsirli olan tək Allah Sənsən; Səndən başqasını heç vaxt heç kim eşitmədi, heç bir qulaq eşitmədi, heç bir göz görmədi. (Yeşaya, 64:4)


Çünki göyləri yaradan Rəbb, dünyanı yaradıb formalaşdıran, gücləndirən, üzərində yaşayış olmasın deyə deyil, yaşayış olsun deyə formalaşdıran Rəbb (Allah Odur) belə deyir: "Rəbb Mənəm, başqası yoxdur" (Yeşaya, 45:18)


... Mən Rəbb bildirmədimmi? Məndən başqa Allah yoxdur, ədalətli  Allah və xilaskar Mənəm. Yoxdur Məndən başqası. (Yeşaya, 45:21)


Artıq anlayın ki, Mən, bəli Mən Oyam, Məndən başqa Allah yoxdur! Öldürən də, yaşadan da, yaralayan da, yaxşılaşdıran da Mənəm... (Qanunun təkrarı, 32:39)


… Beləcə, biləcəksən ki, Allahımız Rəbb kimisi yoxdur. (Misirdən çıxış, 8:10)


Ya Rəbb… yerdə və göydə Sənə bənzər başqa Allah yoxdur… (1 Padşahlar, 8:23; 2 Salnamələr, 6:14)


Asa Allahı Rəbbə "Ya Rəbb, güclünün önündə gücsüzə kömək edə biləcək Səndən başqa kimsə yoxdur" deyə yalvardı… (2 Salnamələr, 14:11)


Mən, təkcə Mən Rəbbəm, Məndən başqa xilaskar yoxdur. (Yeşaya, 43:11)


Ya Rəbb, bir bənzərin yoxdur, Səndən başqa Allah da yoxdur! Bunu öz qulaqlarımızla eşitdik. (1 Salnamələr, 17:20; 2 Şamuel, 7:22)


Müqəddəslikdə Rəbbin bənzəri yoxdur; bəli, Sənin kimisi yoxdur ya Rəb! Allahımız kimi dayaq yoxdur. (1 Şamuel, 2:2)


Onun bilgisi dərin, gücü bənzərsizdir, kim Ona müqavimət göstərdi ki, ayaq üstə qaldı? (Əyyub, 9:4)


… Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. (Zəbur, 86:10)


Təriflər söyləyin Ona güclü işləri üçün! Təriflər söyləyin Ona, bənzərsiz böyüklüyünə yaraşan şəkildə! (Zəbur, 150:2)


Xalq belə dua etdi: "Tək Rəbb Sənsən. Göyləri, göylərin göylərini, bütün göy cisimlərini, yer üzünü və içindəki hər şeyi, dənizləri və içlərindəki hər şeyi Sən yaratdın. Hamısına Sən can verdin. Bütün göy cisimləri Sənə tapınar". (Nehemya, 9:6)


Mənim üçün belə deyəcəklər: "Doğruluq və güc tək Rəbbdədir…" (Yeşaya, 45:24)


Bu hadisələr Rəbbin Allah olduğunu və Ondan başqası olmadığını biləsiniz deyə sizə göstərildi. (Qanunun təkrarı, 4:35)


... Məndən başqa Allah varmı? Xeyr, başqa güc yoxdur; Mən başqasını bilmirəm. (Yeşaya, 44:8)

 

 

 

Tövratda Allahın əzəli və əbədi olması

… Hər şeyə hakim Rəbb deyir ki, "İlk və son Mənəm, Məndən başqa Allah yoxdur". (Yeşaya, 44:6)
Bunları edib reallaşdıran, nəsilləri başlanğıcdan bəri çağıran kimdir? Mən Rəbb ilkəm; sonuncularla da yenə Mən olacağam". (Yeşaya, 41:4)
Ya Rəbb, müqəddəs Allahım, əzəldən bəri var olan Sən deyilsənmi?... (Habaqquq, 1:12)
Allahın etdiyi hər şeyin sonsuza qədər sürəcəyini bilirəm. Ona nə bir şey əlavə oluna bilər, nə də ondan bir şey çıxarıla bilər.  Allah insanların Özünə hörmət etmələri üçün bunu edir. (Vaiz, 3:14)
Dağlar var olmadan, hələ kainatı və dünyanı yaratmadan əzəldən sonsuza qədər Allah Sənsən. (Zəbur, 90:2)
Ey Allah, taxtın sonsuzluqlar boyunca əbədidir… (Zəbur, 45:6)
Uca və əzəmətli olan, sonsuzluqda yaşayan, adı Müqəddəs olan deyir ki… (Yeşaya, 57:15)
Belə dedi: "Allahın adına əzəldən sonsuza qədər təriflər olsun! Müdriklik və güc Ona məxsusdur". (Daniel, 2:20)
O, hər şeyi vaxtında gözəl etdi. İnsanların qəlbinə sonsuzluq anlayışını qoydu. Yenə də insan Allahın etdiyi işi əvvəldən sona qədər anlaya bilməz. (Vaiz, 3:11)
… O yaşayan Allahdır, sonsuza qədər var olacaq… Hakimliyi sona çatmayacaq. (Daniel, 6:26)
"… Rəbbə əzəldən sonsuza qədər təriflər olsun!" (1 Salnamələr, 16:6)
… Sən sonsuza qədər ucasan ya Rəbb. (Zəbur, 92:8)
Ot quruyar, çiçək solar, amma Allahımızın sözü sonsuzadək qalar. (Yeşaya, 40:8)

 

 

 

Tövratda Allahın hər şeyin yaradıcısı olması

Başlanğıcda Allah göyü və yeri yaratdı. Yer boş idi, yer üzünün şəkli yox idi; hüdudsuz qaranlıqlarla örtülmüşdü. Allahın ruhu suların üzərində dalğalanırdı. Allah, "İşıq olsun" deyə buyurdu və işıq oldu. (Yaradılış, 1:1-3)
Allah "Suların ortasında bir qübbə olsun, suları bir-birindən ayırsın" deyə buyurdu. Və elə oldu. Allah göy qübbəsini yaratdı. Qübbənin altındakı suları üstündəki sulardan ayırdı. (Yaradılış, 1:6-7)
Allah "Göyün altındakı sular bir yerə toplansın, quru torpaq görünsün" deyə buyurdu və elə oldu. (Yaradılış, 1:9)
Allah "Yer üzü bitkilər, toxum verən otlar, növünə görə toxumu meyvəsində olan meyvə ağacları çıxarsın" deyə buyurdu və elə oldu. Yer üzü bitkilər, növünə görə toxum verən otlar, toxumu meyvəsində olan meyvə ağacları yetişdirdi… (Yaradılış, 1:11-12)
Allah belə buyurdu: "Göy qübbəsində gündüzü gecədən ayıran, yer üzünü işıqlandıran işıqlar olsun. Əlamətləri, mövsümləri, günləri, illəri göstərsin". Və elə oldu. Allah böyüyü gündüzə, kiçiyi gecəyə hakim olan iki böyük işığı və ulduzları yaratdı. (Yaradılış, 1:14-16)
…"Yeri, göyü yaradan uca Allah Rəbbin qarşısında… and içirəm"… (Yaradılış, 14:22)
Allah "Sular canlı varlıqlarla dolub daşsın, yerin üzərində, göydə quşlar uçuşsun" deyə buyurdu. Allah böyük dəniz canavarlarını, sularda qaynaşan canlıları və uçan müxtəlif varlıqları yaratdı… (Yaradılış, 1:20-21)
Allah "Yer üzü növbənöv canlı varlıq, ev heyvanı, vəhşi heyvan və sürünən törətsin" deyə buyurdu. Və elə oldu. Allah növbənöv vəhşi heyvan, ev heyvanı və sürünən yaratdı… (Yaradılış, 1:24-25)
Allah "İnsanı… yaradaq" dedi, "Dənizdəki balıqlara, göydəki quşlara, ev heyvanlarına, sürünənlərə, bütün yer üzünə hakim olsun". Allah insanı… yaratdı. Beləcə, insan… yaradılmış oldu. İnsanları kişi və qadın olaraq yaratdı. (Yaradılış, 1:26-27)
"Varmı Sənin kimisi ilahlar arasında ya Rəbb? Sənin kimi müqəddəslikdə əzəmətli, heybəti ilə tərifəlayiq möcüzələr yaradan varmı? (Misirdən çıxış, 15:11)
… Sizi yaradan, sizə quruluş verən… Yaradıcınız O deyilmi? (Qanunun təkrarı, 32:6)
Eşidən qulağı da, görən gözü də Rəbb yaratmışdır. (Süleymanın məsəlləri, 20:12)
… Özünü yaradan Allaha arxa çevirdi... (Qanunun təkrarı, 32:15)
… Səni yaradan Allahı unutdun. (Qanunun təkrarı, 32:18)
… Yeri, göyü yaradan uca Allah… (Yaradılış, 14:19)
Xalqların bütün ilahları bir heçdir, halbuki göyləri yaradan Rəbbdir. (1 Salnamələr, 16:26)
Böyük Ayını, Orionu, Ülkəri, Cənub bürcünü yaradan Odur. (Əyyub, 9:9)
Məni ana qarnında yaradan onu da yaratmadımı? Rəhmdə bizə quruluş verən O deyilmi? (Əyyub, 31:15)
Hər kəsin ürəyini yaradan, etdikləri hər şeyi çəkən Odur. (Zəbur, 33:15)
… Möcüzələr yaradan tək Odur. (Zəbur, 72:18)
Yer üzünün bütün sərhədlərini Sən təyin etdin; yazı da, qışı da yaradan Sənsən. (Zəbur, 74:17)
Möcüzələr yaradan Allah Sənsən… gücünü göstərdin. (Zəbur, 77:14)
… Bizi yaradan Rəbbin qarşısında diz çökək. (Zəbur, 95:6)
Xalqların bütün ilahları bir heçdir, halbuki göyləri yaradan Rəbdir. (Zəbur, 96:5)
Bilin ki, Rəbb Allahdır. Bizi yaradan Odur, biz də Onunuq, Onun xalqı, otlağının qoyunlarıyıq. (Zəbur, 100:3)
Yeri, göyü yaradan Rəbb sizləri müqəddəs hesab etsin. (Zəbur, 115:15)
Yeri, göyü yaradan Rəbbdən gələcək kömək. (Zəbur, 121:2)
Yeri, göyü yaradan Rəbbin adı Köməkçimizdir. (Zəbur, 124:8)
Yeri, göyü, dənizi və içindəki hər şeyi yaradan… (Zəbur, 146:6)
Ana rəhmindəki uşağın necə ruh və bədən aldığını bilmədiyin kimi, hər şeyi yaradan Allahın etdiklərini də bilə bilməzsən. (Vaiz, 11:5)
Bilmirsənmi, eşitmədinmi? Əbədi Allah, Rəbb, bütün dünyanı yaradan nə yorular, nə də zəifləyər, Onun bilgisi qavrana bilməz. (Yeşaya, 40:28)
… Səni yaradan… sənə quruluş verən Rəbb indi belə deyir… (Yeşaya, 43:1)
Səni yaradan, rəhmdə sənə quruluş verən, sənə kömək edəcək olan Rəbb belə deyir… (Yeşaya, 44:2)
Sizi qurtaran, sizə rəhmdə quruluş verən Rəbb deyir ki, "Hər şeyi yaradan, göyləri yalnız olaraq genişləndirən, yer üzünü yalnız olaraq sərən…" (Yeşaya, 44:24)
İşığı formalaşdıran, qaranlığı yaradan, xoşbəxtlik və fəlakəti yaradan, bütün bunları edən Rəbb Mənəm. (Yeşaya, 45:7)
Sizi yaradan, göyləri genişləndirən, dünyanın təməllərini qoyan Rəbbi necə olur ki, unudursunuz?... (Yeşaya, 51:13)
Gücü ilə yer üzünü yaradan, müdrikliyi ilə dünyanı quran, ağlı ilə göyləri yayan Rəbbdir. (Yeremya, 10:12)
Dünyanı yaradan, yerini alsın deyə ona quruluş verən, adı Rəbb olan belə deyir… (Yeremya 33:2)
Çünki dağlara quruluş verən, küləyi yaradan, niyyətini insana bildirən, şəfəqi qaranlığa çevirən, dünyanın yüksək yerlərinə ayaq basan bax, Odur; Onun adı Rəbb, Hər şeyə hakim Allahdır. (Amos, 4:13)
Ülkər və Orion bürclərini yaradan, zülmət qaranlığı səhərə çevirən, gündüzü gecə ilə qaraldan, dəniz sularını gətirib yer üzünə tökənin adı Rəbbdir. (Amos, 5:8)
… "Dənizi və qurunu yaradan göylərin Allahı Rəbbə tapınıram." (Yunus, 1:9)
Xalq belə dua etdi: "Tək Rəbb Sənsən. Göyləri, göylərin göylərini, bütün göy cisimlərini, yer üzünü və içindəki hər şeyi, dənizləri və içlərindəki hər şeyi Sən yaratdın. Hamısına Sən can verdin. Bütün göy cisimləri Sənə tapınar". (Nehemya, 9:6)

 

 

 

Tövratda Allahın hər şeyi görən, eşidən və bilən olması

Oturub-durmağımı bilərsən, niyyətimi uzaqdan anlayarsan. Getdiyim yolu, yatdığım yeri incəliklə ələyərsən, bütün etdiklərimdən xəbərin var. Hələ sözü ağzıma almadan söyləyəcəyim hər şeyi bilərsən ya Rəbb. (Zəbur, 139:2-4)
Qulağı yaradan eşitməzmi? Gözə quruluş verən görməzmi? (Zəbur, 94:9)
Artıq böyük danışmayın, ağzınızdan həyasızca sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır… (1 Şamuel, 2:3)
Halbuki Sən çətinlik və acı çəkənləri görərsən, kömək etmək üçün onları izləyərsən; çarəsizlər Sənə arxalanar, yetimin köməkçisi Sənsən. (Zəbur, 10:14)
Öyüdlərini, şərtlərini tətbiq edirəm, çünki bütün davranışlarımı görürsən Sən. (Zəbur, 119:168)
Səhər səsimi eşidirsən ya Rəbb, hər səhər Sənə dua edir, ümidlə gözləyirəm. (Zəbur, 5:3)
Məzlumların diləyini eşidərsən ya Rəb, ürəkləndirərsən onları, qulağın həmişə üzərlərindədir... (Zəbur, 10:17)
... İnsanların ürəklərini yalnız Sən bilirsən… (1 Padşahlar, 8:39)
Ya Rəbb, bütün həsrətlərimi bilirsən, iniltilərim Səndən gizli deyil. (Zəbur, 38:9)
… gedəcəyim yolu Sən bilirsən… (Zəbur, 142:3)
Məni tanıyırsan ya Rəbb, məni görür, ürəyimin Səninlə olduğunu bilirsən… (Yeremya, 12:3)
…Dodaqlarımdan çıxan hər sözü bilirsən ya Rəbb. O söz onsuz da Sənin ağzında idi. (Yeremya, 17:16)
... "Etdiyin hər şeydə Allah səninlədir" dedilər. (Yaradılış; 21:22)
"Sən ey oğlum Süleyman, atanın Allahını tanı. Bütün ürəyinlə və istəklə Ona qulluq et. Çünki Rəbb hər ürəyi araşdırar, hər fikirin ardındakı məqsədi təyin edər. Əgər Ona yönəlsən, Özünü sənə tapdırar. Amma Onu buraxsan, səni sonsuza qədər rədd edər". (1 Salnamələr, 28:9)
"… Yanımızda heç kim olmasa belə, Allah şahid olacaq". (Yaradılış, 31:50)
Allahdır zaman və mövsümləri dəyişdirən. Padşahları taxtdan endirər, taxta çıxarar. Müdriklərə müdriklik, anlayışlı olanlara bilgi verər. Dərin və gizli şeyləri ortaya çıxarar, qaranlıqda nələr olduğunu bilər… (Daniel, 2:21-22)
"Ağılsızlığımı bilirsən ey Allah, günahlarım Səndən gizli deyil". (Zəbur, 69:5)
Gizli yerdə yaradılanda, yerin dərinliklərində hörüləndə bədənim Səndən gizli deyildi. (Zəbur, 139:15)
Oturub-durmağımı bilirsən, niyyətimi uzaqdan anlayarsan… Bütün etdiklərimdən xəbərin var. Hələ sözü ağzıma almadan söyləyəcəyim hər şeyi bilirsən ya Rəbb. Məni hər tərəfdən əhatə etdin… (Zəbur, 139:2-5)
Allah hər işi, hər gizli şeyi mühakimə edəcək... (Vaiz, 12:14)

 

 

Tövratda Allahın tək qüdrət və iradə sahibi olması

Hər şeyə qüdrəti çatana biz çata bilmərik. Qüdrəti ucadır… (Əyyub, 37:23)
O, kimisini yoxsul, kimisini zəngin edər. Kimisini alçaldar, kimisini yüksəldər. (1 Şamuel, 2:7)
Belə dedi: "Allahın adına əzəldən sonsuzadək təriflər olsun! Müdriklik və qüdrət Ona məxsusdur. Odur zamanları və mövsümləri dəyişdirən. Padşahları taxtdan endirər, taxta çıxarar. Müdriklərə müdriklik, anlayışlı olanlara bilgi verər. Dərin və gizli şeyləri ortaya çıxarar, qaranlıqda nələr olduğunu bilər…" (Daniel, 2:20-22)
… Rəbb ona görünüb "Mən hər şeyə gücü çatan Allaham" dedi, "Mənim yolumda get, qüsursuz ol". (Yaradılış, 17:1)
Hər şeyə gücü çatan Allah səni müqəddəs hesab etsin, xeyirli etsin, soyunu çoxaltsın; soyundan xalqlar törəsin. (Yaradılış, 28:3)
"Mən hər şeyə gücü çatan Allaham" dedi… (Yaradılış, 35:11)
Hər şeyə gücü çatan Allah, adamın qəlbinə sizə qarşı mərhəmət qoysun ki… (Yaradılış, 43:14)
Amma sən səylə Allahı axtarıb hər şeyə gücü çatana yalvarsan... (Əyyub, 8:5)
Hər varlığın canı, bütün insanlığın nəfəsi Onun əlindədir. (Əyyub, 12:10)
Müdriklik və qüdrət Allaha məxsusdur, Ondadır öyüd və ağıl. (Əyyub, 12:13)
Ancaq bu sərvəti toplamaq qabiliyyətini sizə verənin Allahınız Rəbb olduğunu xatırlayın... (Qanunun təkrarı, 8:18)
Onun dağıtdığı düzəldilə bilməz, Onun həbs etdiyi adam azad ola bilməz. Suları kəssə, quraqlıq olar; göndərsə, dünyanı sel basar. Güc və zəfər Ona aiddir… Qaranlıqların dərin sirlərini açar, ölüm kölgəsini işıqlığa çıxarar. Xalqları böyüdər, xalqları yox edər, xalqları çoxaldar, xalqları sürgün edər. (Əyyub, 12:14-16; 22-23)
Ey hakim Rəbb… Göydə və yerdə Sənin etdiyin uca işləri edə biləcək başqa bir Allah yoxdur! (Qanunun təkrarı, 3:24)
O zaman Əyyub…: "Sənin hər şeyi edə biləcəyini bilirəm, heç bir məqsədinə maneə ola bilməz". (Əyyub, 42:1-2)
Sənin kimisi yoxdur… Sən böyüksən, adın da böyükdür gücün sayəsində. (Yeremya, 10:6)
… Dağlara quruluş verən, küləyi yaradan, niyyətini insana bildirən, şəfəqi qaranlığa çevirən… bax, Odur; Onun Adı Rəbb, hər şeyə hakim Allahdır. (Amos, 4:13)
Ülkər və Orion bürclərini yaradan, zülmət qaranlığı səhərə çevirən, gündüzü gecə ilə qaraldan, dəniz sularını gətirib yer üzünə tökənin Adı Rəbbdir. (Amos, 5:8)

 

 

Tövratda Allahın insana ruh verməsi

Halbuki insana ruh, hər şeyə gücü çatanın nəfəsi ağıl verər. (Əyyub, 32:8)
... Hər şeyə gücü çatanın nəfəsi (ruhu) həyat verir mənə. (Əyyub, 33:4)
Torpaq gəldiyi yerə dönmədən, ruh onu verən Allaha dönmədən, səni yaradanı xatırla. (Vaiz, 12:7)
Göyləri yaradıb genişləndirən, yer üzünü və məhsulunu sərən, dünyadakı insanlara nəfəs, orada yaşayanlara ruh verən Rəbb Allah deyir ki. (Yeşaya, 42:5)
Hakim Rəbb bu sümüklərə belə deyir: "İçinə ruh qoyacağam, canlanacaqsınız". (Yezekel, 37:5)
Sizə əzələlər verəcək, üzərinizdə ət yaradacağam, sizi dəri ilə örtəcəyəm. İçinə ruh qoyacağam, canlanacaqsınız. O zaman Mənim Rəbb olduğumu anlayacaqsınız. (Yezekel, 37:6)
… Mən Rəbbin ruhu ilə və güc, ədalət və cəsarətlə zinətləndim. (Mikeya, 3:8)
Sizə yeni bir ürək verəcək, ona yeni bir ruh qoyacağam. İçinizdəki daşdan ürəyi çıxaracaq, sizə ətdən bir ürək verəcəyəm. Ruhumu ona qoyacağam; qaydalarımı izləməyinizi, buyruqlarıma uyub onları tətbiqinizi təmin edəcəyəm. (Yezekel, 36:26-27)

 

 

Tövratda Allahın sonsuz ədalət sahibi olması

"Buna görə ey ağıllı insanlar, məni dinləyin! Allah pislik edərmi, hər şeyə gücü çatan haqsızlıq edərmi? Əsla!" (Əyyub, 34:10)
Allah qətiyyən pislik etməz, hər şeyə gücü çatan ədaləti sapdırmaz. (Əyyub, 34:12)
Hər şeyə gücü çatana biz çata bilmərik. Gücü ucadır, ədaləti və bənzərsiz doğruluğu ilə kimsəni əzməz. (Əyyub, 37:23)
Rəbb bütün düşkünləri haqq və ədalətə qovuşdurar. (Zəbur, 103:6)
… Rəb ucadır… ədalət və düzgünlüklə doldurar. (Yeşaya, 33:5)
Hökmdarın gözünə girmək istəyən çoxdur, amma Rəbbdir insanı ədalətə qovuşduran. (Süleymanın məsəlləri, 29:26)
… İşləri qüsursuzdur, bütün yolları doğrudur. O, haqsızlıq etməyən, etibarlı Allahdır. Doğru və ədalətlidir. (Qanunun təkrarı, 32:4)
"Rəb doğrudur!... Onda haqsızlıq olmaz!" deyə eşitdirəcəklər. (Zəbur, 92:15)
"Çünki Mən Rəbb ədaləti sevirəm, nifrət edirəm soyğun və haqsızlıqdan…" (Yeşaya, 61:8)
Amma Rəbb Özündən qorxanları sonsuza qədər sevər, razılaşmasına uyan və buyruqlarına tabe olmağı xatırlayan soylarına (Allahın əmrlərinə uyan, sadiq olanlara) ədalətli davranar. (Zəbur, 103:17-18)
Yenə də Rəbb sizə lütf etməyi həsrətlə gözləyir, sizə mərhəmət göstərmək üçün çalışır. Çünki Rəbb ədalətli Allahdır. Nə xoş Onu həsrətlə gözləyənlərə! (Yeşaya, 30:18)
… İşləri qüsursuzdur, bütün yolları doğrudur. O, haqsızlıq etməyən etibarlı Allahdır. Doğru və ədalətlidir. (Qanunun təkrarı, 32:4)
Başımıza gələn bütün hadisələrdə Sən həmişə ədalətli davrandın, doğru olanı etdin, biz isə pislik etdik. (Nehemya, 9:33)
... Sevinciniz sonsuz olacaq. Çünki Mən Rəbb ədaləti sevirəm... (Yeşaya, 61:7-8)
Rəbb belə deyir: "Müdrik adam müdrikliyi ilə, güclü adam gücü ilə, zəngin adam zənginliyi ilə öyünməsin. Dünyada yaxşılıq edənin, ədaləti, doğruluğu təmin edənin Mən Rəbb olduğumu anlamaqla və Məni tanımaqla öyünsün öyünən. Çünki Mən bunlardan xoşlanıram" deyir Rəbb. (Yeremya, 9:23-24)
Ədalətlə mühakimə edən, qəlbi və fikiri sınayan, Hər şeyə hakim Rəbb, iddiamı Sənin əlinə (təqdirinə, qüdrətinə) buraxıram... (Yeremya, 11:20)
Amma hər şeyə hakim Rəbb ədalətindən ötrü ucaldılacaq... (Yeşaya, 5:16)
Ədalətin sonsuza qədər doğrudur, Qanunun həqiqidir. (Zəbur, 119:142)
Sevgi və ədalətini tərənnümlə xatırlayacağam, Səni ilahilərlə tərifləyəcəyəm ya Rəbb. (Zəbur, 101:1)
Xalqlara "Rəbb hökmranlıq edir" deyin. Dünya möhkəm qurulmuşdur, sarsılmaz. O, xalqları ədalətlə mühakimə edir... Dünyanı ədalətlə, xalqları Öz həqiqəti ilə idarə edəcək. (Zəbur, 96:10-13)
Ya Rəbb, Sənə sığınıram. Utandırma məni heç vaxt! Ədalətinlə qurtar məni! (Zəbur, 31:1)
Doğruluğu, ədaləti sevər; Rəbbin sevgisi yer üzünü doldurar. (Zəbur, 33:5)
Ey ədalətli Allahım! Pislərin pisliyi sona çatsın, doğrular güvənliyə qovuşsun… Allah ədalətli bir hakimdir (ədalətlə hökm verəndir)… (Nehemya, 7:9-11)
… Məndən başqa Allah yoxdur, ədalətli Allah və xilaskar Mənəm. Yoxdur Məndən başqası. (Yeşaya 45:21)
… Allahımız Rəbb etdiyi hər şeydə ədalətlidir. Biz isə Onun sözünə qulaq asmadıq. (Daniel, 9:14)
Müdrik adam qavrasın bunları, anlayan anlasın. Çünki Rəbbin yolları ədalətlidir; bu yollarda getsə, düzələr; amma baş qaldıranlar bu yollarda səndələyər. (Huşə, 14:9)
Rəbb bütün davranışlarında ədalətli, gördüyü bütün işlərdə mehribandır. (Zəbur, 145:17)
Şükür edəcəyəm Sənə təmiz qəlblə, ədalətli hökmlərini öyrəndikcə. Qaydalarını yerinə yetirəcəyəm… (Zəbur, 119:7)
Bilirəm ya Rəbb, hökmlərin ədalətlidir… Ədalətli hökmlərini izləyəcəyəmə and içdim, andımı tutacağam. (Zəbur, 119:75, 106)
Sən ədalətlisən ya Rəbb, hökmlərin doğrudur. Buyurduğun nəsihətlər doğru və tam etibarlıdır… Ədalətin sonsuza qədər doğrudur, Qanunun gerçəkdir. (Zəbur, 119:137-142)
Doğruluğun ulu dağlara bənzəyir, ədalətin ucsuz-bucaqsız dənizlərə. İnsanı da, heyvanı da qoruyan Sənsən ya Rəbb. (Zəbur, 36:6)
Etdiyi hər işdə sadiq və ədalətlidir, bütün şərtləri etibarlıdır; sonsuzadək sürər, sədaqət və düzgünlüklə edilər. (Zəbur, 111:7-8)
Rəbb lütfkar və ədalətlidir, mehribandır Allahımız. (Zəbur, 116:5)

 

 

Tövratda Allahın sevən, mərhəmət sahibi və bağışlayan olması

Amma Sən bağışlayansan… (Zəbur, 130:4)
Bəlkə… pis yolundan dönər; Mən də günahlarını bağışlayaram. (Yeremya, 36:3)
Sənə qarşı gəldiyimiz halda, Sən acıyan, bağışlayan Allahımız Rəbbsən. (Daniel, 9:9)
Sən yaxşı və bağışlayansan ya Rəbb, Sənə yalvaran hər kəsə bol sevgi göstərərsən. (Zəbur, 86:5)
Yenə də Allah mehriban idi, günahlarını bağışlayır, onları yox etmirdi… (Zəbur, 78:38)
Söz dinləmək istəmədilər, aralarında yaratdığın möcüzələri unutdular. Dikbaşlıq etdilər, köhnə köləlik həyatlarına dönmək üçün özlərinə bir öndər taparaq baş qaldırdılar. Amma Sən bağışlayan, yaxşılıq edən, acıyan… sevgisi hədsiz  Allahsan. Onları tərk etmədin. (Nehemya, 9:17)
Rəbb… sevgisi hədsizdir, günahı və üsyanı bağışlayar. Ancaq günahkarı cəzasız buraxmaz… (Səhrada saylar, 14:18)
Minlərlə insana sevgi göstərər, üsyanlarını, günahlarını bağışlayaram. Heç bir günahı cəzasız buraxmaram… (Misirdən çıxış, 34:7)
Bütün günahlarını bağışlayan, bütün xəstəliklərini sağaldan... (Zəbur, 103:3)
… Rəbb də Özündən qorxanlara elə mehriban davranar. (Zəbur, 103:13)
Rəbb mehriban və lütf edəndir… sevgisi hədsizdir… göylər yer üzündən nə qədər yüksək isə, Özündən qorxanlara qarşı sevgisi də o qədər böyükdür. (Zəbur, 103:8-11)
Rəbb lütfkar və mehribandır… Sevgisi hədsizdir. Rəbb hamıya yaxşı davranır, mehribanlığı bütün əsərlərini əhatə edir. (Zəbur, 145:8-9)
Ya Rəbb, xalqları həqiqətən sevirsən… (Qanunun təkrarı, 33:3)
Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı olanları qoruyar, böyüklük edənlərin isə cəzasını verər. (Zəbur, 31:23)
Sığınacağım Sənsən, məni çətinlikdən qoruyub ətrafımı qurtuluş ilahiləri ilə əhatə edərsən. (Zəbur, 32:7)
Qoruyar Rəbb, yaşadar onu, ölkədə xoşbəxt edər, buraxmaz düşmənlərinin əlinə. (Zəbur, 41:2)
Ey sizlər, Rəbbi sevənlər, pislikdən çəkinin. O, sadiq qullarının canını qoruyar, onları pislərin əlindən qurtarar. (Zəbur, 97:10)
Rəbb lütfkar və ədalətlidir, mehribandır Allahımız. Rəbb təmiz insanları qoruyar, tükəndiyim zaman məni qurtardı. (Zəbur, 116:5-6)
Rəbb hər pislikdən səni qoruyar, əsirgəyər canını. (Zəbur, 121:7)
Çətinliyə düşsəm, məni qoruyar… məni qurtarar. (Zəbur, 138:7)
Rəbb qoruyur Özünü sevən hər kəsi, yox edər pislərin hamısını. (Zəbur, 145:20)
Rəbb qəribləri qoruyar; yetimə, dul qadına kömək edər, pislərin yolunu isə sapdırar. (Zəbur, 146:9)
Ədalətli olanların addımlarını qoruyar, sadiq qullarının yolunu güdər. (Süleymanın məsəlləri, 2:8)
Rəbb yaxşıdır, sığınacaqdır çətinlik anında. Qoruyar Özünə sığınanları. (Nahum, 1:7)
Günahlarını gizləyən müvəffəqiyyətli olmaz, etiraf edib tərk edən isə mərhəmət tapar. (Süleymanın məsəlləri, 28:13)
Çünki onlara mərhəmət edən özlərinə yol göstərəcək və onları bulaqlara aparacaq. (Yeşaya, 49:10)
Ey göylər, sevinclə səslənin, nəşə ilə coş ey yer üzü! Ey dağlar, sevinc səslərinə qatılın, çünki Rəbb xalqına təskinlik verəcək, əzilənə mərhəmət göstərəcək. (Yeşaya, 49:13)
Pis adam yolunu, fəsadçı niyyətini buraxsın; Rəbbə dönsün, mərhəmət tapar, Allahımıza dönsün, bol-bol bağışlanar. (Yeşaya, 55:7)
Çünki Rəbb kimsəni sonsuza qədər geri çevirməz. Dərd versə də, böyük sevgisindən ötrü yenə mərhəmət edər. (Mərsiyələr, 3:31-32)
Rəbbin sevgisi heç tükənməz, mərhəməti əsla sona çatmaz; (Mərsiyələr, 3:22)
Doğruluğu, ədaləti sevər, Rəbbin sevgisi yer üzünü doldurar. (Zəbur, 33:5)
Rəbbə şükür edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur. (1 Salnamələr, 16:34)
Halbuki Sən ya Rəbb, mehriban, lütf edən... sevgisi və sədaqəti bol, bir (olan) Allahsan. (Zəbur, 86:15)
... “Mən mehribanam” deyir Rəbb... (Yeremya, 3:12)
Rəbb bütün davranışlarında ədalətli, etdiyi bütün işlərdə mehribandır. Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. (Zəbur, 145:17-18)
Mənə lütflə bax, Adını sevənlərə həmişə etdiyin kimi... Çox mehribansan ya Rəbb, hökmlərinə görə qoru məni. (Zəbur, 119:132, 156)
Rəbb unudulmaz möcüzələr yaratdı; O, mehriban və lütf edəndir. (Zəbur, 111:4)
Çünki Sən doğru adamı müqəddəs hesab edirsən ya Rəbb, ətrafını qalxan kimi lütfünlə sararsan. (Zəbur, 5:12)
… Allahınız Rəbb sizi sevir. (Qanunun təkrarı, 23:5)
Çünki bizə bəslədiyi sevgi böyükdür, Rəbbin sədaqəti sonsuzadək sürər. Rəbbə təriflər deyin! (Zəbur, 117:2)
… Rəbb lütf edər, acıyar... Sevgisi hədsizdir... (Yoel, 2:13)

 

 

Tövratda Allahın hər an hər yerdə olması

Sənə güclü və ürəkli ol demədimmi? Qorxma, çəkinmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlə birlikdə olacaq. (Yeşua, 1:9)
... Getdiyim hər yerdə mənimlə birlikdə olan Allaha... (Yaradılış, 35:3)
... "İşi davam etdirin. Çünki Mən sizinlə birlikdəyəm". Belə deyir hər şeyə hakim Rəbb. (Haqqay, 2:4)
Yusifi tutub zindana, padşahın məhbuslarının bağlı olduğu yerə atdı. Amma Yusif zindanda ikən Rəbb onunla birlikdə idi... (Yaradılış 39, 20-21)
Çünki Rəbb Yusiflə birlikdə idi və etdiyi hər işdə onu müvəffəqiyyətli edirdi. (Yaradılış, 39:23)
… Ya Rəbb, məni hər tərəfdən əhatə etdin… (Zəbur, 139:4-5)
… İbrahimə "Etdiyin hər şeydə Allah səninlədir" dedilər. (Yaradılış, 21:22)
Rəbb onunla birlikdə idi. Etdiyi hər işdə müvəffəqiyyətli oldu… (2 Padşahlar, 18:7)
Davud getdikcə güclənirdi. Çünki hər şeyə hakim Rəbb onunla idi. (1 Salnamələr, 11:9)
Şamuel böyüyərkən Rəbb onunla birlikdə idi... (1 Şamuel, 3:19)
Haqqımdakı düşüncələrin necə dəyərlidir ey Allah, sayları nə çoxdur! Qum dənələrindən çoxdur, saymağa çalışsam. Oyanıram, yenə Səninləyəm. (Zəbur, 139:17-18)
… Çünki Allahı, hər yandan onu xoşbəxtliklə əhatə etmişdi. (2 Salnamələr, 20:30)
… Rəbbi istəklə axtarıb tapdılar. O da onları hər yandan xoşbəxtliklə əhatə etdi. (2 Salnamələr, 15:15)
Rəbb onunla birlikdə olduğundan etdiyi hər işdə müvəffəqiyyətli idi. (1 Şamuel, 18:14)

 

 

 

Tövratda Allahın ruzi verən olması

Budur, yer üzündə toxum verən hər otu, toxumu meyvəsində olan hər meyvə ağacını sizə verirəm. Bunlar sizə yemək olacaq. (Yaradılış, 1:29)
"Vəhşi heyvanlara, göydəki quşlara, sürünənlərə (nəfəs alıb-verən bütün heyvanlara) yemək olaraq yaşıl otları verirəm"... (Yaradılış, 1:30)
Bütün canlılar sizə yemək olacaq. Yaşıl bitkilər kimi, hamısını sizə verirəm. (Yaradılış, 9:3)
Yetimlərin, dul qadınların haqqını güdər. Qəribləri sevər, onları yeməklə, geyimlə təmin edər. (Qanunun təkrarı, 10:18)
Bütün canlılara yemək verənə sevgisi sonsuzdur; şükür edin göylərin Allahına, sevgisi sonsuzdur. (Zəbur, 136:25-26)
Odur göyləri buludlarla örtən, yer üzünə yağış yağdıran, dağlarda ot bitirən. O, yemək verər heyvanlara, qarıldaşan quzğun balalarına. (Zəbur, 147:8-9)
… Susadıqlarında onlara su verdin. Qırx il onları səhrada bəslədin. Heç korluq çəkmədilər… Gözəl əşyalarla dolu evlərə, qazılmış su anbarlarına, bağlara, zeytunluqlara, çoxlu meyvə ağacına sahib oldular. Yedilər, doydular, bəsləndilər və onlara etdiyin böyük yaxşılıqlara sevindilər. (Nehemya, 9:20-21, 25)
Rəbb unudulmaz möcüzələr yaratdı; O, mehriban və lütf edəndir. Özündən qorxanları bəsləyər (ruzi verər)... (Zəbur, 111:4-5)

 

 

Tövratda Allahın hakimliyinin hər şeyi əhatə etməsi

Göylər də, göylərin göyləri də, yer üzü və içindəki hər şey  Allahınız Rəbbindir. (Qanunun təkrarı, 10:14)
Allahımız Rəbb Odur, mühakimələri bütün yer üzünü əhatə edər. (1 Salnamələr, 16:14; Zəbur, 105:7)
Göylərə çıxsam, oradasan; ölülər diyarına (cəhənnəmə) yataq sərsəm, yenə oradasan. Səhərin qanadlarını alıb uçsam, dənizin kənarına qonsam, orada belə əlin yol göstərər mənə… (Zəbur, 139:8-10)
Məni hər tərəfdən əhatə etdin, əlini üzərimə qoydun. (Zəbur, 139:5)
Ya Rəbb, böyüklük, güc, ucalıq, zəfər və əzəmət Sənindir. Göydə və yerdə olan hər şey Sənindir. Hökmranlıq Sənindir ya Rəbb! Sən hər şeydən ucasan. Zənginlik və şərəf Səndən gələr. Hər şeyə hakimsən. Güc və səlahiyyət Sənin əlindədir. Birini yüksəltmək və gücləndirmək Sənin əlindədir. (1 Salnamələr, 29:11-12)
O qurtarar, O yaşadar; göydə də yerdə də əlamətlər yaradar, heyran edici  işlər görər. (Daniel, 6:27)
Gücü ilə yer üzünü yaradan, müdrikliyi ilə dünyanı quran, ağlı ilə göyləri yayan Rəbbdir. (Yeremya, 10:12)
Ey hakimimiz Rəbb, nə uca Adın var bütün yer üzündə! Səmanı əzəmətinlə örtdün. (Zəbur, 8:1)
İşığı formalaşdıran, qaranlığı yaradan, xoşbəxtlik və fəlakəti yaradan, bütün bunları edən Rəbb Mənəm. (Yeşaya, 45:7)
… Allahınız Rəbb həm yuxarıda göylərdə, həm də aşağıda yer üzündə Allahdır. (Yeşua, 2:11)

 

 

Tövratda Allahın hər cür nöqsandan münəzzəh olması

Sığınacağın dövrlər boyu var olan Allahdır, səni daşıyan Onun yorulmaz qollarıdır… (Qanunun təkrarı, 33:27)
Bilmirsənmi? Eşitmədinmi? Əbədi Allah, Rəbb, bütün dünyanı yaradan nə yorular, nə də zəifləyər; Onun bilgisi qavranmaz. (Yeşaya, 40:28)

 

Geri