Tövratda Allah sevgisi

Allahınız Rəbbi bütün qəlbinizlə, bütün canınızla, bütün gücünüzlə sevəcəksiniz. (Qanunun təkrarı, 6:5)
… Allahınız Rəbb Özünü bütün qəlbinizlə, bütün canınızla sevib-sevmədiyinizi anlamaq üçün sizi sınayır. (Qanunun təkrarı, 13:3)

… Allahınız Rəbb sizdən nə istəyir? Tək bunu istəyir: Allahınız Rəbbdən qorxun, Onun yollarında gedin, Onu sevin; bütün ürəyinizlə, bütün canınızla Ona qulluq edin; üzərinizə yaxşılıq gəlsin deyə bu gün sizə bildirdiyim buyruqlarına, qanunlarına tabe olun. (Qanunun təkrarı, 10:12-13)

Allahınız Rəbbi sevin. Nəsihətlərinə, qayda və qanunlarına, buyruqlarına həmişə tabe olun. (Qanunun təkrarı, 11:1)
Məni sevənləri mən də sevərəm... (Süleymanın məsəlləri, 8:17)

Amma Məni sevən, buyruqlarıma uyan minlərlə nəsilə sevgi göstərərəm. (Misirdən çıxış, 20:6; Qanunun təkrarı, 5:10)
Allahınız Rəbbi sevin... (Qanunun təkrarı, 30:20)

… Allahınız Rəbbi sevin, tamamilə göstərdiyi yolda gedin, buyruqlarını yerinə yetirin, Ona bağlı qalın, Ona candan və ürəkdən xidmət edin. (Yeşua, 22:5)

Allahınız Rəbbin Allah olduğunu bilin. O, etibarlı Allahdır. Özünü sevənlərin, buyruqlarına uyanların... razılaşmasına bağlı qalar. (Qanunun təkrarı, 7:9)

Allahınız Rəbbi sevmək, bütün ürəyinizlə, bütün canınızla Ona qulluq etmək üçün, bu gün sizə bildirdiyim buyruqlara yaxşıca qulaq assanız, Rəbb ölkənizə ilk və son yağışı vaxtında yağdıracaq… (Qanunun təkrarı, 11:13-14)
Ey göylərin Allahı Rəb! Uca və əzəmətli Allah! Səni sevənlərlə, buyruqlarına uyanlarla etdiyin razılaşmaya bağlı qalarsan. (Nehemya, 1:5)

Sevirəm, ya Rəb… əzəmətinin olduğu yeri. (Zəbur, 26:8)

Ey hər şeyə hakim Rəb, nə qədər sevərəm dərgahını!... İçim yanır; ürəyim, bütün varlığım Sənə, yaşayan Allaha sevinclə səslənir. (Zəbur, 84, 1-2)

... Allahınız Rəbbi sevməyə çox diqqət yetirin. (Yeşua, 23:11)

Allahınız Rəbbi sevin. Xəbərdarlıqlarına, qayda və qanunlarına, buyruqlarına həmişə tabe olun. (Qanunun təkrarı, 11:1)

... Onu (Allahı) bütün ürəyinizlə, bütün canınızla sevəsiniz və yaşayasınız. (Qanunun təkrarı, 30:6)

Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı olanları qoruyar... (Zəbur, 31:23)

Səni sevirəm, gücüm Sənsən, ya Rəb! (Zəbur, 18:1)

Rəbbi sevirəm... Yaşadığım müddətcə Ona səslənəcəyəm. (Zəbur, 116:1-2)

"Məni sevdiyi üçün onu qurtaracağam" deyir Rəbb... (Zəbur, 91:14)

Ey sizlər, Rəbbi sevənlər, pislikdən diksinin. O sadiq qullarının canını qoruyar, onları pislərin əlindən xilas edər. (Zəbur, 97:10)

Bu gün sizə Allahınız Rəbbi sevməyi, yollarında getməyi, buyruqlarına, qayda və qanunlarına tabe olmağı buyururam. Belə ki... Allahınız Rəbb tərəfindən müqəddəs hesab ediləsiniz. (Qanunun təkrarı, 30:16)

Allahınız Rəbbi sevmək, bütün ürəyinizlə, bütün canınızla Ona qulluq etmək üçün, bu gün sizə bildirdiyim buyruqlara yaxşıca qulaq assanız, Rəbb ölkənizə ilk və son yağışı vaxtında yağdıracaq... (Qanunun təkrarı, 11:13-14)

Allahınız Rəbbi sevmək, həmişə Onun yollarında getmək üçün, bu gün sizə bildirdiyim bütün bu buyruqlara tabe olsanız... (Qanunun təkrarı, 19:8-9)

Tabe olmağınız üçün sizə bildirdiyim bu buyruqları nöqsansız yerinə yetirər, Allahınız Rəbbi sevər, yollarında gedər, Ona bağlı qalsanız... (Qanunun təkrarı, 11:22)

Sevinsin Sənə sığınan hər kəs, sevinc həyəcanı göstərsin davamlı... Sevinclə coşsun adını sevənlər Səndə. (Zəbur, 5:11)
Rəbb qoruyar Özünü sevən hər kəsi... (Zəbur, 145:20)

 

Geri