Tövratda Allah qorxusu

Amma Rəbb Özündən qorxanları sonsuza qədər sevər... (Zəbur, 103:17-18)

Müdrikliyin təməli Rəbb qorxusudur, Onun qaydalarını yerinə yetirən hər kəs ağıl sahibi olar… (Zəbur, 111:10)

Rəbbə qorxu ilə xidmət edin, titrəyərək sevinin. (Zəbur, 2:11)

Nə xoş Rəbbdən qorxana, Onun yolunda gedən! Əməyinin məhsulunu yeyəcəksən, xoşbəxt və müvəffəqiyyətli olacaqsan… Rəbbdən qorxan adam belə müqəddəs hesab ediləcək. (Zəbur, 128:1-4)

Allah qorxusu dolğun və dərdsiz bir həyata qovuşdurar. (Süleymanın məsəlləri, 19:23)

Özünü müdrik biri olaraq görmə, Rəbbdən qorx, pislikdən uzaq dur. Beləcə, vücudun sağlamlıq və fərahlıq tapar. (Süleymanın məsəlləri, 3:7-8)

Rəbbdən qorxan tam təhlükəsizlikdədir... Rəbb qorxusu həyat qaynağıdır... (Süleymanın məsəlləri, 14:26-27)

Rəbb qorxusu insanı pislikdən uzaqlaşdırar… (Süleymanın məsəlləri, 16:6)

Rəbb qorxusu müdriklik öyrədər... (Süleymanın məsəlləri, 15:33)

… Davamlı Rəbb qorxusunda yaşa. Beləcə, bir gələcəyin olar və ümidin boşa çıxmaz… (Süleymanın məsəlləri, 23:17-18)

… Allahınız Rəbb sizdən nə istəyir? Tək bunu istəyir:  Allahınız Rəbbdən qorxun, Onun yollarında gedin, Onu sevin; bütün qəlbinizlə, bütün canınızla Ona qulluq edin... (Qanunun təkrarı, 10:12-13)

Allahınız Rəbbin ardınca gedin, ondan qorxun. Buyruqlarına uyun, Onun sözünə qulaq asın. Ona qulluq edin, Ona bağlı qalın. (Qanunun təkrarı, 13:4)

Rəbb qorxusu pakdır, sonsuza qədər qalar… (Zəbur, 19:9)

Musa... "Allah sizi sınamaq üçün gəldi; Allah qorxusu üzərinizdə olsun, günah işləməyəsiniz deyə". (Misirdən çıxış, 20:20)
Yaşadığınız vaxtın zamini Odur. Bol-bol qurtuluş, məlumat və müdriklik təmin edəcək. Xalqın xəzinəsi Rəbb qorxusudur. (Yeşaya, 33:5-6)

"Bu kitabda yazılan Qanunun bütün sözlərinə uymayıb Allahınız Rəbbin uca və heybətli adından qorxmasanız, Rəbb sizi və soyunuzu qorxunc bəlalarla, böyük və davamlı bəlalarla və ağır, sağalmaz xəstəliklərlə vuracaq. (Qanunun təkrarı, 28: 58-59)

Yeşua "Buna görə Rəbbdən qorxun, səmimiyyətlə və bağlılıqla Ona qulluq edin" deyə davam etdi. (Yeşua, 24:14)

Hər şeyə hakim Rəbbi müqəddəs sayın. Qorxunuz, vahiməniz Ondan olsun. (Yeşaya, 8:13)

Allahınız Rəbbdən qorxun, Ona qulluq edin. Ona bağlı qalın və Onun adı ilə and için. (Qanunun təkrarı, 10:20)

… Allahınız Rəbbin buyruqlarına uyun. Yollarında gedin, Ondan qorxun. (Qanunun təkrarı, 8:6)

Həyatınız boyunca siz, uşaqlarınız və nəvələriniz sizə verdiyim bütün qaydalara, buyruqlara tabe olub Allahınız Rəbbdən qorxun ki, ömrünüz uzun olsun… (Qanunun təkrarı, 6:2)

Tərifləyin Rəbbi! Nə xoş Rəbbdən qorxan insana, Onun buyruqlarından böyük zövq alan! (Zəbur, 112:1)

Ey sizlər, Rəbbdən qorxanlar, Onu tərifləyin!... (Zəbur, 22:23)

Müqəddəslər birliyində Allah qorxu oyadar, ətrafındakıların hamısından ulu və müdhişdir. (Zəbur 89:7)

Rəbbdən qorxmaq pislikdən nifrət etmək deməkdir… (Süleymanın məsəlləri, 8:13)

Müqəddəslər birliyində Allah qorxu oyadar... (Zəbur 89:7)

Dostuyam bütün Səndən qorxanların, şərtlərinə uyanların. (Zəbur, 119:63)
Kaş ki, məndən qorxaydılar və bütün buyruqlarıma tabe olmağı həmişə ürəkdən istəyəydilər! Onda özlərinə və uşaqlarına davamlı yaxşılıq gələrdi. (Qanunun təkrarı, 5:29)

... Valideynlər Allahdan qorxan kəslər idi... Valideynlər Özündən qorxduqları üçün Allah onları ev-eşik sahibi etdi. (Misirdən çıxış, 1:17, 21)

Us ölkəsində Əyyub adında bir nəfər yaşayırdı. Qüsursuz, doğru bir adam idi. Allahdan qorxar, pislikdən qaçardı. (Əyyub, 1:1)

Dağlar Rəbbin qarşısında titrəyər, əriyər təpələr. Yer sarsılar önündə. Dünya və üzərində yaşayanların hamısı titrəyər. (Nahum, 1:5)

Padşahlığımda yaşayan hər kəsin Danielin Allahından qorxub titrəməsini buyururam... (Daniel, 6:26)

Kim Rəbbdən qorxsa, Rəbb ona seçəcəyi yolu göstərər. Hüzur içində yaşayacaq o insan... (Zəbur, 25:12-14)

… Vəzifənizi Rəbb qorxusu ilə, bağlılıqla, bütün ürəyinizlə etməlisiniz. (2 Salnamələr, 19:9)

Rəbb qorxusudur biliyin təməli. (Süleymanın məsəlləri, 1:7)

Bir-birinizə haqsızlıq etməyəcək, Allahınızdan qorxacaqsınız. Allahınız Rəbb Mənəm. (Levililər, 25:17)

Əgər Rəbbdən qorxub Ona qulluq etsəniz, Onun sözünü dinləyib buyruqlarına qarşı gəlməsəniz… Tək Rəbbdən qorxun, Ona bağlılıqla və bütün qəlbinizlə qulluq edin. Onun sizlər üçün necə əzəmətli işlər gördüyünü bir düşünün! (1 Şamuel, 12:14, 24)

Xalqı (kişi, qadın, uşaq və şəhərlərinizdə yaşayan qəribləri) yığın. Belə ki, hər kəs eşidib öyrənsin, Allahınız Rəbbdən qorxsun. Bu qanunun bütün sözlərinə tabe olmağa diqqət yetirsin… Yaşadığınız müddətdə Allahınız Rəbbdən qorxmağı öyrənsinlər. (Qanunun təkrarı, 31:12-13)

Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. Diləyini yerinə yetirər Özündən qorxanların… (Zəbur, 145:18-19)

Bütün yer üzü Rəbbdən qorxsun, dünyada yaşayan hər kəs Ona hörmət etsin. Çünki O söyləyincə hər şey var oldu; O buyurunca hər şey meydana çıxdı. (Zəbur, 33:8-9)

Allahınız Rəbbdən qorxacaqsınız; Ona qulluq edəcək və Onun adı ilə and içəcəksiniz. Başqa ilahların, ətrafınızdakı xalqların tapındığı heç bir ilahın ardınca getməyəcəksiniz. (Qanunun təkrarı, 6:13-14)

Kara lənət etməyəcək, korun önünə maneə qoymayacaqsan. Allahından qorxacaqsan. Rəbb Mənəm. (Levililər, 19:14)

... Yaşlılara hörmət göstərəcəksən. Allahından qorxacaqsan. Rəbb Mənəm. (Levililər, 19:32)

Oğlum, müdrikliyə qulaq asıb ürəkdən ağıla yönələrək sözlərimi qəbul edib buyruqlarımı ağlında tutsan; bəli, ağılı çağırıb ona könüldən səslənsən, gümüş axtaran kimi onu axtarsan, onu axtarsan xəzinə axtaran kimi, Rəbb qorxusunu anlayar və Allahı yaxından tanıyarsan. Çünki müdrikliyin qaynağı Rəbdir. (Süleymanın məsəlləri, 2:1-6)

Müdrik adamı öyrətsən, daha müdrik olar; doğru adama öyrətsən, məlumatını artırar. Rəbb qorxusudur müdrikliyin təməli. Ağlı müqəddəs olanı (Allahı) tanımaqdır... (Süleymanın məsəlləri, 9:9-10)

Rəbb mehriban və lütf edəndir... Özündən qorxanlara qarşı sevgisi də o qədər böyükdür... Rəbb Özündən qorxanlara mehriban davranar... (Zəbur, 103:8, 11-13)

Rəbb qorxusu ömürü uzadar, pislərin ömrü isə qısadır. (Süleymanın məsəlləri, 10:27)

Doğru yolda gedən Rəbbdən qorxar... (Süleymanın məsəlləri, 14:2)

Rəbbin mələyi Ondan qorxanların ətrafına düşərgə qurar, qurtarar onları… Rəbbdən qorxun... çünki Ondan qorxanın nöqsanı olmaz. (Zəbur, 34:7-9)

… Rəbb sizdən nə istəyir? Tək bunu istəyir: Allahınız Rəbbdən qorxun, Onun yollarında gedin, Onu sevin; bütün ürəyinizlə, bütün canınızla Ona qulluq edin; sizə yaxşılıq gəlsin deyə bu gün sizə bildirdiyim buyruqlarına, qaydalarına uyun. (Qanunun təkrarı, 10:12-13)

… Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. Ya Rəb, yolunu mənə öyrət, Sənin həqiqətinə görə gedim, qərarlı et məni, tək Sənin adından qorxum. (Zəbur, 86:10-11)

Ey Rəbbdən qorxanlar, Rəbbə güvənin, Odur köməkçiniz və qalxanınız (qoruyanınız)!... Böyük-kiçik, Özündən qorxan hər kəsi müqəddəs hesab edəcək. (Zəbur, 115:11-13)

Rəbbə şükür edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur... "Sonsuzdur sevgisi!" desin Rəbbdən qorxanlar. (Zəbur, 118:1-4)

... Rəbbi tərifləyin, ey Rəbbdən qorxanlar! (Zəbur, 135:20)

Rəbb Özündən qorxanlardan, sevgisinə ümid bağlayanlardan xoşlanar. (Zəbur, 147:11)

Müdrik adam (Allahdan) qorxduğu üçün pislikdən uzaqlaşar… (Süleymanın məsəlləri, 14:16)

Yoxsul olub Rəbbdən qorxmaq, zəngin olub qayğı içində yaşamaqdan daha yaxşıdır. (Süleymanın məsəlləri, 15:16)

Təvazökarlığın və Rəbb qorxusunun mükafatı zənginlik, şərəf və həyatdır. (Süleymanın məsəlləri, 22:4)

Qüsursuz həyat sürən, ədalətli davranan, ürəkdən həqiqəti söyləyən (adam)... Rəbbdən qorxanlara hörmət edər. (Zəbur, 15:2-4)

Rəbb "Qulum Əyyuba baxıb heç düşündünmü?" dedi, "… Qüsursuz, doğru bir adamdır. Allahdan qorxar, pislikdən qaçar…" (Əyyub, 2:3)

Yaxşılığın nə böyükdür ya Rəb, onu Səndən qorxanlar üçün saxlayarsan… (Zəbur, 31:19)

… Rəbbin gözü Özündən qorxanların, sevgisinə ümid bağlayanların üzərindədir. (Zəbur, 33:18)

Gəlin ey uşaqlar, dinləyin məni. Sizə Rəbb qorxusunu öyrədim. Kim həyatdan zövq alıb yaxşı günlər görmək istəyirsə, dilini pislikdən, dodaqlarını yalandan uzaq tutsun. Pislikdən çəkinin, yaxşılıq edin. Sağlamlığı məqsəd qoyun, ardınca gedin. (Zəbur, 34:11-14)

Gəlin dinləyin, ey sizlər, Allahdan qorxanlar, (Allahın) mənim üçün nələr etdiyini sizə bildirim. (Zəbur, 66:16)

Qayda və qanunları xalqa öyrət, izləmələri lazım olan yolu, edəcəkləri işi göstər. Bununla yanaşı, xalqın arasından Allahdan qorxan, qabiliyyətli, haqsız qazancdan nifrət edən dürüst adamlar seç... (Misirdən çıxış, 18:20-21)

Xalqlar Sənə şükür etsin ey Allah, bütün xalqlar Sənə şükür etsin!... Dünyanın dörd bucağındakılar Ondan qorxsun! (Zəbur, 67:5-7)

Bir qardaşın yoxsullaşıb möhtac olsa, ona kömək etməlisən. Aranızda qalan bir qərib, yaxud qonaq kimi yaşayacaq. Ondan faiz və qazanc götürmə. Allahından qorx ki, qardaşın yanında həyatını davam etdirə bilsin… Ona ağalıq etməyəcək, sərt davranmayacaqsan. Allahından qorxacaqsan. (Levililər, 25:35-36, 43)

Tək Sənsən qorxulması lazım olan... (Zəbur, 76:7)

… Sadiq qullarına xoşbəxtlik sözü verəcək, təki bir daha ağılsızlıq etməsinlər. Bəli, O, Özündən qorxanları qurtarmaq üzrədir... (Zəbur, 85:8-9)

... Rəbbdən qorxub Ona və qulu Musaya güvəndi. (Misirdən çıxış, 14:31)

Bu qanun nümunəsini yanında saxlayacaq, həyatı boyunca hər gün onu oxuyacaq. Belə ki, Allahı Rəbbdən qorxmağı, bu qanunun bütün söz və qaydalarına tabe olmağı öyrənsin; özünü qardaşlarından üstün saymasın, qanunun xaricinə çıxmasın; özünün və soyunun padşahlığı İsraildə uzun illər sürsün. (Qanunun təkrarı, 17:19-20)

Çünki Allahdan gələcək bəladan qorxuram, Onun əzəmətindən (qüdrətindən) ötrü belə bir şey edə bilməm. (Əyyub, 31:23)

Sənin güvəndiyin Allahdan qorxun deyilmi, ümidin qüsursuz həyatında deyilmi? (Əyyub, 4:6)

Davamlı üzərimizə yaxşılığın gəlməsi... üçün Allahımız Rəbb bütün bu qaydalara tabe olmağımızı və Özündən qorxmağımızı buyurdu. (Qanunun təkrarı, 6:24)

Məndən əvvəl vəzifədə olan valilər xalqa yük oldular… Xidmətçiləri belə xalqı əzdi. Amma mən Allahdan qorxduğum üçün belə davranmadım. (Nehemya, 5:15)

Ona görə Rəbbdən qorxun, diqqətlə mühakimə edin. Çünki Allahımız Rəbb kimsənin haqsızlıq etməsinə, kimsəyə havadarlıq etməsinə, rüşvət almasına göz yummaz... Yehoşafat onlara bu buyruqları verdi: "Vəzifənizi Rəbb qorxusu ilə, bağlılıqla, bütün ürəyinizlə etməlisiniz." (2 Salnamələr, 9:7-9)

Günahkar yüz dəfə pislik edib uzun yaşasa belə, Allahdan qorxanların, Onun qarşısında hörmətlə duranların yaxşılıq görəcəyini bilirəm. Halbuki pis, Allahdan qorxmadığı üçün yaxşılıq görməyəcək... (Vaiz, 8:12-13)

Dinləyin!... Onun (Allahın) adından qorxmaq müdriklikdir. (Mikeya, 6:9)

… Rəbbdən qorxaraq Onun lütfünü dilədi… (Yeremya, 26:19)

… Sən böyüksən, Adın da böyükdür gücün sayəsində. Səndən kim qorxmaz… (Yeremya, 10:6-7)

… Yaşadıqları müddətdə Səndən qorxsunlar və Sənin yolunda getsinlər… Belə ki, dünyanın bütün xalqları… adını bilsin, Səndən qorxsun...  (2 Salnamələr, 6:31-33)

 

Geri