Tövratda Qurana uyğun əmr və qadağalar

Yalan danışmamaq

... Bir-birinizə yalan danışmayacaqsınız. Mənim adımla yalan yerə and içməyəcəksiniz... (Levililər, 19:11-12)
Qonşuna qarşı yalan yerə şahidlik etməyəcəksən. (Misirdən çıxış, 20:16; Qanunun təkrarı, 5:20)
Yalandan uzaq durub günahsız və düz adamı öldürməyəcəksiniz. Çünki Mən pis adamı bağışlamam. (Misirdən çıxış, 23:7)
Yalan xəbər daşımayacaqsan, haqsız şahid olmaq üçün pisə əl verməyəcəksən. Pislik üçün çoxluğun arxasında olmayacaqsan və bir mühakimədə ədaləti pozmaq üçün çoxluğun tərəfini tutub söyləməyəcəksən... (Misirdən çıxış, 23:1-2)
İtmiş bir əşya tapıb yalan danışsa, yalan yerə and içsə, yəni insanların işləyə biləcəyi bu günahlardan birini işləsə, günah işləmiş olar və günahkar sayılar... (Levililər 6:3-4)
... Geridə qalanlar haqsızlıq etməyəcək, yalan danışmayacaq, kimsəni aldatmayacaq, tox qarınla yatacaqlar və onları qorxudan olmayacaq. (Sefenya, 3:13)

 

 

Oğurluq etməmək

Oğurlamayacaqsan. (Misirdən çıxış, 20:15; Qanunun təkrarı, 5:19)
Oğurlamayacaqsınız. Hiylə etməyəcəksiniz. Bir-birinizə yalan danışmayacaqsınız. (Levililər, 19:11)
... Evlərə oğru girir, çöldə quldur dəstələri soyğunçuluq edir. Lakin düşünmürlər pisliklərini unutmadığımı. Günahları onları sarımışdır, gözümün önündədirlər. (Huşə, 7:1-2)
Oğurlamaq, adam öldürmək, zina etmək, yalan yerə and içmək, saxta tanrıya büxur yandırmaq, tanımadığınız başqa ilahların ardınca getmək, bütün bu iyrənc işləri etmək üçünmü Mənə aid olan məbədə gəlib önümdə dayanırsınız və təhlükəsizlikdə olduğunuzumu deyirsiniz? (Yeremya, 7:9-10)
Oğruya ortaq olanın düşməni özüdür... (Süleymanın məsəlləri, 29:24)

 

 

Donuz əti yeməmək

Donuz cüt və yarıq dırnaqlıdır, amma gövşəməz. Sizin üçün natəmiz sayılır. Bu heyvanların ətini yeməyəcək, leşinə toxunmayacaqsınız, sizin üçün natəmizdir. (Levililər, 11:7-8)
... Donuz əti yeyərlər; qablarında haram ət var. (Yeşaya, 65:4)
"... Donuz, siçan və digər iyrənc heyvanların ətini yeyənlərin ortasında duranı izləyənlər birlikdə yox olacaqlar" deyir Rəbb. (Yeşaya, 66:17)

 

 

Faizlə pul işlətməmək

Qardaşınıza pul, yemək və ya faiz gətirən başqa bir şey borc verdiyinizdə ondan faiz almayacaqsınız. (Qanunun təkrarı, 23:19)
... Aranızda yaşayan bir yoxsula borc pul versəniz, ona sələmçi kimi davranmayacaqsınız. Üzərinə faiz əlavə etməyəcəksiniz. (Misirdən çıxış, 22:25)
Ondan faiz və qazanc götürmə. Allahından qorx ki, qardaşın yanında həyatını davam etdirə bilsin. Ona faizlə pul verməyəcəksən. Borc verdiyin yeməkdən qazanc götürməyəcəksən. (Levililər, 25:36-37)
Pulunu faizə verməz... Belə yaşayan əsla sarsılmayacaq. (Zəbur, 15:5)
Qardaşlarım, adamlarım və mən borc olaraq xalqa pul və buğda veririk. Gəlin faiz götürməkdən imtina edək! (Nehemya, 5:10)
Deyək ki, ədalətli və doğru olanı edən doğru bir adam var... Faizlə pul verməz. (Yezekel, 18:5, 8)

 

 

Fal, cadu kimi işlərlə məşğul olmamaq

… Kəhanətlə məşğul olmayacaqsınız, falçılıq etməyəcəksiniz. (Levililər, 19:26)
… Fala baxmaq üçün istifadə etdiyi kasa deyilmi bu? Bunu etməklə pislik etdiniz. (Yaradılış, 44:5)
Aranızda… falçı, cadugər, tilsimçi, kahin, ruh çağıran və ya ölülərin ruhlarından soruşan kimsə olmasın. Çünki Rəbb bunları edənlərə nifrət edir. Allahınız Rəbb bu pis adətləri üzündən bu xalqları önünüzdən qovacaq. (Qanunun təkrarı, 18:10-12)
Ölkələrini alacağınız xalqlar cadugərlərin, falçıların öyüdünə qulaq asırlar. Amma Allahınız Rəbb buna izin vermir. (Qanunun təkrarı, 18:14)
... Falçılıq, cadugərlik etdilər. Rəbbin gözündə pis olanı etdilər... (2 Padşahlar, 17:17)
Mən söyləmədiyim halda Rəbbin sözü olduğunu deyirsiniz. Halbuki baxıcılığınız uydurma, etdiyiniz falçılıq yalan deyilmi? Buna görə hakim Rəbb belə deyir: Söylədiyiniz mənasız sözlər, gördüyünüz yalan fikirlərdən ötrü sizə qarşıyam. Belə deyir hakim Rəbb. Əlim uydurma baxıcılıq və yalan falçılıq edən peyğəmbərlərə qarşı olacaq... Bir daha uydurma baxıcılıq və falçılıq etməyəcəksiniz... (Yezekel, 13:7-9, 23)
Sizə gəlincə... falçılarınızı, yuxu yozanlarınızı, kahinlərinizi, cadugərlərinizi dinləməyin!... (Yeremya, 27:9)
Sizinlə bağlı baxıcılıq hiylədir, açılan fal yalandır... Onların günü yaxınlaşdı, sonunda mühakimə günləri gəldi. (Yezekel, 21:29)
Cadu etmək gücünüzü qıracağam, aranızda falçı qalmayacaq. Bütlərinizi, ucaldılmış daşlarınızı götürüb atacağam. Əllərinizlə düzəltdiyiniz bütlərə artıq tapınmayacaqsınız... Söz dinləməyən xalqları hirs və qəzəblə cəzalandıracağam. (Mikeya, 5:12-15)
... Sizə uydurma fikirlərdən, falçılıqdan, boş şeylərdən, ağıllarından keçən xəyallardan danışırlar... Etdikləri pisliyi öz başlarına gətirəcəyəm. (Yeremya, 14:14-16)

 

 

Rüşvət almamaq

Mühakimə edərkən haqsızlıq etməyəcək, kimsəni aldatmayacaqsınız. Rüşvət almayacaqsınız. Çünki rüşvət müdrik adamın gözlərini kor edər, haqlını haqsız çıxarar. (Qanunun təkrarı, 16:19; Misirdən çıxış, 23:8)
Günahsız birini öldürmək üçün rüşvət alana lənət olsun! (Qanunun təkrarı, 27:25)
Amma düz yolda gedib doğru-dürüst danışan, zülmlə əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan... yüksəklərdə oturacaq… Çörəyi veriləcək, heç susuz qalmayacaq. (Yeşaya, 33:15-16)
Çünki üsyanlarınızın çox, günahlarınızın saysız olduğunu bilirəm ey doğru adamı sıxışdıran, rüşvət alan, məhkəmədə məzlumun haqqını yeyənlər! (Amos, 5:12)
... Günahsıza qarşı rüşvət almaz. Belə yaşayan əsla sarsılmayacaq. (Zəbur, 15:5)
... Rüşvət uğruna pisi haqlı çıxaranların, haqlıların haqqını əlindən alanların vay halına! (Yeşaya, 5:22-23)
Ona görə Rəbbdən qorxun, diqqətlə mühakimə edin. Çünki Allahımız Rəbb kimsənin haqsızlıq etməsinə, birisini aldatmasına, rüşvət almasına göz yummaz. (2 Salnamələr, 19:7)
Diqqət yetir, pul səni başdan çıxarmasın, böyük  rüşvət səni sapdırmasın. (Əyyub, 36:18)

 

 

Hiylə etməmək

… Hiylə etməyəcəksiniz… (Levililər, 19:11)
Günahı Rəbb tərəfindən sayılmayan, ruhunda hiylə olmayan insana nə xoş! (Zəbur, 32:2)
Yaxşı adam Rəbbin lütfünə çatar, amma hiyləgəri Rəbb məhkum edər. (Süleymanın məsəlləri, 12:2)

 

 

Cinayət işləməmək

Adam öldürməyəcəksən. (Misirdən çıxış, 20:13; Qanunun təkrarı, 5:17)
Yalandan uzaq duracaq, günahsız və doğru adamı öldürməyəcəksiniz. Çünki Mən pis adamı bağışlamam. (Misirdən çıxış, 23:7)
Oğurlamaq, adam öldürmək, zina etmək, yalan yerə and içmək, saxta tanrıya büxur yandırmaq, tanımadığınız başqa ilahların ardınca getmək, bütün bu iyrənc işləri etmək üçünmü Mənə aid olan məbədə gəlib önümdə dayanırsınız və təhlükəsizlikdə olduğunuzumu deyirsiniz? (Yeremya, 7:9-10)
Oğlum, səni yoldan çıxarmağa çalışan günahkarlara təslim olma. Belə deyə bilərlər: "Bizimlə gəl, adam öldürmək üçün pusquda duraq, zövq üçün günahsızları tələyə salaq". (Süleymanın məsəlləri, 1:10-11)

 

 

Zina etməmək

Zina etməyəcəksən. (Misirdən çıxış, 20:14; Qanunun təkrarı 5:18)
Etdikləri işlər Allahlarına dönməyə imkan vermir, çünki zina ruhu var içlərində, Rəbbi tanımırlar. (Huşə, 5:4)
... Zina ruhu onları sapdırdı, öz Allahlarından ayrılıb zina etdilər. (Huşə, 4:12)
... O biri xalqlar kimi sevinmə, coşma! Çünki öz Allahına vəfasızlıq edərək zina etdin, xırman yerlərinin hamısında zina qazancına könül verdin. (Huşə, 9:1)
... Ölkə zina edənlərlə doludur... İzlədikləri yol pisdir... (Yeremya, 23:10)
Zina edən adam ağıldan məhrumdur. Etdikləri ilə özünü yox edər. Payına düşən dayaq və namussuzluqdur, əsla xilas ola bilməz rüsvayçılıqdan. (Süleymanın məsəlləri, 6:32-33)
Zina edənin gözü alaqaranlıqdadır, "Məni kimsə görməz" deyə düşünər... Qaranlığın dəhşəti ilə dostdurlar. (Əyyub 24:15-17)

 

 

Livatanın qadağan edilməsi

Bir kişi başqa bir kişi ilə cinsi əlaqəyə girsə, ikisi də iyrənclik etmiş olar... (Levililər, 20:13)
Qadınla yatırmış kimi bir kişi ilə yatma. Bu iyrənc işdir. (Levililər, 18:22)

 

 

Qanın qadağan olması

… Qan yeməyəcəksiniz. Yaşadığınız hər yerdə nəsillər boyu bu qanun həmişə etibarlı olacaq. (Levililər, 3:17)
Harada yaşayırsınız yaşayın, heç bir quşun, yaxud heyvanın qanını yeməyəcəksiniz. (Levililər, 7:26)
Amma qan yeməməyə diqqət yetirin… Qan yeməməlisiniz… Qan yeməyəcəksiniz. Belə ki, sizə və sizdən sonra gələn uşaqlarınıza yaxşılıq gəlsin. Beləcə, Rəbbin gözündə doğru olanı etmiş olarsınız. (Qanunun təkrarı, 12:23-25)
Ancaq qan yeməyəcəksiniz… (Qanunun təkrarı, 15:23)

 

 

Ölü heyvan ətinin qadağan olması

Ölü tapılmış və ya vəhşi heyvanlar tərəfindən parçalanmış bir leşi yeyib özünü kirlətməyəcək. Rəbb Mənəm. Kahinlər buyruqlarıma uymadılar... (Levililər, 22:8-9)
Kahinlər ölü tapılmış, yaxud vəhşi heyvan tərəfindən parçalanmış heç bir quşu və heyvanı yeməyəcək. (Levililər, 44:31)
Özlüyündən ölən heç bir heyvanın ətini yeməyəcəksiniz… (Qanunun təkrarı, 14:21)

Yerli olsun, qərib olsun ölü tapdığı və vəhşi heyvanların parçaladığı bir heyvanın leşini yeyən hər kəs… natəmiz sayılacaq… (Levililər, 17:5)

 

Geri