Tövratda imanın həqiqətləri

Tövratda Allaha şirk qoşmadan iman etmək

… Allahın Rəbb Mənəm, Məndən başqa Allah tanımayacaqsan, çünki başqa xilaskar yoxdur. (Huşə, 13:4)
"Ya Rəbb… yerdə və göydə Sənə bənzər başqa Allah yoxdur" dedi… (1 Padşahlar, 8:23)
Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur… Belə ki, şərqdən qərbə qədər Məndən başqası olmadığını hər kəs bilsin. Rəbb Mənəm, başqası yoxdur. (Yeşaya, 45:5-6)
"… Allahın Rəbb Mənəm. Məndən başqa Allahın olmayacaq. Özünə yuxarıda-səmada, aşağıda-yer üzündə, yaxud da yeraltı sularda yaşayan hər hansı bir canlıya bənzər büt qəbul etməyəcəksən. Bütlərin önündə əyilməyəcək, onlara tapınmayacaqsan..." (Misirdən çıxış, 20:2-5)
Hər şeyə hakim Rəbb deyir ki, "İlk və son Mənəm, Məndən başqa Allah yoxdur". (Yeşaya, 44:6)
Bütlərə şəkil verənlərin hamısı faydasız insanlardır. Dəyər verdikləri şeylər heç bir işə yaramaz. Bütlərin şahidləri onlardır; nə bir şey görər, nə də bir şey bilərlər. Bunun nəticəsində utanacaqlar. Kim faydasız ilaha şəkil verib tökmə büt düzəltmək istəyər? Baxın, bu bütlərlə məşğul olanların hamısı utanacaq. Onları edənlər  insandır. Hamısı toplanıb mühakimə olunmağa gəlsinlər. Dəhşətə bürünəcək və utanacaqlar birlikdə. (Yeşaya, 49:9-11)
… Taxtadan oyma bütlər daşıyan, xilas edə bilməyən ilahlara yalvaranlar bilgisizdir… Məndən başqa Allah yoxdur, ədalətli Allah və xilaskar Mənəm. Yoxdur Məndən başqası. "Ey dünyanın dörd bucağındakılar, Mənə dönün, xilas olarsınız. Çünki Allah Mənəm, başqası yoxdur". (Yeşaya, 45:20-22)
... Allahınız Rəbb Mənəm, başqa biri yoxdur... (Yoel, 2:27)
Allahınız Rəbbdən qorxacaqsınız; Ona qulluq edəcək və Onun adı ilə and içəcəksiniz. Başqa ilahların, ətrafınızdakı xalqların tapındığı heç bir ilahın ardınca getməyəcəksiniz. (Qanunun təkrarı, 6:13-14)
... Məndən əvvəl bir Allah olmadı, Məndən sonra da olmayacaq. "Mən, tək mən Rəbbəm, Məndən başqa xilaskar yoxdur. Mən bildirdim, Mən qurtardım, Mən eşitdirdim, aranızdakı özgə ilahlar deyil… Allah Mənəm, əzəldən mən Oyam… Mən edərəm, kim mane ola bilər?" (Yeşaya, 43:10-13)
İnsanın şəkil verdiyi oyma, yaxud tökmə bütün nə faydası var ki, aldatmaqdan başqa? Bütü düzəldən işinə güvənər, lakin düzəltdiyi nədir ki, dilsiz bütdən başqa. Taxta bütə “Canlan!” deyənin, dilsiz daşa “Oyan” deyənin vay halına! Büt yol göstərə bilərmi? Qızıl və gümüşlə örtülmüş, lakin içində həyat nəfəsi yoxdur. (Habaqquq, 2:18-19)
Hamısı tam mənasızdır, etdikləri də bir heçdir. Xalqın bütləri yalnız yeldir, sıfırdır. (Yeşaya, 41:29)
Ya Rəbb, Allahım, möcüzələrin, düşüncələrin necə də çoxdur bizim üçün; Sənə ortaq qoşulmaz! Eşitdirmək, bildirmək istəsəm etdiklərini, saymaqla bitməz. (Zəbur, 40:5)
... Rəbbə kim ortaq qoşular?... Ya Rəbb, hər şeyə hakim Allah, Sənin kimi güclü Rəbb varmı?... Göylər Sənindir, yer üzü də Sənindir; dünyanın və içindəki hər şeyin təməlini Sən atdın. (Zəbur, 89:6, 8, 11)
Oyma bütlərə güvənənlər və tökmə bütlərə “İlahlarımız sizsiniz” deyənlər isə geri çevrilib tamamilə utandırılacaqlar. (Yeşaya, 42:17)
Amma siz yollarımdan sapıb, qaydalarımı və buyruqlarımı buraxıb və gedib başqa ilahlara qulluq edib tapınsanız, sizə verdiyim ölkədən sizi götürüb atacağam… (2 Salnamələr, 7:19-20)
Onların ilahları önündə əyilməyəcək, tapınmayacaqsınız; adətlərini izləməyəcəksiniz. Əksinə, ilahlarını yox edəcək, ucaldılmış daşlarını tamamilə parçalayacaqsınız. Allahınız Rəbbə tapınacaqsınız... (Misirdən çıxış, 23:24-25)
Allahınız Rəbbin sizə buyurduğu razılaşmanı pozsanız və gedib başqa ilahlara qulluq edib tapınsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq; Rəbbin sizə verdiyi bu gözəl ölkədən tez yox olub gedəcəksiniz. (Yeşua, 23:16)
Rəbbdən başqa bir ilaha qurban kəsən həlak ediləcək. (Misirdən çıxış, 22:20)
Siz isə Məni buraxdınız və başqa ilahlara qulluq etdiniz... (Hakimlər, 10:13)

 

 

Tövratda Allaha şükür etmək

Üstəlik Allah insana mal-mülk verirsə və onu yeməsi, mükafatını alması, etdiyi işdən xoşbəxtlik hissi keçirməsi üçün ona güc verirsə, bu bir Allah hədiyyəsidir. (Vaiz, 5:19)
Ey Rəbbin sadiq qulları, Onu ilahilərlə öyün, müqəddəsliyini xatırlayaraq Ona şükür edin. Belə ki, könlüm Səni ilahilərlə tərifləsin, susmasın! Ya Rəbb Allahım, Sənə davamlı şükür edəcəyəm. (Zəbur, 30:4, 12)
Davamlı Sənə şükür edərəm etdiklərin üçün… (Zəbur, 52:9)
Sənə şükür edirik ey Allah, şükür edirik, çünki Sən yaxınsan, möcüzələrin bunu göstərir. (Zəbur, 75:1)
Bizlər… sonsuza qədər şükür edəcəyik. Sənə nəsillər boyu təriflərini dilimizdən salmayacağıq. (Zəbur, 79:13)
Dedi ki, "Bu dünyaya çılpaq gəldim, çılpaq gedəcəyəm. Rəbb verdi, Rəbb aldı, Rəbbin adına təriflər olsun!" (Əyyub 1:21)
… Allah tərif və şükürlə tərənnüm edilərdi. (Nehemya, 12:46)
Evlərinə şükürlə, həyətlərinə həmd ilə girin; Ona şükür edin, adını təqdis edin. (Zəbur, 100:4)
Ya Rəbb, bütün qəlbimlə Sənə şükür edəcəyəm, yaratdığın möcüzələrin hamısını bildirəcəyəm. Səndə sevinc tapıb coşacağam, adını ilahilərlə tərifləyəcəyəm, ey ucalar ucası! (Zəbur, 9:1-2)
Zənginlik və şərəf Səndən gələr. Hər şeyə hakimsən. Güc və ixtiyar Sənin əlindədir. Birisini yüksəltmək və gücləndirmək Sənin əlindədir. İndi ey Allahımız, Sənə şükür edirik, böyük adını tərifləyirik. (1 Salnamələr, 12-13)
Təriflər deyin Rəbbə! Rəbbə şükür edin. Çünki O, yaxşıdır, sevgisi sonsuzdur. (Zəbur, 106:1)
Təriflər deyin Rəbbə! Doğru insanların yığıncağında, birlik içində, bütün qəlbimlə Rəbbə şükür edəcəyəm. (Zəbur, 111:1)
Rəbbə şükür edin. Çünki O, yaxşıdır, sevgisi sonsuzdur. Şükür etsinlər Rəbbə sevgisi üçün, insanların faydasına yaratdığı möcüzələr üçün. Çünki O, susamış canın susuzluğunu aradan qaldırar, ac canı yaxşı şeylərlə doyurar. (Zəbur, 107:1, 7-9)
Bütün qəlbimlə Sənə şükür edirəm ya Rəbb… Səni ilahilərlə tərifləyirəm… Adına şükür edirəm sevgin, sədaqətin üçün… Səsləndiyim gün mənə cavab verdin, mənə güc verdin, məni ürəkləndirdin. Şükür etsin Sənə ya Rəbb, yer üzü padşahlarının hamısı… (Zəbur, 138:1-4)
Bütün yaratdqıların Sənə şükür edər ya Rəbb, sadiq qulların Sənə təriflər deyər. (Zəbur, 145:10)
Ey atalarımın Allahı, Sənə şükür edər, Səni tərifləyərəm. Sən ki, mənə müdriklik və güc verdin; Səndən istədiklərimizi mənə bildirdin… (Daniel, 2:23)
Şükür edəcəyəm Sənə təmiz qəlblə, ədalətli hökmlərini öyrəndikcə. Qaydalarını yerinə yetirəcəyəm, buraxma məni heç bir zaman! (Zəbur, 119:7-8)
Rəbbə şükür edin. Çünki O, yaxşıdır, sevgisi sonsuzdur… Açın mənə ədalət qapılarını, girib Rəbbə şükür edim. Bax, budur Rəbbin qapısı! Doğrular girə bilər oradan. Sənə şükür edirəm, çünki mənə cavab verdin, xilaskarım oldun… Allahım Sənsən, şükür edirəm Sənə, Allahım Sənsən, ucaldaram Səni. Rəbbə şükür edin. Çünki O, yaxşıdır, sevgisi sonsuzdur. (Zəbur, 118:1, 19-21, 28-29)
Ya Rəbb Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, adını sonsuza qədər ucaldacağam. Çünki mənə sevgin böyükdür, məni ölülər diyarının dərinliklərindən Sən qurtardın. (Zəbur, 86:12-13)
… Rəbbə şükür edin, çünki sevgisi sonsuza qədər qalıcıdır! (2 Salnamələr, 20:21)
Rəbbə şükür edin, Ona yalvarın, xalqlara bildirin etdiklərini! Onu tərənnümlə, ilahilərlə öyün, bütün möcüzələrini bildirin! Müqəddəs adı ilə öyünün, sevinsin Rəbbə yönələnlər! (1 Salnamələr, 16:8-10)
Rəbbə şükür etmək, təriflər demək üçün hər səhər və axşam məbəddə hazır olacaydılar. (1 Salnamələr, 23:30)
Ya Rəbb, Sənə şükür etmək, ey ucalar ucası, adını ilahilərlə tərifləmək, səhər sevgini, gecə sədaqətini… eşitdirmək nə gözəldir! (Zəbur, 92:1-3)
Ey doğrular, Rəbbdə sevinc tapın, müqəddəsliyini xatırlayaraq Ona şükür edin! (Zəbur, 97:12)
Evlərinə şükürlə, həyətlərinə təriflə girin! Şükür edin Ona, adına təriflər deyin! Çünki Rəbb yaxşıdır, sevgisi sonsuzdur. Sədaqəti nəsillər boyu sürər. (Zəbur, 100:4-5)
Rəbbə şükür edin, Ona yalvarın, xalqlara bildirin etdiklərini! Onu tərənnümlə, ilahilərlə öyün, bütün möcüzələrini bildirin! (Zəbur, 105:1-2)
Şükür edin Rəbbə. Çünki O, yaxşıdır, sevgisi sonsuzdur; (Zəbur, 136:1)
… "Ya Rəbb, Sənə şükür edirik… Allah xilasımızdır. Ona güvənəcəyik və qorxmayacağıq. Çünki Rəbb gücümüz və tərənnümümüzdür. O qurtardı bizi"… O gün deyəcəksiniz ki, "Rəbbə şükür edin, Ona yalvarın, xalqlara bildirin etdiklərini, adının uca olduğunu bildirin! (Yeşaya, 12:1-4)
Xalqlar Sənə şükür etsin ey Allah, bütün xalqlar Sənə şükür etsin! Xalqlar sevinsin, sevincdən səslənsin, çünki Sən xalqları ədalətlə mühakimə edərsən, yer üzündəki xalqlara yol göstərərsən. (Zəbur, 67:3-4)
Təriflər deyin Rəbbə! Təriflər deyin ey Rəbbin qulları, Rəbbin adına təriflər deyin! (Zəbur, 113:1)

 

 

Tövratda Allaha təvəkkül etmək

Rəbb mənim gücüm, qalxanımdır, Ona ürəkdən güvənir və kömək görürəm… (Zəbur, 28:7)
Rəbbə güvənənlər… sarsılmaz, sonsuza qədər qalar. (Zəbur, 125:1)
Belə dedi: "Rəbb mənim gücüm, sığınacağım, xilaskarımdır.    Allahım… Ona sığınıram; qalxanım, güclü xilaskarım, sığınacaq yerimdir. Xilaskarım, çətinlikdən məni Sən qurtararsan! (2 Şamuel, 22:2-3)
İnsandan qorxmaq tələdir, amma Rəbbə güvənən amanda olar. (Süleymanın məsəlləri, 29:25)
Budur, Allah mənim köməkçimdir, tək dəstəyim Rəbbdir. (Zəbur, 54:4)
Rəbb mənim işığım, xilasımdır, heç kimdən qorxmaram. Rəbb həyatımın qalasıdır, kimsədən qorxmam. Rəqiblərim, düşmənlərim olan pislər məni udmaq üçün üzərimə gələrkən büdrəyib yıxılarlar. Qarşımda bir ordu yerləşsə, tüküm tərpənməz, mənə qarşı döyüş olsa, yenə güvənimi itirməm. (Zəbur, 27:1-3)
Sən Rəbbə güvən… O sənin  istəklərini yerinə yetirəcək. Hər şeyi Rəbbə burax, Ona güvən. O, lazım olanı edər. (Zəbur, 37:3-5)
Rəbbə ümid bağla, Onun yolunu tut… pislərin kökünün kəsildiyini görəcəksən. Doğruların qurtuluşu Rəbbdən gələr, çətin gündə onlara qala olar. Rəbb onlara kömək edər, qurtarar onları, pislərin əlindən alıb azad edər, çünki Özünə sığınarlar. (Zəbur, 37:34, 39-40)
Öyüdə qulaq asan uğura yetişər, Rəbbə güvənən xoşbəxt olar. (Süleymanın məsəlləri, 16:20)
Acgöz qovğa çıxarar, Rəbbə güvənən isə bolluq içində yaşayar. (Süleymanın məsəlləri, 28:25)
Allah xilasımızdır. Ona güvənib qorxmayacağıq. Çünki Rəbb gücümüz və tərənnümümüzdür. O qurtardı bizi. (Yeşaya, 12:2)
Sənə güvəndiyi üçün fikirlərində sarsılmaz olanı tam bir xoşbəxtlik içində qoruyarsan. Rəbbə sonsuza qədər güvənin, çünki Rəbb, bəli Rəbb sonsuza qədər qalıcı gücdür. (Yeşaya, 26:3-4)
Hakim Rəbb… belə deyir: "Mənə dönün, hüzur tapın, xilas olarsınız. Narahat olmayın, Mənə güvənin, güclü olarsınız. Amma bunu etmək istəmirsiniz". (Yeşaya, 30:15)
… Qaranlıqda gedən, işığı olmayan Rəbbin adına güvənsin, Allahına arxalansın. (Yeşaya, 50:10)
Nə xoş Rəbbə güvənən insana, güvəni tək Rəbb olana! Beləsi su sahillərinə əkilmiş ağaca bənzəyir, köklərini axar sulara salar. İsti düşəndə qorxmaz, yarpaqları həmişə yaşıldır. Quraqlıq illərində narahat olmaz, meyvə verməkdə geri qalmaz. (Yeremya, 17:7-8)
Sənə güclü və ürəkli ol demədimmi? Qorxma, Çəkinmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlə birlikdə olacaq. (Yeşua, 1:9)
… Allah tək sizinlədir. Başqası, başqa Allah yoxdur. (Yeşaya, 45:14)
Həyat diyarında Rəbbin yaxşılığını görəcəyimə şübhə etmirəm. Ümidini Rəbbə bağla, güclü və ürəkli ol; ümidini Rəbbə bağla! (Zəbur, 27:13-14)
Səni sevirəm, gücüm Sənsən ya Rəbb! Rəbb mənim gücüm, sığınacağım, xilskarımdır. Allahım gücüm, sığınacaq yerim, qalxanım, güclü xilaskarım, qorunduğum yerdir! Tərifə layiq Rəbbə səslənib xilas olaram düşmənlərimdən. (Zəbur, 18:1-3)
Çətinlikdə Rəbbə yalvardım, köməyə çağırdım Allahımı. Rəbb… çıxardı məni dərin sulardan. Məni çətin düşmənimdən, məndən nifrət edənlərdən qurtardı. Çünki onlar məndən güclü idi. Fəlakət günümdə qarşıma çıxdılar, amma Rəbb mənə dəstək oldu. Məni hüzura qovuşdurdu, qurtardı; çünki məndən razı qaldı. (Zəbur, 18:6, 16-19)
İşığımın qaynağı Sənsən ya Rəbb, Allahım! Qaranlığımı işıqlandırarsan. (Zəbur, 18:28)
… O, Özünə sığınan hər kəsin qalxanıdır. Varmı Rəbbdən başqa Allah? Allahımızdan başqa güc varmı? Allah mənə güc verir, yolumu qüsursuz edir. Mənə zəfər qalxanını bağışlayarsan. Ayaq basdığım yerləri genişlədərsən, burxulmaz biləklərim. (Zəbur, 18:30-32, 35-36)
Ucalsın xilaskarım Allah! Düşmənlərimdən qurtarar… Zalımların əlindən alar. (Zəbur, 18:46, 48)
Ya Rəbb, Sənə sığınıram. Utandırma məni heç bir zaman! Ədalətinlə qurtar məni!... Güclü bir qala ol, xilas olmağım üçün!... Gücüm və qalam Sənsən, öndərlik et, yol göstər mənə Öz adın uğruna. Mənə qurduqları tələdən uzaq tut məni, çünki sığınacağım Sənsən. Ruhumu əllərinə buraxıram ya Rəbb, sadiq Allah qurtar məni. Dəyərsiz bütlərə bel bağlayanlardan iyrənirəm, Rəbbə güvənirəm mən. (Zəbur, 31:1-6)
Qəlbim təkcə Allahda hüzur tapar, qurtuluşum Ondandır. Tək dayağım, xılasım, qalam Odur, əsla sarsılmam… Ey qəlbim, tək Allahda hüzur tap, çünki ümidim Onadır. Tək dayağım, nicatım, qalam Odur, sarsılmam. Xilasım və şərəfim Allaha bağlıdır… Sığınacağım Odur. Ey xalqım, həmişə Ona güvənin, dərdinizi Ona deyin, çünki Allah sığınacağımızdır. (Zəbur, 62:1-2, 5-8)
Mən isə Allaha səslənərəm, Rəbb qurtarar məni… Yükünü Rəbbə burax, O, Sənə dəstək olar. Əsla icazə verməz doğru insanın sarsılmasına. Amma Sən ey Allah, ölüm quyusuna atacaqsan pisləri… Mən isə Sənə güvənirəm. (Zəbur, 55:16, 22-23)
… Allahı Rəbbə güvəndi… Rəbbə çox bağlı idi, Onun yolundan ayrılmadı, Rəbbin Musaya vermiş olduğu buyruqları yerinə yetirdi. Rəbb onunla birlikdə idi. Gördüyü hər işdə müvəffəqiyyətli oldu... (2 Padşahlar, 18:5-7)
… Mən Sənə güvənirəm ya Rəbb, "Allahım Sənsən!" deyirəm. Həyatım Sənin əlindədir, qurtar məni düşmənlərimin pəncəsindən, dalıma düşənlərdən. Üzün qulunu işıqlandırsın, sevgi göstər, qurtar məni! İnsanların düzənlərinə qarşı, qoruyucu hüzurunla üzərlərinə qanad sərərsən… Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı olanları qoruyar… Ey Rəbbə ümid bağlayanlar, güclü və ürəkli olun! (Zəbur, 31:14-16, 20-24)
Sığınacağım Sənsən, məni çətinlikdən qoruyar, ətrafımı qurtuluş ilahiləri ilə əhatə edərsən. (Zəbur, 32:7)
Pislərin acısı çoxdur, amma Rəbbə güvənənləri Onun sevgisi əhatə edər. Ey doğru insanlar, sevinc qaynağınız Rəbb olsun, coşun; ey qəlbi təmiz olanlar, hamınız sevinc səsləri yayın! (Zəbur, 32:10-11)
… Və Rəbbə güvənəcəklər. Nə xoş Rəbbə güvənən insana; qürurluya və yalana yönələnə meyl etməyənə. (Zəbur, 40:3-4)
Nə olar ya Rəbb, qurtar məni! Köməyimə gəl ya Rəbb!... Köməkçim və xilaskarım Sənsən… Ey Allahım! (Zəbur, 40:13, 17)
… Rəbb qurtarar onu pis gündə. Qoruyar Rəbb, yaşadar onu, ölkədə xoşbəxt edər… Dəstək olar Rəbb ona yatağa düşüncə; xəstələndiyində sağlamlığa qovuşdurar onu (Zəbur, 41:1-3)
… Mən yayıma güvənmərəm, qılıncım da məni qurtarmaz; ancaq Sənsən bizi düşmənlərimizdən qurtaran... (Zəbur, 44:6-7)
Allahı unudan hər kəsin sonu belədir, Allahsız insanın ümidi belə yox olar. Onun güvəndiyi şey məhv olar, dayağı isə bir hörümçək torudur. Hörümçək toruna söykənər, amma tor çökər, ona yapışar, amma tor saxlaya bilməz. (Əyyub, 8:13-15)
Rəbb əzilənlər üçün bir sığınacaq, çətin günlərdə bir qaladır. Səni tanıyanlar Sənə güvənər, çünki Sənə yönələnləri heç tərk etmədin ya Rəbb. (Zəbur, 9:9-10)
Gözümü Rəbbdən ayırmaram, sağımda dayandığı üçün sarsılmaram. Bu səbəblə qəlbim sevinc doludur, ürəyim coşur, bədənim güvən içindədir… Həyat yolunu mənə bildirərsən. Bol sevinc vardır Sənin hüzurunda, sağ əlindən xoşbəxtlik azalmaz. (Zəbur, 16:8-11)
Bəziləri döyüş arabalarına, bəziləri atlarına güvənir. Biz isə    Allahımız Rəbbə güvənirik. Onlar çöküb yıxılırlar; biz isə qalxıb dimdik dayanırıq. (Zəbur, 20:7-8)
… Rəbbə güvənər, ucalar ucasının sevgisi sayəsində sarsılmaz. (Zəbur, 21:7)
Qaranlıq ölüm vadisindən keçsəm belə, pislikdən qorxmaram. Çünki Sən mənimləsən. Çomağın, dəyənəyin güvən verər mənə… Ömrüm boyu təkcə yaxşılıq və sevgi izləyəcək məni, həmişə Rəbbin evində oturacağam. (Zəbur, 23:4-6)
Ya Rəbb, bütün varlığımla Sənə yaxınlaşıram, ey Allahım, Sənə güvənirəm… Sənə ümid bağlayan heç kim utanmaz; səbəbsiz xainlik edənlər utanar… Çünki məni qurtaran Allah Sənsən. Bütün gün ümidim Sənədir. (Zəbur, 25:1-5)
… Sarsılmadan Rəbbə güvəndim. (Zəbur, 26:1)
Xoşbəxtlik içində yatıram, çünki tək Sən ya Rəbb, güvənlikdə tutursan məni. (Zəbur, 4:8)
… Allahınız Rəbbə güvənin, güvənlikdə olarsınız. Onun peyğəmbərlərinə güvənin, müvəffəqiyyətli olarsınız". (2 Salnamələr, 20:20)
Budur, bu adam Allaha sığınmaq istəmədi… Amma mən Allahın evində yaşıllaşan zeytun ağacı kimiyəm, sonsuza qədər Allahın sevgisinə güvənərəm. (Zəbur, 52:7-8)
Sənə güvənərəm qorxduğum zaman. Allaha, sözünü təriflədiyim Allaha güvənərəm mən, qorxmaram. İnsan mənə nə edə bilər?… Bilirəm, Allah məndən yanadır. (Zəbur, 56: 3-4, 9)
Sözünü təriflədiyim Allaha, sözünü təriflədiyim Rəbbə, Allaha güvənirəm mən, qorxmaram; insan mənə nə edə bilər?... Çünki məni ölümdən qurtardın, ayaqlarımı büdrəməkdən qorudun; budur, həyat işığında, Allah hüzurunda gedirəm. (Zəbur, 56: 10-13)
… Allahı Rəbbə "Ya Rəbb, güclünün önündə gücsüzə kömək edə biləcək Səndən başqa kimsə yoxdur" deyə yalvardı, "Ey Allahımız Rəbb, bizə kömək et, çünki Sənə güvənirik. Sənin adınla bu kütləyə qarşı çıxdıq. Ya Rəbb, Sən bizim         Allahımızsan…" (2 Salnamələr, 14:11)
Biri qalxıb səni öldürmək məqsədi ilə ardına düşsə, həyatını Allahın Rəbb güvən altında tutacaq; düşmənlərini sapanla daş kimi atacaq. (1 Şamuel, 25:29)
Gözlənilməz fəlakətdən, yaxud pislərin uğradığı müsibətdən qorxma. Çünki səni qoruyan Rəbbdir, tələyə düşməkdən səni O qoruyacaq. (Süleymanın məsəlləri, 3:25-26)
Rəbb məndən yanadır, qorxmaram; insan mənə nə edə bilər? Rəbb məndən yanadır, mənim köməkçimdir… Rəbbə sığınmaq insana güvənməkdən yaxşıdır. Rəbbə sığınmaq əsilzadələrə güvənməkdən yaxşıdır… Vurub itələdilər məni, yıxılacaqdım, amma Rəbb kömək etdi mənə. Rəbb gücüm və tərənnümümdür, O qurtardı məni. (Zəbur, 118:6-9, 13-14)
… Rəbbə güvən, Odur köməkçiniz və qalxanınız! Ey Rəbbdən qorxanlar, Rəbbə güvənin, Odur köməkçiniz və qalxanınız! (Zəbur, 115:9, 11)
Pis xəbərdən qorxmaz, ürəyi sarsılmaz, Rəbbə güvənər. Gözü itidir, qorxu nədir bilməz… (Zəbur, 112:7-8)
Çünki Rəbb Allah bir günəş, bir qalxandır. Lütf və ucalıq verər; dürüst yaşayanlardan heç bir yaxşılığı əsirgəməz. Ey hər şeyə hakim Rəbb, nə xoş Sənə güvənən insana! (Zəbur, 84:11-12)
Allaha güvənənlər Allahın etdiklərini unutmasınlar, Onun buyruqlarını yerinə yetirsinlər; ataları kimi inadcıl, baş qaldıran, qəlbi qərarsız, Allaha sədaqətsiz bir nəsil olmasınlar. (Zəbur, 78:7-8)
Ya Rəbb, Sənə sığınıram… Sığınacaq gücüm ol, həmişə üz tuta biləcəyim… Çünki gücüm və qalam Sənsən. Ey Allahım, qurtar məni pisin əlindən, haqsızın, qəddarın pəncəsindən! Çünki ümidim Sənsən, ey hakim Rəbb, gəncliyimdən bəri dayağım Sənsən. Doğulduğum gündən bəri Sənə güvənirəm, məni ana rəhmindən çıxaran Sənsən. Təriflərim həmişə Sənədir. Bir çoxları üçün yaxşı bir nümunə oldum, çünki Sən güclü sığınacağımsan. (Zəbur, 91:1-7, 9-16)
Gözlənilməz fəlakətdən, yaxud pislərin uğradığı müsibətdən qorxma. Çünki Səni qoruyan Rəbbdir... (Süleymanın məsəlləri, 3:25-26)
Sənə güclü və ürəkli ol demədimmi? Qorxma, çəkinmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlə birlikdə olacaq. (Yeşua, 1:9)
Qüvvətli olun və ürəkli olun, qorxmayın və onlardan çəkinməyin, çünki səninlə birlikdə gedən Allahın Rəbbdir, səni aldatmaz və səni tərk etməz. (Qanunun təkrarı, 31:6)
Və sənin qarşında gedən Rəbbdir. O, səninlə olacaq, səni aldatmaz və səni tərk etməz, qorxma və çəkinmə. (Qanunun təkrarı, 31:8)
Güclü və ürəkli olun!... Qorxmayın, çəkinməyin. Çünki bizimlə olan (Allah) onunla olandan daha üstündür. (2 Salnamələr, 32:7)
Ucalar ucasının sığınağında oturan, hər şeyə gücü çatanın kölgəsində olar. "O, mənim sığınağımdır, qalamdır" deyirəm Rəbb üçün, "Allahımdır, Ona güvənirəm." Çünki O, səni ovçu tələsindən, ölümcül xəstəlikdən qurtarar. Səni qanadlarının altına alar, onların altına sığınarsan. Onun sədaqəti sənin qalxanın, sipərin olar. Nə gecənin dəhşətindən qorxarsan, nə gündüz uçan oxdan, nə qaranlıqda gəzən xəstəlikdən, nə də günortanın yox edici qırğınından… Sən Rəbbi özünə sığınacaq, ucalar ucasını iqamət seçdiyin üçün başına bəla gəlməyəcək, çadırına fəlakət yaxınlaşmayacaq. Çünki Allah mələklərinə buyuruq verəcək ki, gedəcəyin hər yerdə səni qorusunlar. Əllərinin üstündə daşıyacaqlar səni, ayağın bir daşa dəyməsin deyə. Aslanın, kobranın üzərindən keçib kedəcəksən; gənc aslanı, ilanı tapdalayacaqsan. "Məni sevdiyi üçün onu qurtaracağam" deyir Rəbb, "Məni yaxşı tanıdığı üçün ona qala olacağam. Mənə səslənincə ona cavab verəcəyəm, çətinlikdə onun yanında olacağam, xilas edib ucaldacağam onu. Onu uzun ömürlə doyuracaq, ona xilasımı göstərəcəyəm".
O zaman çətinlik içində Rəbbə yalvardılar, Rəbb qurtardı onları dərdlərindən. (Zəbur, 107:6)
Çətinlik içində Rəbbə səsləndim; cavabladı, rahatlığa qovuşdurdu məni. (Zəbur 118:5)
Doğrular yalvarar; Rəbb... bütün çətinliklərdən qurtarar onları. (Zəbur, 34:17)
Allah sığınacağımız və gücümüzdür... (Zəbur, 46:1)
Edəcəyin işləri Rəbbə əmanət et, o zaman planların reallaşar. Rəbb hər şeyi məqsədinə uyğun edər.. (Süleymanın məsəlləri, 16:3-4)
Allahı unudan hər kəsin sonu belədir, Allahsız insanın ümidi belə yox olar. Onun güvəndiyi şey məhv olar, dayağı isə bir hörümçək torudur. Hörümçək toruna söykənər, amma tor çökər, ona yapışar, amma tor saxlamaz. (Əyyub, 8:13-15)

 

 

Tövratda Allahın əmrlərinə tabe olmaq

Allahınız Rəbbin sizə buyurduqlarını əməl etməyə diqqət yetirin. Onlardan sağa-sola sapmayın. Allahınız Rəbbin sizə buyurduğu yollarda gedin. Belə ki, mülk əldə edəcəyiniz ölkədə sağ qalasınız, müvəffəqiyyətli və uzun ömürlü olasınız. (Qanunun təkrarı, 5:32-33)
Kaş ki, Məndən qorxaydılar və bütün buyruqlarıma uymaq üçün həmişə ürəkdən istəkli olaydılar! O zaman özlərinə və uşaqlarına davamlı yaxşılıq gələrdi. (Qanunun təkrarı, 5:29)
Allahınız Rəbbin buyruqlarına, sizə verdiyi qanun və qaydalara tabe olmağa diqqət yetirəcəksiniz. Rəbbin gözündə yaxşı və doğru olanı edəcəksiniz. Belə ki, üzərinizə yaxşılıq gəlsin, Rəbbin atalarınıza and içərək söz verdiyi bərəkətli ölkəni mülk əldə edəsiniz. (Qanunun təkrarı, 6:17-18)
Davamlı üzərimizə yaxşılıq gəlməsi və bu gün olduğu kimi sağ qalmağımız üçün Allahımız Rəbb bütün bu qaydalara əməl etməyimizi və Özündən qorxmağımızı buyurdu. Allahımız Rəbbin qarşısında, verdiyi bu buyruqlara uymağa diqqət yetirsək, bunu bizə doğruluq sayacaq. (Qanunun təkrarı, 6:24-25)
… Buyruqlarına tabe olub-olmayacağınızı, məqsədinizin nə olduğunu öyrənmək üçün sizi çətinliklərə salıb sınadı. (Qanunun təkrarı, 8:2)
Mənim qaydalarımı yerinə yetirib qanunlarıma görə yaşayacaqsınız. Allahınız Rəbb Mənəm. Qaydalarıma, qanunlarıma sarılın. Çünki onları yerinə yetirən onlar sayəsində yaşayacaq. Rəbb Mənəm. (Levililər, 18:4-5)
… Dönün! Üsyanlarınızdan dönün! Günahın sizi fəlakətə sürüməsinə icazə verməyin. Üsyanlarınızı özünüzdən uzaqlaşdırın. Yeni bir qəlb, yeni bir ruh əldə edin… (Yezekel, 18:30-31)
… Misirdən çıxardığın xalqın yoldan çıxdı. Onlara buyurduğum yoldan dərhal sapdılar. Özlərinə tökmə bir büt düzəltdilər. Sonra Rəbb mənə… "Budur dikbaş bir xalq!... Onları yox edim; adlarını da göyün altından silim…" (Qanunun təkrarı, 9:12-14)
… Siz isə Allahınız Rəbbin buyruğuna qarşı gəldiniz. Ona güvənmədiniz, sözünə qulaq asmadınız. Sizi tanıdığım gündən bu yana Rəbbə davamlı qarşı çıxdınız. (Qanunun təkrarı, 9:23-24)
Ürəklərinizi Rəbbə verin, bundan belə dikbaş olmayın. Çünki Allahınız Rəbb… Ulu, güclü, heybətli Allahdır. (Qanunun təkrarı, 10:16-17)
… O, sizi Misirdən çıxaran, kölə olduğunuz ölkədən qurtaran Allahınız Rəbbə qarşı gəlməyə səslədi. Allahınız Rəbbin getməyinizi buyurduğu yoldan sizi sapdırmağa çalışdı. Aranızdakı pisliyi ortadan qaldırmalısınız. (Qanunun təkrarı, 13:5)
… Allahı Rəbbdən qorxmağı, bu qanunun bütün sözlərinə və qaydalarına uymağı öyrənsin; özünü qardaşlarından üstün saymasın, qanunun xaricinə çıxmasın… (Qanunun təkrarı, 17:19-20)
Bu gün Allahınız Rəbb bu qayda və qanunlara əməl etməyinizi buyurur. Onlara bütün ürəyinizlə, canınızla uymağa diqqət yetirin. Bu gün Rəbbin Allahınız olduğunu, Onun yollarında gedəcəyinizi, qaydalarına, buyruqlarına, qanunlarına tabe olacağınızı, Onun sözünü dinləyəcəyinizi açıqladınız... Bütün buyruqlarına tabe olacaqsınız. (Qanunun təkrarı, 26:16-18)
Bu qanunun sözlərinə uymayana və onları təsdiqləməyənə lənət olsun! Bütün xalq "Amin!" deyəcək. (Qanunun təkrarı, 27:26)
"Ağılsız davrandın" dedi, "Allahın Rəbbin sənə verdiyi buyruğa uymadın…" (1 Şamuel, 13:13)
"… Baş qaldırmaq falçılıq qədər günahdır və dikbaşlıq bütpərəstlik qədər pisdir. Sən Rəbbin buyruğunu rədd etdiyin üçün, Rəbb də sənin padşah olmağını rədd etdi". (1 Şamuel, 15:22-23)
Dəfələrlə danlandığı halda dikbaşlıq edən qəflətən müsibətə uğrayacaq, çarə yoxdur. (Süleymanın məsəlləri, 29:1)
… Siz dikbaş bir xalqsınız… Rəbbə davamlı qarşı çıxdınız. (Qanunun təkrarı, 9:6-7)
Söz dinləmək istəmədilər, aralarında göstərdiyin möcüzələri unutdular. Dikbaşlıq etdilər, köhnə köləlik həyatlarına dönmək üçün özlərinə bir öndər taparaq baş qaldırdılar. Amma Sən bağışlayan, yaxşılıq edən, acıyan… Sevgisi hədsiz Allahsan. Onları tərk etmədin. (Nehemya, 9:17)
Amma Allahınız Rəbbin sözünü dinləməyib bu gün sizə çatdırdığım buyruqların, qaydaların hamısına əməl etməsəniz, bu lənətlər üzərinizə gələcək və sizə çatacaq: "Şəhərdə də, tarlada da lənətli olacaqsınız. Səbətiniz və xəmir tabağınız lənətli olacaq. Rəhminizin meyvəsi, torpağınızın məhsulu, mallarınızın buzovları, sürülərinizin quzuları lənətli olacaq. İçəri girdiyinizdə lənətli olacaqsınız; çölə çıxdığınızda da lənətli olacaqsınız. Rəbbə arxa çevirməklə etdiyiniz pisliklər üzündən əl atdığınız hər işdə O, sizi lənətə uğradacaq, çaşqınlığa düçar edəcək... Sonda üzərinizə fəlakət gələcək və tez yox olacaqsınız. Rəbb mülk əldə etmək üçün gedəcəyiniz ölkədə sizi yox edənə qədər yoluxucu xəstəliklə cəzalandıracaq. (Qanunun təkrarı, 28:15-21)
Bu kitabda yazılan qanunun bütün sözlərinə əməl etməyib Allahınız Rəbbin uca və heybətli adından qorxmasanız, Rəbb sizi və soyunuzu qorxunc bəlalarla, böyük və davamlı bəlalarla, ağır və yaxşılaşmayan xəstəliklərlə vuracaq. Sizi qorxuya salan Misirin bütün xəstəliklərini yenidən başınıza gətirəcək; sizə yapışacaqlar. Siz yox olana qədər Rəbb bu Qanun kitabında yazılmamış hər cür xəstəliyi və bəlanı da başınıza gətirəcək. (Qanunun təkrarı, 28:58-61)
Çünki sizin baş qaldıran, dikbaş insanlar olduğunuzu bilirəm. Bu gün mən sağ ikən, aranızda ikən belə Rəbbə qarşı gəlirsiniz; ölümümdən sonra daha nə qədər çox baş qaldıracaqsınız. (Qanunun təkrarı, 31:27)
Rəbb "Vay halına bu dikbaş soyun!" deyir… "Günah üstünə günah işləyirlər". (Yeşaya, 30:1)
… Sənə qarşı çıxanlar heç sayılıb yox olacaq. (Yeşaya, 41:11)
Hamısı çox dikbaşdır… Tunc qədər, dəmir qədər qatıdırlar. Hamısı ağlını itirmişdir. (Yeremya, 6:28)
Lakin onlar sözümü dinləmədilər, qulaq asmadılar. Dikbaşlıq edib Məni dinləmədilər, yola gəlmək istəmədilər. (Yeremya, 17:23)
… Hər şeyə hakim Rəbb deyir ki, "Bax, bu şəhərə və ətrafındakı kəndlərə bildirdiyim bütün fəlakətləri gətirəcəyəm. Çünki dikbaşlıq edib sözümü dinləmədilər". (Yeremya, 19:15)
… Onlar və ataları bu günə qədər Mənə qarşı gəldilər. Bu xalq dikbaş və inadcıldır. Səni onlara göndərirəm. Onlara "hakim Rəbb belə deyir" deyəcəksən. Bu üsyankar xalq səni istər dinləsin, istərsə də dinləməsin, yenə də aralarında bir peyğəmbər olduğunu biləcək. Sən ey Adəm oğlu, onlardan və sözlərindən qorxma! Ətrafında kollar, tikanlar olsa və əqrəblər arasında yaşasan belə, qorxma. Üsyankar bir xalq olsalar belə, onların söyləyəcəklərindən qorxma, onlara görə çəkinmə. Səni istər dinləsinlər, istərsə də dinləməsinlər, onlara sözlərimi söyləyəcəksən. Çünki onlar üsyankar bir xalqdır. (Yezekel, 2:3-7)
"… Hər nə qədər üsyankar bir xalq olsalar da, onlardan qorxma, çəkinmə". Mənə "Ey Adəm oğlu, yaxşı dinlə və sənə söyləyəcəklərimi qəlbinə yerləşdir" dedi. İndi sürgündə yaşayan xalqına get və səni istər dinləsinlər, istər dinləməsinlər, onlara "hakim Rəbb belə deyir" de. (Yezekel, 3:9-11)
Rəbbə qarşı gələnlər darmadağın olacaq, Rəbb onlara qarşı göyləri guruldadacaq, bütün dünyanı mühakimə edəcək… (1 Şamuel, 2:10)
Əgər Rəbbdən qorxub Ona qulluq etsəniz, Onun sözünü dinləyib buyruqlarına qarşı gəlməsəniz, həm siz və həm də öndəriniz olacaq padşah Allahınız Rəbbin ardınca getsəniz, nə yaxşı! Amma Rəbbin sözünü dinləməyib buyruqlarına qarşı gəlirsinizsə, Rəbb padşahınızı cəzalandırdığı kimi sizi də cəzalandıracaq. (1 Şamuel, 12:14-15)
… Onun Qanununa yaşamağı rədd etdilər. Unutdular Onun işlərini, özlərinə göstərdiyi möcüzələri… Ona baş qaldırdılar, şərtlərinə uymadılar. Dönüklük edib ataları kimi xəyanət etdilər, etibarsız bir yay kimi zay çıxdılar. (Zəbur, 78:10-11, 56-57)
… Allahın buyruqlarına qarşı çıxmışdılar, küçümsəmişdilər ucalar ucasının öyüdünü… Cəzalarını gördü axmaqlar, günah və üsyanları üzündən. (Zəbur, 107:11, 17)
Qoyduğun şərtlərə diqqətlə əməl olunmasını buyurdun. Kaş ki, qərarlı olam Sənin qaydalarına uymaqda! Heç utanmayacağam bütün buyruqlarını izlədikcə. Şükür edəcəyəm Sənə təmiz qəlblə ədalətli hökmlərini öyrəndikcə. Qaydalarını yerinə yetirəcəyəm, buraxma məni heç bir zaman! (Zəbur, 119:4-8)
… Mən Sənin şərtlərindən ayrılmadım. Çəkinirəm hər pis yoldan, Sənin sözünü tutmaq üçün. Ayrılmaram hökmlərindən, çünki mənə Sən öyrətdin. Necə şirin gəlir verdiyin sözlər damağıma, baldan şirin gəlir ağzıma! Sənin şərtlərinə uymaqla müdriklik qazanıram, buna görə nifrət edirəm hər səhv yoldan. Sözün addımlarım üçün çıraq, yolum üçün işıqdır. Ədalətli hökmlərini izləyəcəyimə and içdim, andımı tutacağam. (Zəbur, 119:100-106)
Rəbb qəlbi pis olandan iyrənər, bilin ki, elələri cəzasız qalmaz. (Süleymanın məsəlləri, 16:5)
… Onlara dedim ki, "Sözümü dinləyin, buyurduğum hər şeyi yerinə yetirin… Amma dinləmədilər, qulaq asmadılar. Bunun yerinə pis qəlblərinin inadına uyğun davrandılar. Mən də əməl etmələrini buyurduğum, amma yerinə yetirmədikləri bu razılaşmada açıqlanan bütün lənətləri başlarına gətirdim". (Yeremya, 11:4, 8)
Siz başqa ilahlara büxur yandırdınız, Rəbbə qarşı günah işlədiniz; Onun sözünü dinləmədiniz, Qanununa, qaydalarına, razılaşma şərtlərinə uymadınız. Buna görə bu gün olduğu kimi başınıza fəlakət gəldi. (Yeremya, 44:23)
Qaydalarımı tapdalayıb qanunlarımdan nifrət edib, buyruqlarıma qarşı çıxıb razılaşmamı pozsanız, sizi belə cəzalandıracağam: Üzərinizə dəhşət salacağam. Vərəm və qızdırma gözünüzün işığını söndürüb canınızı alacaq. Boş yerə toxum əkəcəksiniz, çünki məhsullarınızı düşmənləriniz yeyəcək. (Levililər, 26:15-16)
Əgər qarşı çıxmağa davam edib Məni dinləmək istəməsəniz, günahlarınıza qarşılıq cəzanızı yeddi qat artıracağam. Bununla da yola gəlməyib Mənə qarşı çıxmağa davam etsəniz, Mən də sizə qarşı çıxacağam, günahlarınıza qarşılıq sizi yeddi dəfə cəzalandıracağam. Bütün bunlardan sonra yenə Məni dinləməyib Mənə qarşı çıxarsanız… günahlarınıza qarşılıq sizi yeddi qat cəzalandıracağam. (Levililər, 26:21-28)
Rəbbin sözünü küçümsəmiş, buyruqlarına qarşı gəlmişdir. Bu səbəblə, o adam xalqının arasından qəti atılacaq, günahının cəzasını çəkəcək. (Səhrada saylar, 15:31)
Sizi xəbərdar etdim, amma dinləmədiniz. Rəbbin buyruğuna qarşı gəldiniz. Özünüzə güvənib dağlıq bölgəyə çıxdınız. (Qanunun təkrarı, 1:43)
… Pislik edib qanunlarımı, qaydalarımı tapdaladı. Qanunlarıma qarşı gəldi, qaydalarıma uyğun davranmadı. Buna görə hakim Rəbb deyir ki: "Ətrafınızda yaşayan xalqlardan daha azğın idiniz, qaydalarımı izləmədiniz, qanunlarıma uymadınız. Ətrafınızda yaşayan xalqların qanunlarına da uymadınız". Buna görə hakim Rəbb deyir ki: "Budur, Mən sizə qarşıyam, xalqların gözü önündə sizi cəzalandıracağam". (Yezekel, 5:6-8)
lakin Mənə qarşı gəldilər, Məni dinləmək istəmədilər. Bel bağladıqları iyrənc bütləri heç biri atmadı, Misir bütlərini də buraxmadılar. (Yezekel, 20:8)
Lakin uşaqlar Mənə qarşı gəldilər. Qaydalarımı izləmədilər. Tətbiq edən adama həyat verən qanunlarıma uyğun diqqətlə yaşamadılar… Aranızda Mənə qarşı gələnlərlə baş qaldıranları ayıracağam. Onları yaşadıqları ölkələrdən çıxaracağam… (Yezekel, 20:21, 38)
Onları natəmizliyinə, üsyanlarına görə cəzalandırdım… (Yezekel, 39:24)
Çünki sən Rəbbin buyruğuna uymadın… Rəbb bu gün bunları buna görə başına gətirdi. (1 Şamuel, 28:18)
Amma siz, yaxud uşaqlarınız yollarımdan sapıb buyruqlarıma və qaydalarıma uymayıb, gedib başqa ilahlara qulluq edib tapınsanız, sizə verdiyim bu ölkədən sizi götürüb atacağam... (1 Padşahlar, 9:6-7)
… Allahınız Rəbbin bütün buyruqlarına tabe olmağa diqqət yetirin ki, bu bərəkətli ölkəni mülk qazanıb sonsuza qədər uşaqlarınıza miras olaraq verəsiniz. (1 Salnamələr, 28:8)
… Zəkəriyyə xalqın önündə dayanıb səsləndi: "Allah belə deyir: Nə üçün buyruqlarıma qarşı gəlirsiniz? İşləriniz yaxşı getməyəcək. Çünki siz Məni buraxdınız, Mən də sizi buraxdım"... (2 Salnamələr, 24:20)
Allahın Qanununa… uymayanlar ya ölümlə, ya sürgünlə, ya mallarına əl qoyulmaqla, ya da həbs edilməklə cəzalandırılsın. (Əzra, 7:26)
Ey Allahımız, bundan başqa nə deyə bilərik? Qulların peyğəmbərlər vasitəsilə verdiyin buyruqlara uymadıq… (Əzra, 9:10-11)
Sənə çox pislik etdik. Qulun Musaya verdiyin buyruqlara, qayda və qanunlara əməl etmədik. Qulun Musaya söylədiklərini xatırla. Dedin ki, "Əgər Mənə xəyanət etsəniz, sizi xalqların arasına səpələyəcəm. Amma Mənə dönüb buyruqlarımı diqqətlə yerinə yetirsəniz, dünyanın o biri ucuna aparılmış olsanız belə, sizləri yığıb seçdiyim yerə, olacağım yerə gətirəcəyəm". (Nehemya 1:7-9)
Onları müqəddəs Qanununa dönmələri üçün xəbərdar etdinsə də, qürura qapılaraq buyruqlarına qarşı gəldilər. Qaydalarını tapdalayıb günah işlədilər. Halbuki kim qaydalarına bağlı qalsa, həyat tapar. İnadla Sənə arxa çevirdilər, dinləmək istəmədilər. (Nehemya, 9:29)
… Allahın qulu Musa vasitəsilə verdiyi qanuna görə yaşamaq, hakimimiz Rəbbin bütün buyruqlarına, qanunlarına, qaydalarına tabe olmaq üçün and içdilər, uymayanları lənətlədilər. (Nehemya, 10:29)
Allahımız Rəbbin sözünə qulaq asmadıq, qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlara uymadıq… Qanunu tapdaladı, arxasını Sənə dönüb Səni dinləmək istəmədi. Buna görə Allah qulu Musanın Qanununda yazılan lənət başımıza yağdı, içilən and yerinə gəldi. Çünki Sənə qarşı günah işlədik. Üzərimizə böyük fəlakət gətirib bizim və bizi idarə edən öndərlərimiz üçün söylədiyin sözləri yerinə yetirdin... Musanın Qanununda yazıldığı kimi, bütün bu fəlakətlər başımıza gəldi. Buna baxmayaraq, ey Allahımız Rəbb, günahımızdan dönüb Sənin həqiqətlərinə yönələrək lütfünü diləmədik. (Daniel, 9:10-13)
Rəbb belə deyir: "… Cəzasını qaldırmayacağam. Çünki günah üstünə günah işlədilər, rədd etdilər Qanunumu, qaydalarıma uymadılar; yalançı bütlər sapdırdı onları, atalarının da izlədiyi bütlər". (Amos, 2:4)

 

 

Tövratda vicdana uymaq

Doğruluğuma sarılıb onu buraxmayacağam, yaşadığım müddətdə vicdanım məni günahlandırmayacaq. (Əyyub, 27:6)
Təriflər deyirəm mənə öyüd verən Rəbbə, gecələr belə vicdanım oyadır məni. (Zəbur, 16:7)
Adam öldürməkdən vicdan əzabı çəkən məzara qədər qaçacaq… (Süleymanın məsəlləri, 28:17)
… Mən təmiz vicdanla, günahsız əllərimlə etdim bunu. (Yaradılış, 20:5)
... Günahım üzündən rahatlığım getdi. Çünki günahlarım başımdan aşdı, daşınmaz bir yük kimi kürəyimdə ağırlaşdı. (Zəbur, 38:3-4)

 

 

Tövratda zamansızlıq və qədərə iman

Çünki Sənin gözündə min il əslində keçmiş bir gün, dünən kimi, bir gecə növbəsi kimidir. (Zəbur, 90:4)
İçimdən "Allah doğrunu da, pisi də mühakimə edəcək" dedim, "Çünki hər hadisənin, hər hərəkətin vaxtını təyin etdi". (Vaiz, 3:17)
İnsan püşk atar, amma hər qərarı Rəbb verər. ((Süleymanın məsəlləri, 16:33)
Ana rəhmində Sənə forma vermədən əvvəl tanıdım Səni. Doğulmadan əvvəl Səni ayırdım, xalqlara peyğəmbər etdim. (Yeremya, 1:5)
Bilirəm ki, Allahın etdiyi hər şey əbədi olaraq olacaq; ona bir şey qatıla bilməz və ondan bir şey azaldıla bilməz və Öz qarşısında qorxsunlar deyə, Allah onu etdi. İndi nə olursa, keçmişdə də oldu; nə olacaqsa, daha əvvəl də olmuşdur... (Vaiz, 3:14-15)
Lap əvvəldən bəri olub-keçənləri xatırlayın. Çünki Allah Mənəm, başqası yoxdur. Allah Mənəm, bənzərim yoxdur. Sonu başlanğıcdan, hələ olmamış hadisələri lap əvvəldən bildirən… Mənəm. (Yeşaya, 46: 9-10)
Gözlərin məni döl ikən gördü; və hələ onlardan heç biri yox ikən, mənim üçün təyin olunan günlərin hamısı Sənin kitabında yazılmışdı. (Zəbur, 139:16)
Hər şeyin mövsümü, göylərin altındakı hər hadisənin zamanı vardır. (Vaiz, 3:1)
Doğumun zamanı var, ölümün zamanı var. Tikməyin zamanı var, sökməyin zamanı var. (Vaiz, 3:2)
… Şəfa verməyin zamanı var. Yıxmağın zamanı var, etməyin zamanı var… O, hər şeyi vaxtında gözəl etdi…  (Vaiz, 3:3, 11)
... İnsanın günləri təyin olunmuş, aylarının sayı müəyyən olunmuşdur; sərhəd qoymusan, kənara keçə bilməz. (Əyyub, 14:5)
İnsan qəlbində çox şey hazırlayar, amma reallaşan Rəbbin məqsədidir. (Süleymanın məsəlləri, 19:21)
Daha sözü ağzıma almadan, söyləyəcəyim hər şeyi bilirsən, ya Rəbb. (Zəbur, 139:4)
... Mənə ayrılan günlərin heç biri gəlmədən hamısı Sənin kitabına yazılmışdı. (Zəbur, 139:16)
... Son yenə də təyin olunan zamanda gələcək. (Daniel, 11:35)
Bundan başqa insan öz vaxtını bilməz: Balığın mərhəmətsiz tora, quşun tələyə düşdüyü kimi, insanlar da üzərlərinə qəflətən çökən pis zamana yaxalanarlar. (Vaiz, 9:12)
Pislər hələ ana rəhmində ikən yoldan çıxar, doğulduğu andan yalan danışaraq sapar. (Zəbur, 58:3)
Ey kənar xalqlar, eşidin məni; uzaqdakı xalqlar, yaxşı dinləyin. Rəbb məni ana rəhmində ikən çağırdı, anamın qarnında ikən adımı qoydu. (Yeşaya, 49:1)
İnsan püşk atar, amma hər qərarı Rəbb verər. (Süleymanın məsəlləri, 16:33)
Bütün bunları çoxdan etdiyimi, lap əvvəldən hazırladığımı eşitmədinmi? Hasarlı şəhərləri bərbad hala salmağı indi Mən reallaşdırdım… Sənin oturub-durmağını, nə vaxt gedib-gəldiyini… bilirəm. (Yeşaya, 37:26, 28)
Amma bunu lap əvvəldən hazırlayıb reallaşdırmış olan Allaha güvənmədiniz… Siz ölənə qədər bu günahınız bağışlanmayacaq... (Yeşaya, 22:11, 14)
Bunlar gələcək nəsil üçün yazılsın, belə ki, hələ doğulmamış insanlar Rəbbə təriflər desin. (Zəbur, 102:18)
… Bu kitabda yazılan bütün lənətlər başına yağacaq və Rəbb onun adını göyün altından siləcək. (Qanunun təkrarı, 29:20)
… Kitabda yazılan bütün lənətləri, fəlakəti buraya da, burada yaşayan xalqın başına da gətirəcəyəm. (2 Salnamələr, 34:24)
"Bütün bunları çoxdan etdiyimi, lap əvvəldən hazırladığımı eşitmədinmi? Hasarlı şəhərləri bərbad hala salmağı indi Mən reallaşdırdım." (2 Padşahlar, 19:25)

 

 

Tövratda duanın əhəmiyyəti

Rəbb Özünə yalvaran, səmimi yalvaran hər kəsə yaxındır. Diləyini yerinə yetirər Özündən qorxanların, fəryadlarını eşidər, onları qurtarar. Rəbb qoruyar Özünü sevən hər kəsi... (Zəbur, 145:18-20)
... Rəbbə yalvarmaq, hər şeyə hakim Rəbbə yönəlmək üçün dərhal yola çıxaq... (Zəkəriyyə, 8:21)
Yazda Rəbbdən yağış istəyin. Odur yağış buludlarını meydana gətirən... (Zəkəriyyə, 10:1)
Nəfəsim tükənincə Səni andım ya Rəbb, duam Sənədir... (Yunis, 2:7)
Bunun üzərinə üzümü Rəbb Allaha çevirdim. Dua ilə, iltimasla, orucla Ona yalvardım; çul geyinib küldə oturdum. Rəbb Allahıma dua edib günahlarımızı açıq şəkildə qəbul etdim. Belə dedim: "Ya Rəbb, Özünü sevənlərlə, buyruqlarına uyanlarla etdiyi razılaşmaya bağlı qalan, davamlı sevgi göstərən uca və əzəmətli Allah! (Daniel, 9:3-4)
… Gecə ilahi söyləyər, dua edərəm həyatımın Allahına. (Zəbur, 42:8)
Dua etdiyində Allah ondan razı qalar, o da Allahın üzünü görüb sevinər. Allah onun durumunu düzəldər. (Əyyub, 33:26)
... "Allahım, əllərimə güc ver" deyə dua etdim. (Nehemya, 6:9)
... Dayanmadan dua etsinlər... (Zəbur, 72:15)
Yüksək səslə yalvarıram Rəbbə, yüksək səslə Rəbbə yalvarıram... Sənə səslənirəm ya Rəbb: "Sığınacağım, yaşadığımız bu dünyada nəsibim Sənsən" deyirəm. (Zəbur, 142:1, 5)
... Təvazökar olub, Mənə yönəlib dua etsə və pis yollarından dönsə... günahlarını bağışlayıb ölkələrini xoşbəxtliyə qovuşduracağam. (2 Salnamələr, 7:14)
... Biz Allahımıza dua etdik... (Nehemya, 4:9)
Xalq belə dua etdi: "Tək Rəbb Sənsən. Göyləri, göylərin göylərini, bütün göy cisimlərini, yer üzünü və içindəki hər şeyi, dənizləri və içlərindəki hər şeyi Sən yaratdın. Hamısına Sən can verdin. Bütün göy cisimləri Sənə tapınır". (Nehemya 9:6)
Dünyanı yaradan, yerini alsın deyə ona quruluş verən, adı Rəbb olan belə deyir: "Mənə yalvar ki, səni cavablayım; bilmədiyin böyük, ağla sığmaz şeyləri Sənə bildirim". (Yeremya, 33:2-3)
Yüksək səslə yalvarıram Rəbbə, yüksək səslə Rəbbə yalvarıram… təhlükəyə düşəndə gedəcəyim yolu Sən bilirsən. Tələ qurdular getdiyim yola… Sənə səslənirəm ya Rəbb: "Sığınacağım, yaşadığımız bu dünyada nəsibim Sənsən" deyirəm. "Səsimə qulaq as, çünki çox çarəsizəm; qurtar məni ardıma düşənlərdən, çünki məndən güclüdürlər". (Zəbur, 142:1-6)
Yunis balığın qarnından Allahı Rəbbə belə dua etdi: "Ya Rəbb, çətinlikdə Sənə yalvardım, cavabladın məni. Kömək istədim… qulaq asdın səsimə… Sular boğana qədər əhatə etdi məni, ətrafımı dənizlər bürüdü… Amma ya Rəbb, Allahım, məni sən qurtardın quyudan. Nəfəsim tükənincə Səni andım ya Rəbb, duam Sənədir… Qurtuluş Səndən gələr ya Rəbb!" (Yunis, 2:1-9)
Duamı eşit ya Rəbb, iltimasımı dinlə! Sədaqətinlə, doğruluğunla cavabla məni!... Əllərimi Sənə açıram, qəlbim quru torpaq kimi Sənə susayıb. Tez cavabla məni ya Rəbb, tükənirəm. Çevirmə məndən üzünü, yoxsa ölüm quyusuna enən ölülərə dönərəm. Səhərlər eşitdir mənə sevgini, çünki Sənə güvənirəm; mənə gedəcəyim yolu bildir, çünki duam Sənədir. Düşmənlərimdən qurtar məni ya Rəbb; Sənə sığınıram. Rizanı işləməyi mənə öyrət, çünki Sən mənim Allahımsan. Sənin yaxşı ruhun düz yolda mənə öndərlik etsin! Ya Rəbb, adın uğruna həyat ver mənə, doğruluğunla qurtar məni çətinlikdən. (Zəbur, 143:1, 6-12)
Hanna belə dua etdi: "Ürəyim Rəbbdə tapdığım sevinclə coşur; gücümü yüksəldən Rəbbdir… Müqəddəslikdə Rəbbin bənzəri yoxdur, bəli, Sənin kimisi yoxdur ya Rəbb! Allahımız kimi dayaq yoxdur... Çünki Rəbb hər şeyi bilən Allahdır; Odur davranışları ölçən… Rəbb öldürür də, dirildir də, ölülər diyarına endirir və çıxarır. O, kimisini yoxsul, kimisini varlı edər; kimisini alçaldar, kimisini yüksəldər. Düşkünü yerdən qaldırar, yoxsulu zibillikdən çıxarar… Yer üzünün təməlləri Rəbbindir… Rəbb sadiq qullarının addımlarını qoruyar, amma pislər qaranlıqda susdurular. Çünki güclə zəfərə çata bilməz insan". (1 Şamuel, 2:1-9)
İbrahim Allaha dua etdi və Allah... şəfa verdi. Uşaq sahibi oldular. (Yaradılış, 20:17)
... "Ya Rəbb, böyüyüm İbrahimin Allahı, yalvarıram, bu gün məni müvəffəqiyyətli et" deyə dua etdi... (Yaradılış, 24:12)
Bu gün bulağın başına gələndə belə dua etdim: "Ya Rəbb, böyüyüm İbrahimin Allahı, yalvarıram yolumu aç". (Yaradılış, 24:42)
Musa Fironun yanından çıxıb Rəbbə dua etdi. (Misirdən çıxış, 10:18; 8:30)
... Xizqiya onlar üçün belə dua etdi: "... Təmizlənməmiş belə olsa, Rəbb Allaha, atalarının Allahına yönəlməyə ürəkdən qərarlı olan hər kəsi yaxşı olan Rəbb bağışlasın". (2 Salnamələr, 30:18-19)
Daniel… daha əvvəl etdiyi kimi hər gün üç dəfə diz çöküb dua etdi, Allahına təriflər dedi… Onu Allahına dua edib yalvararkən gördülər. (Daniel, 6:10-11)
Süleyman… dayanıb əllərini göylərə açdı. "Ya Rəbb… Yerdə və göydə Sənə bənzər başqa Allah yoxdur" dedi, "Bütün ürəkləri ilə yolunu izləyən qullarınla etdiyin razılaşmaya bağlı qalarsan… Ya Rəbb Allahım, qulunun bu gün etdiyi duanı, iltiması eşit; duasına və yalvarışına qulaq as… Qulunun buraya yönəlib etdiyi duanı eşit. Buraya yönəlib dua edən qulunun… iltimasını eşit… eşidincə bağışla… Biri qonşusuna qarşı günah işləyib and içmək məcburiyyətində qaldığında gəlib bu məbəddə, Sənin qurbangahının önündə and içsə… günahkarın cəzasını verərək, günahsızı haqlı çıxararaq qullarını mühakimə et… Yenə Sənə dönüb, adını xatırlayıb, bu məbəddə dua edib, yalvararaq önünə çıxsa… günahını bağışla. Onları atalarına verdiyin ölkəyə yenə qovuşdur… Sənə qarşı günah işlədiyi üçün göylər bağlanıb yağış yağmazsa, çətinliyə düşən xalqın bura yönəlib, dua edib, adını xatırlayıb və günahlarından dönsə… qullarının… günahlarını bağışla. Onlara doğru yolda getməyi öyrət… Mülk olaraq verdiyin ölkənə yağışlarını göndər. Ölkəni qıtlıq, yoluxucu xəstəlik, sam yeli, kif, tırtıl və ya çəyirtkələr bürüdüyündə, düşmənlər şəhərlərin birində xalqını dövrəyə aldığında, hər hansı bir fəlakət, yaxud xəstəlik olanda… dua edib, yalvararaq əllərini bu məbədə doğru açsa… bağışla. İnsanların qəlblərini yalnız Sən bilirsən… atalarımıza verdiyin bu ölkədə yaşadıqları müddətdə Səndən qorxsunlar… Sənin uca adını, gücünü, qüdrətini eşidib uzaq ölkələrdən gələn qəriblər bu məbədə gəlib dua etsələr… yalvarışlarını cavabla. Belə ki, dünyanın bütün xalqları… Sənin adını bilsin, Səndən qorxsun… adına inşa etdirdiyim bu məbədə yönəlib dua etsə… onları qurtar… Peşmanlıq duyub, günahlarından dönüb, “Günah işlədik, yoldan sapıb pislik etdik” deyərək Sənə yalvarsalar, məhbus olduqları ölkədə candan və ürəkdən Sənə dönsələr, atalarına verdiyin ölkələrinə, seçdiyin şəhərə və adına inşa etdirdiyim məbədinə yönəlib dua etsələr… dualarına, yalvarışlarına qulaq as, onları qurtar… bütün günahları bağışla. Düşmənlərinin onlara acımasını  təmin et…" Süleyman Rəbbə duasını və iltimasını bitirincə əlləri göylərə açıq, dizləri üzərinə çökdüyü Rəbbin qurbangahının önündən qalxdı. (1 Padşahlar, 8:22-54)
… Üzümü Rəbb Allaha çevirdim. Dua ilə, iltimasla, orucla Ona yalvardım… Rəbb Allahıma dua edib günahlarımızı etiraf etdim…: "Ya Rəbb… Buyruqlarından, qanunlarından ayrılıb günah və cinayət törətdik, pislik etdik, baş qaldırdıq. Sənin adına padşahlarımıza, öndərlərimizə, atalarımıza, ölkədəki bütün xalqa səslənən qulların olan peyğəmbərləri dinləmədik. Sən ədalətlisən ya Rəbb! Sədaqətsizliyimiz üzündən bizi yaxın, uzaq ölkələrə apardın… bu gün utanırıq. Bəli ya Rəbb, bizlər, padşahlarımız, öndərlərimiz, atalarımız Sənə qarşı işlədiyimiz günah üzündən utanırıq. Sənə qarşı gəldiyimiz halda sən acıyan, bağışlayan Allahımız Rəbbsən. Allahımız Rəbbin sözünə qulaq asmadıq, qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlara uymadıq… Buna görə Allah qulu Musanın qanununda yazılan lənət başımıza yağdı, içilən and yerinə gəldi. Çünki Sənə qarşı günah işlədik. Üzərimizə böyük fəlakət gətirib bizim və bizi idarə edən öndərlərimiz üçün söylədiyin sözləri yerinə yetirdin… Musanın qanununda yazıldığı kimi, bütün bu müsibətlər başımıza gəldi. Buna qarşı ey Allahımız Rəbb, günahımızdan dönüb, Sənin həqiqətlərinə yönələrək lütfünü diləmədik… İndi ey Allahımız, qulunun duasını, yalvarışını eşit… Doğruluğumuzdan deyil, Sənin böyük mərhəmətindən ötrü istəyirik. Ya Rəbb, bağışla!... Ey Allahım, adının xatiri üçün gecikmə!..." (Daniel, 9:3-19)
… Peyğəmbər İlyas qurbangaha yaxınlaşıb belə dua etdi: "… Mən də Sənin qulunam və bütün bunları Sənin buyruqlarınla etdim. Ya Rəbb, mənə cavab ver!... Onların yenə Sənə dönmələrini təmin et". (1 Padşahlar, 18:36-37)
… Oruc tutub göylərin Allahına dua etdim: "… Uca və əzəmətli Allah! Ya Rəbb, halımı gör, gecə-gündüz… etdiyim duaya qulaq as… Məni bu gün müvəffəqiyyətli et…" (Nehemya, 1:4-7, 11)
… Rəbbin hüzurunda məktubu yerə sərib belə dua etdi: "… Hər şeyə hakim Rəbb, bütün dünya padşahlıqlarının tək      Allahı Sənsən. Yeri, göyü Sən yaratdın…" (Yeşaya, 37:14-16)
... O şəhər üçün Rəbbə dua edin... (Yeremya, 29:7)
... sağ qalanlarımız üçün dua et. (2 Padşahlar, 19:4)
... sağ qalmağımız üçün dua etsinlər. (Ezra, 6:10)
... Belə dua etdi: "... Rəbb, bütün dünya padşahlıqlarının tək Allahı Sənsən. Yeri, göyü Sən yaratdın". (2 Padşahlar, 19:15)
Sonra belə dua etdi: "Ya Rəbb, onun gözlərini aç, görsün!"... (2 Padşahlar, 6:17)
İlyas üç dəfə uşağın üzərinə əyilib Rəbbə belə dua etdi: "Ya Rəbb Allahım, bu uşağa yenidən can ver". (1 Padşahlar, 17:21)
"Sənə yalvarıram ya Rəbb… buraxma, tərk etmə məni ey məni qurtaran Allah!... Ya Rəbb, yolunu öyrət mənə… düz yolda mənə öndər ol". (Zəbur, 27:7-11)

 

 

Tövratda mələklərə iman

Çünki Allah mələklərinə əmr edəcək ki, gedəcəyin hər yerdə səni qorusunlar. Əllərində daşıyacaqlar səni ki, ayağın daşa dəyməsin. Aslanı, kobranı tapdalayıb keçəcəksən, gənc aslanı, ilanı tapdalayacaqsan. "Məni sevdiyi üçün onu qurtaracağam" deyir Rəbb, "Məni yaxşı tanıdığı üçün ona qala olacağam. Mənə səslənəndə onu cavablayacağam, çətinlikdə onun yanında olacağam, qurtarıb ucaldacağam onu. Onu uzun ömürlə doyuracaq, ona xilasımı göstərəcəyəm". (Zəbur, 91: 11-16)
... Qəflətən bir mələk ona toxunub "Qalx yemək ye" dedi. İlyas ətrafına baxanda yanında, isti daşların üstündə yemək və bir qab su gördü. Yeyib içdikdən sonra yenə uzandı. Rəbbin mələyi ikinci dəfə gəldi, ona toxunub "Qalx yeməyini ye. Gedəcəyin yol çox uzundur" dedi. İlyas qalxdı, yeyib içdi. Yediklərindən aldığı güclə qırx gün, qırx gecə... getdi. (1 Padşahlar, 19:5-8)
"Yolunda getdiyim Rəbb mələyini səninlə göndərəcək, yolunu açacaq” dedi..”. (Yaradılış, 24:40)
Rəbb... "İndi get, xalqı sənə söylədiyim yerə apar. Mələyim sənə öndərlik edəcək. Amma zamanı gəlincə günahlarından ötrü onları cəzalandıracağam”. (Misirdən çıxış, 32:33-34)
Yaqub yoluna davam edərkən, Allahının mələkləri ilə qarşılaşdı. (Yaradılış, 32:1)
Amma biz Rəbbə yalvarınca iltimasımızı eşitdi. Bir mələk göndərib bizi Misirdən çıxardı... (Səhra saylar, 20:16)
Bundan sonra Rəbb mələyə qılıncını qınına qoymasını buyurdu. Mələk buyruğa tabe oldu. (1 Salnamələr, 21:27)
Dan yeri ağararkən mələklər Luta "... iki qızını götür, dərhal buradan uzaqlaş" deyə təkid etdilər... (Yaradılış, 19:15)
İki mələk axşamüstü Sodoma çatdılar. Lut şəhərin qapısında oturmuşdu. Onları görən kimi qarşılamaq üçün ayağa qalxdı... (Yaradılış, 19: 1)
"Yolda sizi qoruması, hazırladığım yerə aparması üçün önünüzdən bir mələk göndərirəm. Ona diqqət yetirin, sözünü dinləyin, baş qaldırmayın. Çünki Məni təmsil etdiyi üçün qiyamınızı bağışlamaz. Amma onun sözünü diqqətlə dinləyib bütün söylədiklərimi yerinə yetirsəniz, düşmənlərinizə düşmən, rəqiblərinizə rəqib olacağam. Mələyim önünüzdən gedəcək... (Misirdən çıxış, 23:20-23)
Süd və bal axan ölkəyə səndən əvvəl bir mələk göndərəcək... (Misirdən çıxış, 33:2-3)
Rəbb bir mələk göndərib Asuri şahının ordusundakı bütün igid döyüşçüləri, öndərləri, komandirləri yox etdi. Asur şahı rüsvay olmuş halda ölkəsinə döndü... (2 Salnamələr, 32:21)
Rəbbə təriflər deyin ey sizlər, Onun mələkləri, Onun sözünü dinləyən, söylədiklərini yerinə yetirən güc sahibləri! Rəbbə təriflər deyin ey sizlər, Onun bütün göy orduları, istəyini yerinə yetirən qulları! Rəbbə təriflər deyin ey Onun hakim olduğu yerlərdəki bütün varlıqlar! Rəbbə təriflər de ey könlüm! (Zəbur, 103:20-22)
Ey bütün mələkləri, Ona təriflər deyin, təriflər deyin ona ey bütün göy orduları! (Zəbur, 148:2)
"Bunlar nədir?" deyə soruşdum. Mənimlə danışan mələk "Bunların nə olduğunu sənə göstərəcəyəm" deyə cavab verdi. Mərsin ağaclarının arasında dayanan adam  "Bunlar dünyanı gəzmək üçün Rəbbin göndərdikləridir” deyə açıqladı. Mərsin ağaclarının arasında  dayanmış Rəbbin mələyinə "Dünyanı gəzdik" dedilər, "Budur, bütün dünya xoşbəxtlik və təhlükəsizlik içindədir!" (Zəkəriyyə, 1:9-11)
Mələk... bundan sonra belə dedi: "Rəbb... “Güc və qüvvətlə deyil, ancaq Mənim ruhumla bacaracaqsan” deyir. Belə deyir hər şeyə hakim Rəbb”. (Zəkəriyyə, 4:5-6)
Rəbbin mələyi ona görünüb "Ey igid döyüşçü, Rəbb səninlədir" dedi. (Hakimlər, 6:12)
Rəbbin mələyi qadına görünüb "Sonsuz olduğun, uşaq doğmadığın halda hamilə qalıb bir oğlan doğuracaqsan" dedi... Qadın tarlada ikən Allahının mələyi yenə ona göründü... (Hakimlər, 13:3-9)

 

Geri