Tövratda axirətə iman

Tövratda yenidən diriliş

Yer üzünün torpağında yatanların bir çoxu oyanacaq: Kimisi sonsuz həyata, kimisi rüsvayçılığa və sonsuz pisliyə göndəriləcək. (Daniel, 12:2)
"Məzarlarınızı açıb sizi çıxardığım zaman Mənim Rəbb olduğumu anlayacaqsan... Ruhumu içinə qoyacağam, canlanacaqsınız..." belə deyir Rəbb. (Yezekel, 37:13-14)
... Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək. Ey sizlər, torpaq altında yatanlar, oyanın, tərənnümlər söyləyin... torpaq ölülərini həyata qovuşduracaq. (Yeşaya, 26:19)
Ya Rəbb, məni ölülər diyarından çıxardın, həyat verdin mənə, ölüm quyusuna salmadın. (Zəbur, 30:3)
"Sənə gəlincə ey Daniel, son gələnə qədər yoluna davam et. Rahata qovuşacaqsan və günlərin sonunda payına düşən mirası almaq üçün oyanacaqsan". (Daniel, 12:13)

 

 

Tövratda qiyamət günü

İzdihamlar, mühakimə vadisini dolduran nə qədər izdihamlar... Mühakimə vadisində Rəbbin günü yaxınlaşdı. Günəş və Ay qaralır, ulduzların parıltısı görünməz olur… Göy və yer sarsılacaq… (Yoel, 3:14-16)
Göylərdə və yer üzündə qan, atəş və duman sütunlarından əlamətlər göstərəcəyəm. Rəbbin böyük və qorxunc günü gəlmədən əvvəl Günəş qaralacaq, Ay qan rənginə dönəcək... (Yoel, 2:30-31)
Yer üzü önlərində sarsılır, səma titrəyir; Günəş və Ay qaralır, ulduzların parıltısı görünməz olur… Rəbbin o böyük günü nə qorxuncdur! O günə kim dözə bilər? (Yoel, 2:10-11)
Ölüləri çölə atılacaq... Bütün göy cisimləri kiçiləcək, göylər bir rulon kimi büküləcək; göy cisimləri asma və əncir yarpağı kimi töküləcək. (Yeşaya, 34:3-4)
Rəbbin böyük günü yaxındır, yaxındır və çox tez gələr Rəbb gününün səsi! İgid orada acı ilə qışqırar. O gün qəzəb günüdür, çətinlik və darlıq günü, xarabedici və viranlıq günü, qaranlıq və qaraltı günü, buludlar və tünd qaranlıq günüdür; Rəbb deyir ki, "İnsanları elə bir fəlakətə uğradacağam ki, korlar kimi, hara getdiklərini görə bilməyəcəklər. Çünki Mənə qarşı günah işlədilər. Rəbbin qəzəb günündə qızılları da, gümüşləri də onları qurtara bilməyəcək". (Sefanya, 1:14-18)
Ah o gün! Çünki Rəbbin günü yaxın və hər şeyə qadir olan tərəfindən bir dağıdıcı kimi gəlir. (Yoel, 1:15)
… Ölkədə yaşayan hər kəs qorxudan titrəsin. Çünki Rəbbin günü çox yaxınlaşdı, gəlir. (Yoel, 2:1)
… Rəbbin günü yaxındır. Hər şeyə gücü çatanın göndərəcəyi dağıdıcı kimi gəlir o gün. Buna görə, əllərdə dərman qalmayacaq, hər ürək əriyəcək. Hər kəsi dəhşət bürüyəcək, hamısı acı və iztirab içində boğulacaq, doğan qadın kimi qıvrılacaq, çaşqın halda bir-birlərinə baxacaqlar; üzləri qızaracaq. Budur, Rəbbin mərhəmətsiz günü gəlir. Ölkəni viranəyə çevirib içindəki günahkarları ortadan qaldıracağı qəzəb və qızğın hirs dolu gün gəlir. Göydəki ulduzlarla bürclər işıldamayacaq, doğan Günəş qaralacaq, Ay işıq saçmayacaq. Rəbb deyir ki, "Pisliyindən ötrü dünyanı, günahlarından ötrü pisləri cəzalandıracağam. Kibirlilərin həyasızlığını sona çatdıracaq, zalımların qürurunu qıracağam". (Yeşaya, 13:6-11)
Hər şeyə hakim Rəbb deyir ki, "Budur, o gün gəlir, soba kimi yanır. Özünü bəyənmişlərlə pislik edənlər samandan fərqsiz olacaq; o gün hamısı yanacaq. Onlarda nə kök, nə budaq buraxılacaq". (Malaki, 4:1)
Rəbb qalxıb yer üzünü sarsıtmağa başlayınca insanlar Onun dəhşətindən və uca əzəmətindən qaçmaq üçün qayalıq mağaralarda, yeraltı oyuqlarda gizlənəcəklər. (Yeşaya, 2:19)
… O gün işıqlıq deyil, qaranlıq olacaq. Necə ki, biri aslanın önündən qaçarkən qarşısına ayı çıxar, evinə dönər. Əlini divara söykəyər və əlini ilan sancar. Rəbbin günü işıqlıq deyil, qaranlıq olmayacaqmı? Həm də zülmət qaranlıq, bir parıltı belə yoxdur. (Amos, 5:18-20)
Hər vadi yüksəldiləcək; hər dağ, hər təpə alçaldılacaq. Beləliklə, kələ-kötür yerlər düzləşdiriləcək, sıldırım yerlər düzənliyə çevriləcək. O vaxt Rəbbin ucalığı görünəcək, bütün insanlar birlikdə onu görəcək. Bunu söyləyən Rəbbdir". (Yeşaya, 40:4-5)
Rəbb uzaqdakı xalqları bir bayraq işarəsi ilə, dünyanın ən uzaq yerindəkiləri fit səsi ilə çağıracaq; sürətlə, dərhal gələcəklər... Torpağa baxan biri qaranlıq və sıxıntı görəcək. İşıq qaranlıq buludlarla örtüləcək. (Yeşaya, 5:26, 30)

 

 

 

Tövratda hesab günü

İzdihamlar, mühakimə vadisini dolduran nə qədər izdihamlar... Mühakimə vadisində Rəbbin günü yaxınlaşdı. (Yoel, 3:14)
Sən ey hörmətsiz (Allahın hökmlərinə uymayan)... günün yaxınlaşdı, sonda mühakimə günün gəldi. Hakim Rəbb belə deyir: … Artıq əvvəlki kimi olmayacaq. Təvazökar yüksəldiləcək, qürurlu alçaldılacaq. (Yezekel, 21:25-26)
Çünki bütün millətlər üçün Rəbbin günü yaxındır; sən necə etdinsə, sənə elə ediləcək; işlədiyinin qarşılığı özünə dönəcək. (Avdiya, 1:15)
Pislər belə deyil, küləyin sovurduğu saman zibilinə bənzərlər. Buna görə, mühakimə olununca bəraət ala bilməzlər; günahkarlar doğrular birliyində yer tapa bilməzlər. Çünki Rəbb doğruların yoluna diqqət edər, pislərin yolu isə ölümə aparar. (Zəbur, 1:4-6)
Ədalətli mühakimələri ilə Rəbb Özünü göstərdi, pislər öz qurduqları tələyə düşdü. Pislər ölülər diyarına (Cəhənnəmə) gedəcək, Allahı unudan bütün xalqlar... (Zəbur, 9:16-17)
Doğru adama yaxşılıq görəcəyini söyləyin. Çünki yaxşılıqlarının meyvəsini yeyəcək. Vay pislərin halına! Pislik görəcəklər, etdiklərinin qarşılığını alacaqlar. (Yeşaya, 3:10-11)
… Onların günü yaxınlaşdı, sonunda mühakimə günləri gəldi. (Yezekel, 21:29)
… Peyğəmbərlərinin xəbərdar etdiyi kimi, cəzalandırılacaqları gün gəlib çatdı. Qarışıqlıq içindədirlər indi. (Əyyub, 7:4)
Rəbbin böyük günü yaxınlaşdı, yaxınlaşdı və tez gəlir. Dinləyin, Rəbbin günündə ən igid əsgər belə acı ilə fəryad edəcək. Əzab günüdür o gün! Acı və sıxıntı, bəla və fəlakət, zülmət qaranlıq bir gün olacaq; buludlu, tünd qaranlıq bir gün... Korlar kimi hara getdiklərini görə bilməyəcəklər... Rəbbin əzab günündə qızılları da, gümüşləri də onları qurtara bilməyəcək. (Sefanya, 1:14-18)

 

 

Tövratda Cəhənnəm

(Tövratda keçən “ölülər diyarı” ifadələri “Cəhənnəm” mənasında istifadə edilmişdir)

... Dinsizləri titrəməyə başladı: "Hər şeyi yeyən atəşin yanında hansımız otura bilərik? Sonsuza qədər sönməyəcək alovun yanında hansımız yaşaya bilərik?" deyə soruşurlar. (Yeşaya, 33:14)
Dönüşü olmayan yerə getmədən əvvəl, qaranlıq və ölüm kölgəsi diyarına, zülmət qaranlıq diyarına, ölüm kölgəsi və qarışıqlıq diyarına, işıqlığın qaranlığı xatırlatdığı yerə (Cəhənnəmə). (Əyyub 10:21-22)
... Kimisi sonsuz həyata (Cənnətə), kimisi rüsvayçılığa və sonsuz pisliyə göndəriləcək. (Daniel, 12:3)
Quraqlıq və istinin əriyən qarı götürüb apardığı kimi, ölülər diyarı (Cəhənnəm) da günahkarları götürüb aparar. (Əyyub, 24:19)
Bir buludun dağılıb getməsi kimi, ölülər diyarına (Cəhənnəmə) enən bir daha çıxmaz. (Əyyub, 7:9)
Ölüm və bəla diyarı (Cəhənnəm) insana doymaz... (Süleymanın məsəlləri, 27:20)
Çünki mənə sevgin böyükdür, məni ölülər diyarının (Cəhənnəmin) dərinliklərindən Sən qurtardın. (Zəbur, 86:13)
Onlara üz çevirəcəyəm... atəş onları yenə də yandırıb yox edəcək... (Yezekel, 15:6)
... Sizə qarşı əzabım atəş kimi alovlanıb ölülər diyarının (Cəhənnəmin) dərinliklərinə qədər yanacaq... (Qanunun təkrarı, 32:22)
Buna görə doymaq bilməyən ölülər diyarı ağzını arxasına qədər açdı... Hamısı alçaldılacaq; boyun əydiriləcəklər, lovğa baxışları alçaldılacaq. (Yeşaya, 5:14-15)
... Diri-diri ölülər diyarına (Cəhənnəmə) ensinlər; çünki içləri və evləri pisliklə doludur. (Zəbur, 55:15)
Rəbb öldürər də, dirildər də; ölülər diyarına (Cəhənnəm) endirər və çıxarar. (1 Şamuel, 2:6)
Sahib olduqları hər şeylə birlikdə diri-diri ölülər diyarına (Cəhənnəmə) endilər... (Səhrada saylar, 16:33)
“Bəsdir” deməyən dörd şey vardır: Ölülər diyarı (Cəhənnəm)... (Süleymanın məsəlləri, 30:15-16)
Axmaqların yolu, onların sözünü təsdiqləyənlərin sonu budur. Sürü kimi ölülər diyarına (Cəhənnəmə) süründürüləcəklər… Ölülər diyarı onlara iqamətgah olacaq. Amma Allah məni ölülər diyarının pəncəsindən qurtaracaq və yanına (Cənnətinə) aparacaq. (Zəbur, 49:13-15)
Ancaq ölülər diyarına, ölüm quyusunun (Cəhənnəmin) dibinə endirilmiş olarsan. Səni görənlər baxıb belə düşünəcəklər: "Dünyanı sarsıdan, ölkələri titrədən, yer üzünü səhraya çevirən, şəhərləri yerlə bir edən, məhbusları evlərinə buraxmayan adam bumu?" (Yeşaya 14:15-17)
Günahı yalanla hörülmüş iplərlə, günahı araba kəndiri ilə çəkənlərin vay halına!... Pisə yaxşı, yaxşıya pis deyənlərin, qaranlığı işıq, işığı qaranlıq yerinə qoyanların, acıya şirin, şirinə acı deyənlərin vay halına! Özlərini müdrik görənlərin, ağıllı sananların vay halına! Şərab içməkdən qorxmayanların, içkiləri qarışdırıb içməkdən çəkinməyənlərin, rüşvət uğruna pisi haqlı çıxaranların, haqlıların haqqını əlindən alanların vay halına! Alov-alov yanan atəş samanı necə yeyirsə, quru ot alovun içində necə birdən alovlanıb yox olursa, onlar da kökdən çürüyüb gedəcək, çiçəkləri toz kimi havaya sovrulacaq. Çünki hər şeyə hakim Rəbbin Qanununu rədd etdilər... (Yeşaya, 5:18-24)
… Ya Rəbb, Sənə səslənirəm; pislər utansın, ölülər diyarında (Cəhənnəmdə) səsləri kəsilsin. (Zəbur, 31:17)
Rəbb ölüm və bəla diyarında (Cəhənnəmdə) olanları bilər... (Süleymanın məsəlləri, 15:11)
Rəbb deyir ki, "... Nəfəsiniz sizi yeyən bir atəş olacaq. Xalqlar yanıb kül olacaq, kəsilib yandırılan tikanlı kol kimi olacaq". (Yeşaya, 33:10-12)
... Elçilərinizi də uzaqlara göndərdiniz, ölülər diyarına (Cəhənnəmə) qədər alçaltdınız özünüzü. (Yeşaya, 57:9)
... Sən məni ölülər diyarına (Cəhənnəmə) tərk etməzsən, sadiq qulunun çürüməsinə icazə verməzsən. (Zəbur, 16:10)
Amma pislər bəlaya uğrayacaq; Rəbbin düşmənləri tarla çiçəkləri kimi quruyub gedəcək, tüstü kimi dağılıb yox olacaq. (Zəbur, 37:20)
Amma baş qaldıranlarla günahkarlar birlikdə bəlaya uğrayacaqlar... (Yeşaya, 1:28)
Pislik edənlərə hirslənib kədərlənmə, onlara can yandırma. Çünki pislərin gələcəyi yoxdur, onların çırası sönəcək. (Süleymanın məsəlləri, 24:19-20)
Rəbb sadiq qullarının addımlarını qoruyar, amma pislər qaranlıqda susdurular. Çünki güclə zəfərə çata bilməz insan. (1 Şamuel, 2:9)
Amma pislər çalxalanan dəniz kimidir, o dəniz ki, rahat dayana bilməz, suları palçıq və pislik sovurar. "Pislərə xoşbəxtlik yoxdur" deyir Allahım. (Yeşaya, 57:20-21)
Allahımız Rəbb etdikləri pisliyi öz başlarına gətirəcək, pislikləri üzündən köklərini qurudacaq, bəli, köklərini qurudacaq. (Zəbur, 94: 23)

 

 

Tövratda Cənnət

(Tövratda keçən sonsuz “həyat” və “həyat diyarı” ifadələri Cənnət mənasında istifadə edilmişdir)

... Kimisi sonsuz həyata, kimisi rüsvayçılığa və sonsuz pisliyə göndəriləcək. Müdriklər göy qübbəsi kimi, bir çoxlarını doğru yola çevirənlər ulduzlar kimi sonsuza qədər parlayacaqlar. (Daniel, 12:2-3)
Ağıllı adam yuxarıya, həyata gedən yoldadır; bu da ölülər diyarına enməsini önləyər. (Süleymanın məsəlləri, 15:24)
Həyat diyarında Rəbbin yaxşılığını görəcəyimə şübhə etmirəm. (Zəbur, 27:13)
Yaşayanların diyarında, Rəbbin hüzurunda gedəcəyəm. (Zəbur, 116:9)
… Çünki insan sonsuzluq evinə gedəcək... Torpaq gəldiyi yerə dönmədən, ruh onu verən Allaha dönmədən səni yaradanı xatırla. (Vaiz, 12:5-7)
Amma doğru yolda gedib doğru-dürüst danışan, qaniçənliklə əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qan tökənlərin təlqinlərinə qulaq asmayan, pislik görməyə dözə bilməyən, yüksəklərdə oturacaq; uçurumun başındakı qalalar onun qoruyucusu olacaq, çörəyi təmin ediləcək, heç susuz qalmayacaq. (Yeşaya, 33:15-16)
O gün... özləri üçün seçdiyim ən gözəl ölkəyə, süd və bal axan ölkəyə aparacağıma söz verdim. (Yezekel, 20:6)
"Pislər yıxılıb yox olarlar, lakin salehlərin evi qalar..." (Süleymanın məsəlləri, 12:7)
Ey Allah... öndərlik et mənə sonsuz həyat yolunda! (Zəbur, 139:23-24)
O gün deyəcəklər ki, "Bax, Allahımız budur; Ona ümid bağlamışdıq, bizi qurtardı, Rəbb Odur, Ona ümid bağlamışdıq, Onun xilası ilə sevinib coşaq". (Yeşaya, Bap 25:9)
"Salehin səmərəsi həyat ağacıdır". (Süleymanın məsəlləri, 11:30)

 

 

Hz Adəm və Cənnət bağçası

Rəbb Allah şərqdə, Adendə bir bağça tikdi. Yaratdığı Adəmi oraya qoydu. (Yaradılış, 2:8)
... Rəbb Yahva belə deyir: "Qüsursuzluqda nümunə idin, müdrikliyin və gözəlliyin nöqsansız idi. Sən Allahın bağçası Adendə idin. Yaqut, topaz, ay daşı, sarı yaqut, oniks, yaşma, lacivərd daşı, firuzə, zümrüd və müxtəlif qiymətli daşla bəzənmişdin. Naxış və oyma işlərinin hamısı qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdılar". (Yezekel, 28:12)
Beləcə, Rəbb Allah yaradıldığı torpağı hazırlamaq üçün Adəmi Aden bağçasından çıxardı... (Yaradılış, 3:23)

 

Geri