Tövratda Qurana uyğun ibadətlər

Tövratda qiyam (ayaq üstə durmaq)

... Ayağa qalxıb... Rəbbi yüksək səslə təriflədilər. (2 Salnamələr, 20:19)
... Ayağa qalxıb yüksək səslə Allahları Rəbbə yalvardılar... "Ayağa qalxın!" dedilər, "Başlanğıcdan sonsuza qədər var olan Allahınız Rəbbə təriflər olsun..." (Nehemya, 9:4-5)
... Ayağa qalxdı və üzü üstə yerə qapanıb üç dəfə əyildi. (1 Şamuel, 2:41)

 


Tövratda ruku (əyilib əlləri dizə qoymaq)

… Başqa ilahlara tapınmayıb, önlərində əyilməyib, onlara qulluq etməyib qurban kəsməyəcəksiniz. Yalnız ulu gücü ilə, hər yerə çatan əli ilə sizləri Misirdən çıxaran Rəbbə tapınacaqsınız. Onun qarşısında əyilib Ona qurban kəsəcəksiniz. (2 Padşahlar, 17:35-36)
Adam əyilib Rəbbə tapındı. (Yaradılış, 24:26)
... Sevinclə təriflədilər, başlarını əyib tapındılar. (2 Salnamələr 29:30)
Əyilib Rəbbə tapındım… Rəbbi təriflədim. (Yaradılış, 24:48)
Gəlin, tapınaq, əyilək, bizi yaradan Rəbbin qarşısında diz çökək. (Zəbur, 95:6)
Əyilib tapındılar. Sonra gedib Rəbbin Musa ilə Haruna verdiyi buyruğu nöqsansız yerinə yetirdilər. (Misirdən çıxış, 12:27-28)
Xalq inandı; Rəbbin özləri ilə maraqlandığını, çəkdikləri çətinliyi görmüş olduğunu eşidincə əyilib tapındılar. (Misirdən çıxış, 4:31)
Tövratda səcdə (əyilib alını yerə qoymaq)
... Üzü üstə yerə qapanıb üç dəfə əyildi... (1 Şamuel 20:41)
Ezra uca Allahı, Rəbbi təriflədi. Bütün xalq əllərini qaldırıb "Amin! Amin!" deyə cavab verdi. Birlikdə əyilib, səcdəyə gedərək Rəbbə tapındılar. (Nehemya, 8:6)
Avram (İbrahim) üzü üstə səcdəyə getdi... (Yaradılış ,17:3)
İbrahimin xidmətçisi bu sözləri eşidincə səcdəyə gedib Rəbbə tapındı. (Yaradılış, 24:52)
Musa dərhal səcdə edib tapındı. (Misirdən çıxış, 34:8)
Bunu eşidən Musa üzü üstə səcdə etdi. (Səhrada saylar, 16:4)
Musa ilə Harun üzü üstə səcdə edib "Ey Allah, bütün insan ruhlarının Allahı!" dedilər... (Səhrada saylar, 16:22)
Musa ilə Harun... üzü üstə səcdə etdilər. Rəbbin əzəməti onlara göründü. (Səhrada saylar, 20:6)
Allahın sözlərini eşidən, hər şeyə gücü çatanın təcəllilərini görən, səcdə edən, Allahın gözlərini açdığı adam bildirir. (Səhrada saylar, 24:4)
... O zaman Yeşua üzü üstə səcdə edib Ona tapındı... (Yeşua, 5:14)
Xalq olanları görüncə üzü üstə səcdə etdilər. "Rəbb Allahdır, Rəbb Allahdır!" dedilər. (1 Padşahlar, 18:39)
... Məbəddə onunla birlikdə səcdə etdiyimdə Rəbb bu qulunu bağışlasın. (2 Padşahlar, 5:18)
Allahın... qarşısında başlarını əyib səcdə etdilər. (1 Salnamələr, 29:20)
... Sarayda üzü üstə səcdə etdilər; Rəbbə tapınıb Onu təriflədilər. (2 Salnamələr, 7:3)
... Padşahla yanındakılar səcdə edib tapındılar... Rəbbi tərifləmələrini söylədilər. Onlar da sevinclə təriflədilər, başlarını əyib tapındılar. (2 Salnamələr 29:29-30)
... Səcdə edib tapındı. Dedi ki, "Bu dünyaya çılpaq gəldim, çılpaq gedəcəyəm. Rəbb verdi, Rəbb aldı, Rəbbin adına təriflər olsun!" (Əyyub, 1:20-21)
Bütün padşahlar qarşısında səcdə etsin, bütün xalqlar Ona qulluq etsin! (Zəbur, 72:11)
Rəbb insana boyunduruq asınca insan təkcə oturub susmalı; ümidini kəsmədən səcdə etməlidir. (Mərsiyələr, 3:28-29)

 

 

Tövratda səcdədən sonra oturuş

Gəlin, tapınaq, əyilək, bizi yaradan Rəbbin qarşısında diz çökək. (Zəbur, 95:6)
Hər gün üç dəfə diz çöküb dua etdi, Allahını təriflədi. (Daniel, 6:10)
Axşam tərifi saatı gəlincə… əllərimi dizlərimin üzərinə qoyub Allahım Rəbbə açdım. (Ezra, 9:5)
Süleyman Rəbbə duasını və yalvarışını bitirincə əllərini göylərə açıb dizləri üzərinə qoyub oturduğu Rəbbin qurbangahının önündən qalxdı. (1 Padşahlar, 8:54)
Diz çöküb əllərini göylərə açdı. (2 Salnamələr, 6:13)
Tövratda oruc
Oruc tutduq və bu mövzuda Allahımıza yalvardıq. O da yalvarışımızı cavabladı. (Ezra, 8:23)
... Oruc tutub göylərin Allahına dua etdim. (Nehemya, 1:4)
... O gün axşama qədər oruc tutdular... (1. Hakimlər, 20:26)
... O gün oruc tutdular ... (1 Şamuel, 7:6)
... Çula sarınıb oruc tutmağa başladı. Çul içində yatıb və durub təvazökar bir yol tutdu. (1 Padşahlar 21:27)
Eyni ayın iyirmi dördüncü günü... hamısı oruc tutmuş, çula bürünmüş, başına torpaq səpmişdi. (Nehemya, 9:1)
Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa sənə yazdırdığım Rəbbin sözlərini bükülü kağızdan oxu... Rəbbin qarşısında oruc elan edildi. (Yeremya, 36:6, 9)
Bunun üzərinə üzümü Rəbb Allaha çevirdim. Dua ilə, iltimasla, orucla Ona yalvardım; çul geyinib küldə oturdum. (Daniel, 9:3)
Oruc üçün gün təyin edin, xüsusi bir yığıncaq qurun; yaşlıları və ölkədə yaşayanların hamısını Allahınız Rəbbin məbədinə yığıb Rəbbə yalvarın. (Yoel, 1:14)
Hər şeyə hakim Rəbb deyir ki, "Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları... sevinc, coşğu dolu, gözəl bayramlar olacaq. Bu səbəblə həqiqəti və xoşbəxtliyi sevin". (Zəkəriyyə, 8:19)
Tövratda zəkat-sədəqə ibadəti
Yığımda bağınızı tamamilə toplamayıb, yerə düşən üzümləri yığmayacaqsınız. Onları yoxsullara və qəriblərə buraxacaqsınız... (Levililər, 19:10)
Ölkənizdəki əkinləri biçərkən tarlalarınızı sərhədlərinə qədər biçməyin. Artıq qalan sünbülləri toplamayın. Onları yoxsullara və qəriblərə buraxacaqsınız... (Levililər, 23:22)
Bir qardaşın yoxsullaşıb möhtac olsa, ona kömək etməlisən. Aranızda qalan bir qərib və ya qonaq kimi yaşayacaq. (Levililər, 25:35)
Allahınız Rəbbin sizə verəcəyi ölkənin hər hansı bir şəhərində yaşayan qardaşlarınızdan biri yoxsul olarsa, qəlbinizi qatılaşdırmayın, yoxsul qardaşınıza xəsis davranmayın. Əksinə, əliniz açıq olsun; ehtiyaclarını qarşılayacaq qədər ona borc verin. "Yeddinci il, borcları bağışlama ili yaxındır" deyərək qəlbinizdə pis niyyət saxlamaqdan çəkinin. Belə ki, yoxsul qardaşınıza qarşı xəsis davranıb ona kömək etməkdən qaçmayasınız. Yoxsul qardaşınız sizdən Rəbbə şikayətlənə bilər, siz də günah işləmiş olarsınız. Ona bolluca verin, verərkən qəlbinzdə istəksizlik olmasın. Buna görə Allahınız Rəbb bütün işlərinizdə və əl atdığınız hər şeydə sizi müqəddəs hesab edəcək. Ölkədə həmişə yoxsullar olacaq. Bunun üçün, ölkənizdə yaşayan qardaşlarınıza, yoxsullara, ehtiyacı olanlara əliaçıq davranmağınızı buyururam. (Qanunun təkrarı, 15:7-11)
Sizlər, levililər və aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylərə görə sevinəcəksiniz. Üçüncü il, onluğu vermə ili bütün məhsulunuzun onluğunu bir tərəfə ayırın. Ayırıb bitirəndə onluğu levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verəcəksiniz. Belə ki, onlar da şəhərlərinizdə yeyib doysunlar. Sonra Allahınız Rəbbə "Mənə buyurduğun kimi… verdim" deyəcəksiniz, "Buyruqlarından ayrılmadım, heç birini unutmadım". (Qanunun təkrarı, 11-13)

 

 

Tövratda dəstəmaz

Yuyunmaq üçün tunc bir qab düzəlt. Ayaqlığı da tuncdan olacaq. Hüzur çadırı ilə qurbangahın arasına qoyub içinə su doldur. Harunla oğulları əllərini, ayaqlarını orada yuyacaqlar. Hüzur çadırına girmədən və ya Rəbb üçün yandırılanı təqdim edərək xidmət etmək üçün qurbangaha yaxınlaşmadan əvvəl... əllərini, ayaqlarını yumalıdırlar. Harunla soyunun bütün nəsilləri boyunca davamlı bir qayda olacaq bu. (Misirdən çıxış, 30:18-21)
Harunla oğullarını hüzur çadırının giriş hissəsinə gətirib yu... Qabı hüzur çadırı ilə qurbangahın arasına qoydu, yuyunmaq üçün içinə su doldurdu. Musa, Harun və Harunun oğulları əllərini, ayaqlarını orada yudular. Hüzur çadırına girib qurbangaha yaxınlaşdıqları vaxt Rəbbin Musaya buyurduğu kimi orada yuyundular. (Misirdən çıxış, 40:12, 30-32)
Harunla oğullarını hüzur çadırının giriş hissəsinə gətirib yu. (Misirdən çıxış, 29:4)

 

Geri