Tövratda Allaha yaxınlıq və iman dərinliyi

Tövratda Allaha yaxınlıq

Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. (Zəbur, 145:18)

Ey qəlbim, tək Allahda hüzur tap, çünki ümidim Ondadır. (Zəbur, 62:5)

Ya Rəbb, bütün varlığımla Sənə yaxınlaşıram. (Zəbur, 25:1)

Bu günki kimi Onun qaydalarına görə yaşamaq və buyruqlarına tabe olmaq üçün, bütün ürəyinizi Allahımız Rəbbə bağlayın. (1 Padşahlar, 8:61)

Məni sevənləri Mən də sevərəm, səylə axtaran Məni tapar. (Süleymanın məsəlləri, 8:17)

Allahınız Rəbbi sevin, sözünə tabe olub Ona bağlanın. Rəbb həyatınızdır... (Qanunun təkrarı, 30:20)

Allahınız Rəbbi unutmamağa diqqət yetirin. Bu gün sizə bildirdiyim buyruqlarında, qanunlarında, qaydalarında zəiflik göstərməyin. (Qanunun təkrarı, 8:11)

Bu günə qədər etdiyiniz kimi, Allahınız Rəbbə möhkəm bağlı qalın. (Yeşua, 23:8)

Qəlblərinizi Rəbbə bağlayın, bundan belə dikbaş olmayın. (Qanunun təkrarı, 10:16)

Tapmaq fürsəti var ikən Rəbbi axtarın, yaxında ikən Ona yalvarın. (Yeşaya, 55:6)

Qəlbim təkcə Allahda hüzur tapar…  (Zəbur, 62:1)

Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. Diləyini yerinə yetirər Özündən qorxanların, fəryadlarını eşidər, onları qurtarar. Rəbb qoruyar Özünü sevən hər kəsi... (Zəbur, 18:20)

Sən ey oğlum Süleyman, atanın Allahını tanı. Bütün qəlbinlə və istəklə Ona qulluq et. Çünki Rəbb hər qəlbi araşdırar, hər fikirdəki məqsədi bilər. Əgər Ona yönəlsən, Özünü sənə tapdırar. Amma Onu buraxsan, səni sonsuza qədər rədd edər. (1 Salnamələr, 28:9)

Yeşua "Buna görə Rəbbdən qorxun, səmimiyyətlə və bağlılıqla Ona qulluq edin" deyə davam etdi, "Atalarınızın... qulluq etdiyi ilahları atın, Rəbbə qulluq edin. (Yeşua, 24:14)

... Allahınız Rəbbi unutmamağa diqqət yetirin. (Qanunun təkrarı, 8:14)

... Allahınız Rəbb sizdən nə istəyir? Tək bunu istəyir: Allahınız Rəbbdən qorxun, Onun yollarında gedin, Onu sevin; bütün qəlbinizlə, bütün canınızla Ona qulluq edin. (Qanunun təkrarı, 10:12)

Allahınız Rəbbdən qorxun, Ona qulluq edin. Ona bağlı qalın və Onun adı ilə and için. (Qanunun təkrarı, 10:20)

Allahınız Rəbbi sevmək, bütün qəlbinizlə, bütün canınızla Ona qulluq etmək üçün, bu gün sizə bildirdiyim buyruqlara yaxşıca qulaq assanız. (Qanunun təkrarı, 11:13)

Allahınız Rəbbin ardınca gedin, Ondan qorxun. Buyruqlarına uyun, Onun sözünə qulaq asın. Ona qulluq edin, Ona bağlı qalın. (Qanunun təkrarı, 13:4)

Amma Sən ya Rəbb, ətrafımda qalxansan (məni qoruyansan), şərəfim və başımı yuxarı qaldıran Sənsən. (Zəbur, 3:3)
Allah qalxan kimi yanımdadır, təmiz qəlbliləri O qurtarar. (Zəbur 7:10)

Sağlamlıq içində yatıram, çünki tək Sən ya Rəbb, təhlükəsizlik içində tutursan məni. (Zəbur, 4:8)

Sənə sığınıram. Rizanı işləməyi mənə öyrət. Çünki Sən mənim Allahımsan... (Zəbur, 143:9-10)

Rəbbi tanıyaq, Rəbbi tanımağa cəhd göstərək. (Huşə, 6:3)

Rəbb deyir ki, "Bu xalq mənə yaxınlaşıb ağızları ilə, dodaqları ilə məni sayır, amma qəlbləri məndən uzaqdır…" (Yeşaya, 29:13)

Rəbb deyir ki, "İnsana güvənən, insanın gücünə söykənən, qəlbi Rəbbdən uzaqlaşan adam lənətlidir. Beləsi çöldəki kol kimidir, yaxşılıq gələndə görməyəcək... (Yeremya, 17:5-6)

… Rəbbin yolunda getdim, Allahımdan uzaqlaşaraq pislik etmədim. (Zəbur, 18:21)

Düzgünlük əkin özünüz üçün, sevgi meyvələri biçin... Çünki Rəbbə yönəlmə zamanıdır... (Huşə, 10:12)

Buna görə Allahına dön sən; sevgiyə, ədalətə sarıl; davamlı Allahını gözlə. (Huşə, 12:6)

Allahın Rəbbə dön... Dualarla gedin, Rəbbə dönün, Ona "Bağışla bütün günahlarımızı" deyin, "Lütf et, qəbul et bizi..." (Huşə, 14:1-2)

Pis adam yolunu, fəsadçı niyyətlərini buraxsın; Rəbbə dönsün, mərhəmət tapar; Allahımıza dönsün, bol-bol bağışlanar. (Yeşaya, 55:7)

Geyimlərinizi deyil, qəlblərinizi parçalayın və Allahınız Rəbbə dönün. Çünki Rəbb lütf edər, acıyar... Sevgisi hədsizdir... (Yoel, 2:13)

 

Tövratda Allaha bağlılıq və sədaqət

Allahınız Rəbbdən qorxun, Ona qulluq edin. Ona bağlı qalın və Onun adı ilə and için. (Qanunun təkrarı, 10:20)

Tabe olmağınız üçün sizə bildirdiyim bu buyruqları nöqsansız yerinə yetirib, Allahınız Rəbbi sevib, yollarında gedib Ona bağlı qalsanız... Heç kim sizə qarşı gələ bilməyəcək. (Qanunun təkrarı, 11:20-22)

Çünki Mən qurbandan deyil, bağlılıqdan xoşlanıram, yandırılası məxluqlardan  çox Məni tanımağınızı istəyirəm. (Huşə, 6:6)

Allahınız Rəbbin ardınca gedin, Ondan qorxun. Buyruqlarına uyun, Onun sözünə qulaq asın. Ona qulluq edin, Ona bağlı qalın. (Qanunun təkrarı, 13:4)

Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı olanları qoruyar... Ey Rəbbə ümid bağlayanlar, güclü və ürəkli olun! (Zəbur, 31:23-24)

Süleyman "Qulun atam Davuda böyük yaxşılıqlar etdin... O Sənə bağlı, doğru, bütün qəlbi ilə dürüst biri olaraq yolunda getdi..." (1 Padşahlar, 3:6)

... Allahınız Rəbbi sevin, tamamilə göstərdiyi yolda gedin, buyruqlarını yerinə yetirin, Ona bağlı qalın, Ona candan və ürəkdən xidmət edin. (Yeşua, 22:5)

Rəbbə çox bağlı idi, Onun yolundan ayrılmadı, Rəbbin Musaya verdiyi buyruqları yerinə yetirdi. (2 Padşahlar, 18:6)

Rəbbə bağlı qalan sizlər isə hələ yaşayırsınız. "Budur, Allahım Rəbbin buyruğu olaraq sizə qayda və qanunlar verdim. Belə ki, mülk əldə etmək üçün gedəcəyiniz ölkədə bunlara tabe olasınız. Onlara möhkəm bağlanın…" (Qanunun təkrarı, 4:4-6)

Bu günə qədər etdiyiniz kimi, Allahınız Rəbbə möhkəm bağlı qalın. (Yeşua, 23:8)

Davranışlarımızı sınayıb nəzərdən keçirək, yenə Rəbbə dönək. (Mərsiyələr, 3:40)

...Çünki İbrahim sözümü dinlədi. Xəbərdarlıqlarıma, buyruqlarıma, qayda və qanunlarıma bağlı qaldı. (Yaradılış, 26:4-5)

Rəbb sadiq qullarının addımlarını qoruyar, amma pislər qaranlıqda susdurular. Çünki güclə zəfərə çata bilməz insan. (1 Şamuel, 2:9)

Buna görə Rəbb... sadiq quluna sədaqət göstərər, qüsursuz olana qüsursuz davranarsan. (2 Şamuel, 22:25-26)

Ya Rəbb... Bütün qəlbləri ilə yolunu izləyən qullarınla etdiyin razılaşmaya (vədinə) bağlı qalarsan. (1 Padşahlar, 8:23)

Ya Rəbb Allah, dini vəzifəlilərin qurtuluşa çatsın, sadiq qulların yaxşılıqlarınla sevinsinlər. (2 Salnamələr, 6:41)

Ey sizlər, Rəbbi sevənlər, pislikdən iyrənin. O, sadiq qullarının canını  qoruyar, onları pislərin əlindən qurtarar. (Zəbur, 97:10)

Yeşua "Buna görə Rəbbdən qorxun, səmimiyyətlə və bağlılıqla Ona qulluq edin" deyə davam etdi..." (Yeşua, 24:14)

 

Tövratda Allaha hörmət göstərmək

Hər şey eşidildi, nəticə budur: Allaha hörmət göstər, buyruqlarını yerinə yetir, çünki hər insanın vəzifəsi budur. (Vaiz, 12:13)

Bütün yer üzü Rəbbdən qorxsun, dünyada yaşayan hər kəs Ona hörmət etsin. Çünki O söyləyincə hər şey var oldu; O buyurunca hər şey meydana çıxdı. (Zəbur, 33:8-9)

... Allaha hörmət göstər... (Vaiz, 5:7)

Ey sizlər, Rəbbdən qorxanlar, Ona tərifləyin!... Onu ucaldın!... Ona hörmət göstərin! (Zəbur, 22:23)

Sənin buyruqlarından zövq alır, onları sevirəm. Hörmət və sevgi hiss edirəm buyruqlarına, dərindən düşünürəm qaydalarını. (Zəbur, 119:47)

Oğlum, Rəbbə… hörmət göstər, baş qaldıranlarla yoldaşlıq etmə. (Süleymanın məsəlləri, 24:21)

… Allahdan qorxanların, Onun qarşısında hörmətlə duranların yaxşılıq görəcəyini bilirəm. (Vaiz, 8:12)

Allahın etdiyi hər şeyin sonsuza qədər sürəcəyini bilirəm. Ona nə bir şey əlavə oluna bilər, nə də ondan bir şey çıxarıla bilər. Allah insanların Özünə hörmət etmələri üçün bunu edir. (Vaiz, 3:14)

 

 

Tövratda iman coşğusu və sevinci

… Allahınız Rəbbdə sevinc tapın, coşun… (Yoel, 2:23)

... Ey Allahım, Sənin istəyini etməkdən zövq alıram mən, Qanunun ürəyimin dərinliyindədir. (Zəbur, 40:8)

…. Sevinc duyuram öyüdlərini izləyərkən, sanki mənim olur bütün xəzinələr. Şərtlərini dərindən düşünürəm, yollarını izləyərkən. Zövq alıram qaydalarından, sözünü unutmayacağam. (Zəbur, 119:14-16)

… Allahınız Rəbb Özünü bütün qəlbinizlə, bütün canınızla sevib-sevmədiyinizi anlamaq üçün sizi sınayır. (Qanunun təkrarı, 13:3)

Pislərin acısı çoxdur, amma Rəbbə güvənənləri Onun sevgisi əhatə edər. Ey doğru insanlar, sevinc qaynağınız Rəbb olsun, coşun; ey ürəyi təmiz olanlar, hamınız sevinin! (Zəbur, 32:10-11)

… Mən bütün qəlbimlə Sənin şərtlərinə uyuram. Onların ürəyi yağ bağladı, mən isə zövq alıram Qanunundan… Qanunun mənim üçün minlərlə qızıl və gümüşdən daha qiymətlidir. (Zəbur, 119:69-72)

Allahınız Rəbbi bütün ürəyinizlə, bütün canınızla, bütün gücünüzlə sevəcəksiniz. (Qanunun təkrarı, 6:5)

Nə xoş o insana ki, pislərin öyüdü ilə getməz, günahkarların yolunda durmaz, istehza edənlərin arasında oturmaz. Ancaq zövqünü Rəbbin Qanunundan alar və gecə-gündüz onun üzərində dərindən  düşünər. (Zəbur, 1:1-2)

Hanna belə dua etdi: "Ürəyim Rəbbdə tapdığım sevinclə coşur; gücümü artıran Rəbbdir. Düşmənlərimin önündə öyünür, xilasınla sevinirəm! Müqəddəslikdə Rəbbin bənzəri yoxdur; bəli, Sənin kimisi yoxdur ya Rəbb! Allahımız kimi dayaq yoxdur". (I. Şamuel, 2:1-2)

Sənin buyruqlarından zövq alır, onları sevirəm. Hörmət və sevgi bəsləyirəm buyruqlarına, dərindən düşünürəm qaydalarını. (Zəbur, 119:47-48)

Çətinliyə, darlığa düşdüm, amma buyruqların mənim zövqümdür. Nəsihətlərin sonsuza qədər doğrudur; mənə ağıl ver ki, yaşayım. (Zəbur, 119:143-144)

Qanunu sevənlər böyük xoşbəxtlik tapar, heç bir şey onları tərpədə bilməz. Ya Rəbb, xilasına ümid bağlayıb buyruqlarını yerinə yetirirəm. Öyüdlərinə candan uyub onları çox sevirəm. (Zəbur, 119:165-167)

Rəbbin Qanunu yetkindir, cana can qatar; Rəbbin buyruqları etibarlıdır, təmiz adama müdriklik verər; Rəbbin qaydaları doğrudur, qəlbi sevindirər; Rəbbin buyruqları safdır, gözləri işıqlandırar. Rəbb qorxusu pakdır, sonsuza qədər qalar, Rəbbin qanunları həqiqi və tamamilə ədalətlidir. Onlara qızıldan, bol miqdarda saf qızıldan çox istək duyular, onlar baldan, süzmə baldan şirindir. (Zəbur, 19:7-10)

Rəbbin işləri böyükdür, onlardan zövq alanlar həmişə onları düşünər. (Zəbur, 111:2)

Öndərlər toplanıb məni pisləsələr belə, mən-qulun Sənin qaydalarını dərindən düşünəcəyəm. Nəsihətlərin mənim zövqümdür, mənə ağıl verirlər. (Zəbur, 119:23-24)

Qaydalarını necə izləyəcəyimi öyrət mənə ya Rəbb, belə ki, onları sonuna qədər izləyim. Anlamağım üçün kömək et, Qanununa tabe olum, bütün ürəyimlə onu yerinə yetirim. Buyruqların yönündə mənə yol göstər, çünki yolundan zövq alıram. (Zəbur, 119:33-35)

Mən quluna verdiyin söz bildirəndə sevgin mənə təskinlik versin. Mehribanlıq göstər mənə yaşayım, çünki Qanunundan zövq alıram. (Zəbur, 119:76-77)

Amma Allahınız Rəbbi axtaracaqsınız. Bütün ürəyinizlə, bütün canınızla axtarsanız, Onu tapacaqsınız. (Qanunun təkrarı, 4:29)

… Onun yanındaydım. Günbəgün sevinclə dolub daşdım, hüzurunda həmişə coşdum. Onun dünyası xoşbəxtliyim, insanları sevincim idi. (Süleymanın məsəlləri, 8:30-31)

Əgər Qanunun zövq qaynağım olmasaydı, çəkdiyim acılardan yox olardım. Şərtlərini əsla unutmayacağam, çünki onlarla mənə həyat verdin. (Zəbur, 119:92-93)

Dodaqlarımdan təriflər axsın, çünki mənə qaydalarını öyrədirsən. Dilimdə sözün ahəngə çevrilsin, çünki bütün buyruqların doğrudur… Xilasından ötrü darıxıram ya Rəbb, Qanunun zövq qaynağımdır. Məni yaşat ki, Səni tərifləyim, hökmlərin mənə köməkçi olsun. (Zəbur, 119:171-175)

Nə xoş Onun öyüdlərinə uyanlara, bütün qəlbi ilə Ona yönələnlərə! (Zəbur, 119:2)

Allahınız Rəbbi sevmək, bütün qəlbinizlə, bütün canınızla Ona qulluq etmək üçün, bu gün sizə bildirdiyim buyruqlara yaxşıca qulaq assanız, Rəbb ölkənizə ilk və son yağışı vaxtında yağdıracaq… (Qanunun təkrarı, 11:13-14)

Ey bütün dünya, Rəbbə sevinc hissləri ucaldın! Ona sevinclə qulluq edin, sevinc səsləri ilə çıxın hüzuruna! Bilin ki, Rəbb Allahdır. Bizi yaradan Odur, biz də Onunuq… Qapılarına təşəkkürlə, həyətlərinə təriflə girin! Şükür edin Ona, adına təriflər söyləyin! (Zəbur, 100:1-4)

Rəbb gücüm və vasitəmdir, O qurtardı məni. Odur Allahım, təriflər deyəcəyəm Ona... ucaldacağam Onu. (Misirdən çıxış, 15:2)

Rəbbdən zövq al. O,  istəklərini yerinə yetirəcək. (Zəbur, 37:4)

Təriflər söyləyin Rəbbə! Nə xoş Rəbbdən qorxan insana, Onun buyruqlarından böyük zövq alana! (Zəbur, 112:1)

Ömrüm boyu Rəbbi tərənnüm edəcək, var olduqca Allahımı ilahilərlə tərifləyəcəyəm… Sevincim Rəbb olsun!... Rəbbə təriflər de ey könlüm! Rəbbə təriflər söyləyin! (Zəbur, 104:33-35)

Nə xoş sevinc səsləndirməyi bilən xalqa ya Rəbb! Üzünün işığında gedərlər. Gün boyunca Sənin adınla sevinər, doğruluğunla ucalarlar. Çünki Sən onların gücü və ucalığısan, lütfün sayəsində gücümüz artar. (Zəbur, 89:15-17)

Səndə nəşə və sevinc tapsın bütün Sənə yönələnlər! "Rəbb ucadır!" desin həmişə Sənin xilasından ötrü darıxana! (Zəbur, 40:16; Zəbur 70:4)

Onda Allahın dininə, nəşə və sevinc qaynağım olan Allaha gedəcəyəm və Sənə ey Allah, Allahım mənim, lira ilə şükür edəcəyəm. (Zəbur 43:4)

Sözlərini tapar-tapmaz uddum; mənə sevinc, qəlbimə sevinc verdi. Çünki Səninəm mən Ya Rəbb, hər şeyə hakim Allah! (Yeremya, 15:16)

Ancaq doğrular sevinsin, bayram etsinlər Allahının qarşısında, sevinclə coşsunlar. Allahı tərənnüm edin, adını ilahilərlə öyün… (Zəbur, 68:3-4)

Ağzımdan çıxan içdən gələn tərifləri qəbul et ya Rəb, mənə hökmlərini öyrət… Nəsihətlərin sonsuza qədər mirasımdır, ürəyimin sevincidir onlar. (Zəbur, 119:108, 111)

Qəlbi sınadığını, düzgünlükdən xoşlandığını bilirəm. Hər şeyi səmimiyyətlə, könüldən verdim. İndi burada olan xalqının Sənə necə istəklə bəxşişlər verdiyini sevinclə gördüm. Ya Rəbb… bu istəyi sonsuza qədər xalqının ürəyində və düşüncəsində tut, onların Sənə bağlı qalmalarını təmin et. Oğlum Süleymana bütün buyruqlarına, xəbərdarlıqlarına, qaydalarına tabe olmaq üçün, hazırlığını etdiyim məbədi qurmaqda istəkli bir ürək ver". (1 Salnamələr, 29:17-19)

Gücümüz olan Allaha sevincinizi dilə gətirin, sevinc səsləndirin Yaqubun Allahına! Çalğıya başlayın, dəf çalın, şirin səsli lira və çənk zingildədin. (Zəbur, 81:1-2)

Ey Allah, təmiz bir qəlb yarat, yenidən qərarlı ruh var et içimdə… Geri ver mənə yaratdığın qurtuluş sevincini; mənə dəstək ol, istəkli bir ruh ver… Dilim Sənin xilasını ilahilərlə tərifləsin. Ya Rəbb, aç dodaqlarımı, ağzım Sənin təriflərini söyləsin. (Zəbur, 51:10-15)

Yaradacaqlarımla sonsuza qədər sevinib coşun... (Yeşaya, 65:18)

Möcüzə nəsihətlərin var, buna görə onlara candan uyuram. Sözlərinin açıqlanması işıqlıq saçır, təmiz insanlara ağıl verir. Ağzım açıq və təngnəfəsəm, çünki buyruqlarından ötrü darıxıram. (Zəbur, 119: 129-131)

Mən də Səni, Sənin sədaqətini çənklə tərifləyəcəyəm ey Allahım, lira çalıb Səni ilahilərlə tərifləyəcəyəm… Səni ilahilərlə tərifləyərkən dodaqlarımla, varlığımla sevincimi dilə gətirəcəyəm, çünki Sən məni xilas etdin. Dilim bütün günü Sənin zəfərindən danışacaq… (Zəbur, 71:22-24)

... Onlar da sevinclə təriflər söylədilər, başlarını əyib tapındılar. (2 Salnamələr, 29:30)

Rəbbi tərifləyib tərənnüm etdilər... hər kəs yüksək səslə Rəbbi tərifləməyə başladı. (Əzra, 3:11)

Xizqiya onlara belə dua etdi: "Müqəddəs yerin qaydaları bildirdikdə təmizlənməmiş belə olsa, Rəbb Allaha, atalarının Allahına yönəlməyə ürəkdən qərarlı olan hər kəsi yaxşı olan Rəbb bağışlasın". (2 Salnamələr, 30:19)

Sözlərim təmiz bir qəlbdən çıxır, dodaqlarım bildiklərini səmimiyyətlə söyləyir. Məni Allahın ruhu yaratdı, Hər şeyə gücü çatanın nəfəsi həyat verir mənə. (Əyyub, 33:3-4)

Xalq verdiyi hədiyyələr üçün sevinirdi. Çünki hər kəs Rəbbə səmimiyyətlə və könüldən vermişdi. Padşah Davud da çox sevincli idi. (1 Salnamələr, 29:9)

Hər istəkli və həvəsli olanlar hüzur çadırının qurulması, xidməti və müqəddəs geyimlər üçün Rəbbə hədiyyə gətirdi. Qadın, kişi hamı istəklə gəldi… (Misirdən çıxış, 35:21-22)

... Rəbbin Musa vasitəsilə etmələrini buyurduğu işlər üçün Rəbbə könüldən gələni təqdim etdilər. (Misirdən Çıxış, 35:29)
Kaş ki, məndən qorxsaydılar və bütün buyruqlarıma tabe olmaq üçün həmişə ürəkdən istəkli olsaydılar! Onda özlərinə və uşaqlarına davamlı yaxşılıq gələrdi. (Qanunun təkrarı, 5:29)

Ya Rəbb, bu qulunun adını ucaltmaqdan sevinc duyan o biri qullarının dualarına qulaq as. Məni bu gün müvəffəqiyyətli et... (Nehemya, 1:11)

… Varlığınla onu sevincə qərq etdin. Çünki padşah Rəbbə güvənər, ucalar ucasının sevgisi sayəsində sarsılmaz. (Zəbur, 21:6-7)

Şeypur çalanlarla tərənnüm edənlər bir ağızdan Rəbbə şükür edib təriflər deməyə başladılar. Şeypur, zəng və çalğılarla birlikdə səsləri ucaldıb Rəbbi belə təriflədilər: "Rəbb yaxşıdır; sevgisi sonsuza qədər qalıcıdır"... (2 Salnamələr, 5:13)

Ömrüm boyu Sənə təriflər deyəcəyəm, Sənin adınla əllərimi qaldıracağam. Bol yeməklərdən doyan kimi doyacağam Səndən, oxuyan dodaqlarla ağzım Sənə təriflər söyləyəcək. (Zəbur, 63:4-5)

Adının ucalığına ilahilər söyləyin, Ona əzəmətli təriflər deyin! (Zəbur, 66:2)

Ucalığını göstər ya Rəbb gücünlə! Tərənnüm edib ilahilərlə tərifləyəcəyik qüdrətini. (Zəbur, 21:13)

... Əkin biçənlərin sevindiyi, qənimət paylaşanların coşduğu kimi, onlar da sevinəcək Sənin qarşında. (Yeşaya, 9:3)

... Levililərlə kahinlər Rəbbi ucaltmaq məqsədi ilə istifadə edilən yüksək səsli çalğılarla hər gün Onu tərifləyirdilər. (2 Salnamələr, 30:21)

Mənimlə birlikdə Rəbbin böyüklüyünü eşitdirin, adını birlikdə ucaldaq. (Zəbur, 34:3)

Bu şərəflə xoşbəxt olsun sadiq qulları, sevinc tərənnümləri oxusunlar yataqlarında! (Zəbur, 149:5)

Qullarım xoşbəxtlik içində tərənnüm edəcək, amma siz ürək ağrısından fəryad edəcək, əzgin bir ruhla səslənəcəksiniz. (Yeşaya, 65:14)

Madam ki, bolluq dövründə Allahınız Rəbbə sevinc və məmnuniyyətlə qulluq etmədiniz, Rəbbin üzərinizə göndərəcəyi düşmənlərə köləlik edəcəksiniz. Ac və susuz, çılpaq qalacaqsınız; hər şeyə ehtiyac hiss edəcəksiniz… (Qanunun təkrarı, 28:47-48)

... "Kədərlənməyin. Rəbbin verdiyi sevinc sizi gücləndirər". (Nehemya, 8:10)

… Allahınız Rəbbi sevin, tamamilə göstərdiyi yolda gedin, buyruqlarını yerinə yetirin, Ona bağlı qalın, Ona candan və ürəkdən xidmət edin. (Yeşua, 22:5)

 

 

Tövratda dərindən düşünməyin əhəmiyyəti

Yatağıma uzananda Səni xatırlayıram, gecə boyunca Səni dərindən düşünürəm. (Zəbur, 63:6)

Ancaq zövqünü Rəbbin Qanunundan alar və gecə-gündüz onun üzərində dərindən düşünər. (Zəbur, 1:2)

Rəbbin işlərini xatırlayacağam. Bəli, keçmişdəki möcüzələrini xatırlayacağam. Etdikləri üzərində dərindən düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə duracağam. (Zəbur, 77:11-12)

Öndərlər toplanıb məni pisləsələr belə, mən qulun Sənin qaydalarını dərindən düşünəcəyəm. Nəsihətlərin mənim zövqümdür, mənə ağıl verirlər. (Zəbur, 119:23-24)

Nə qədər sevirəm Qanununu! Bütün gün düşünürəm onun üzərində. Buyruqların məni düşmənlərimdən müdrik edir, çünki həmişə ağlımdadır onlar. Bütün müəllimlərimdən daha ağıllıyam, çünki nəsihətlərin üzərində düşünürəm. (Zəbur, 119:97-99)
Gün doğulmadan qalxıb kömək diləyirəm, Sənin sözünə ümid bağladım. Verdiyin söz üzərində düşünüm deyə, gecə boyunca yuxu girmir gözümə. (Zəbur, 119:147-148)

Gördüklərimi dərindən düşündüm, seyr etdiklərimdən ibrət götürdüm. (Süleymanın məsəlləri, 24:32)

Allahın etdiyini düşün: Onun əyri yola çevirdiyini kim yönləndirə bilər? Yaxşı gündə xoşbəxt ol, amma pis gündə diqqətlə düşün… (Vaiz, 7:13-14)

Sevinc duyuram öyüdlərini izləyərkən, sanki mənim olur bütün xəzinələr. Şərtlərini dərindən düşünürəm, yollarını izləyərkən. Zövq alıram qaydalarından, sözünü unutmayacağam. (Zəbur, 119:13-16)

Dinlə Əyyub, dayan bir düşün Allahın təccüblü işlərini. (Əyyub, 37:14)

Qanun kitabında yazılanları dilindən salma. Hamısını diqqətlə yerinə yetirmək üçün gecə-gündüz onu düşün. Onda müvəffəqiyyətli olacaq və məqsədinə çatacaqsan. (Yeşua, 1:8)

Keçmiş günləri xatırlayıb, bütün etdiklərini dərindən düşünüb, Əllərinin işinə baxıb fikrə gedirəm. Əllərimi Sənə açıram, qəlbim quru torpaq kimi Sənə susamışdır. (Zəbur, 143:5-6)

Rəbbin işləri böyükdür, onlardan zövq alanlar həmişə onları düşünər. (Zəbur, 111:2)

Tək Rəbbdən qorxun, Ona bağlılıqla və bütün qəlbinizlə qulluq edin. Onun sizlər üçün necə əzəmətli işlər gördüyünü bir düşünün! (1 Şamuel, 12:24)

Sənin buyruqlarından zövq alıb onları sevirəm. Hörmət və sevgi bəsləyirəm buyruqlarına, dərindən düşünürəm qaydalarını. (Zəbur, 119:47-48)

Ürəyim alovlandı içimdə, alovlandı dərindən düşünərkən, bu sözlər çıxdı dilimdən: Bildir mənə ya Rəbb, sonumu, saylı günlərimi; bilim ömrümün nə qədər qısa olduğunu! (Zəbur, 39:3-4)

Etdiklərin nəsildən nəsilə razılıqla xatırlanacaq, güclü işlərin eşitdiriləcək. Düşünəcəyəm möcüzə işlərini. İnsanlar böyüklüyündən, uca əzəmətindən danışacaq. (Zəbur, 145:4-5)

Hər şeyə hakim Rəbb deyir ki, "İndi tutduğunuz yolları yaxşı düşünün!" (Haqqay, 1:5)

“Bu günə qədər olanları yaxşı düşünün… Əllərinizin bütün əməyini səmum yeli ilə, kiflə, dolu ilə cəzalandırdım. Yenə də mənə dönmədiniz”. Rəbb belə deyir. “… olacaqları yaxşı düşünün”. (Haqqay, 2:15-18)

Beləcə, bütün bunları düşünüb daşındım və bu nəticəyə gəldim: Doğrular, müdriklər və etdikləri hər şey Allahın əlindədir… (Vaiz, 9:1)

… hüzurunda düşündükcə qorxuram Ondan. (Əyyub, 23:15)

 

 

Tövratda iman həqiqətlərini təşviq edən izahlar

İç varlığımı Sən yaratdın, anamın rəhmində məni Sən hördün. Sənə təriflər deyirəm, çünki müdhiş və möcüzə yaradılmışam. Necə möcüzə işlərin var! Bunu çox yaxşı bilirəm. Gizli yerdə yaradıldığımda, yerin dərinliklərində hörüldüyümdə, bədənim Səndən gizli deyildi. Hələ bətndə ikən gözlərin gördü məni; mənə ayrılan günlərin heç biri gəlmədən hamısı Sənin kitabına yazılmışdı. (Zəbur, 139:13-16)

Başınızı qaldırıb göylərə baxın. Kim yaratdı bütün bunları? Ulduzları sıra ilə göstərib hər birini adı ilə çağırır. Böyük qüdrəti, üstün gücü sayəsində hamısı öz yerində durur… Əbədi Allah, Rəbb, bütün dünyanı yaradan nə yorular, nə də zəifləyər, Onun bilgisi qavrana bilməz. (Yeşaya, 40:26-28)

Gəmilərlə dənizə çıxanlar, okeanlarda iş görənlər Rəbbin işlərini, dərinliklərdəki möcüzələrini gördülər. (Zəbur, 107:23-24)
Sizi qurtaran, sizi rəhmdə formaya salan Rəbb deyir ki, "Hər şeyi yaradan, göyləri yalnız genişləndirən, yer üzünü yalnız sərən… Rəbb Mənəm". (Yeşaya, 44:24)

Rəbbin işlərini xatırlayacağam. Bəli, keçmişdəki möcüzələrini xatırlayacağam. Etdikləri üzərində dərindən düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə duracağam. (Zəbur 77:11-12)

Ya Rəbb, Allahım, möcüzələrin, düşüncələrin necə də çoxdur bizim üçün; Sənə ortaq qoşulmaz! Eşitdirmək, izah etmək istəsəm etdiklərini, saymaqla bitməz. (Zəbur, 40:5)

Rəbbin işləri böyükdür, onlardan zövq alanlar həmişə onları düşünər. Onun yaratdıqları uca və əzəmətlidir… Rəbb unudulmaz möcüzələr yaratdı; O, mehriban və lütf edəndir. (Zəbur, 111:2-4)

Şükür etsinlər Rəbbə sevgisinə görə, insanların faydası üçün yaratdığı möcüzələrə görə. Çünki O, susamış canın susuzluğunu aparar, ac canı yaxşılıqlarla doyurar. (Zəbur, 107:8-9)

Bol-bol yeyib doyacaqsınız və sizin üçün möcüzələr yaradan Allahınız Rəbbin adını tərifləyəcəksiniz… (Yoel, 2:26)

Düşünəcəyəm möcüzə işlərini; insanlar böyüklüyündən, uca əzəmətindən danışacaq. Gördüyün müdhiş işlərin gücündən danışacaqlar, mən də Sənin böyüklüyünü eşitdirəcəyəm. (Zəbur, 145:5-6)

Çünki Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. (Zəbur, 86:10)

… Qaydalarını öyrət mənə! Şərtlərini anlamağıma kömək et ki, möcüzələrinin üzərində düşünüm. (Zəbur, 119:26-27)

Rəbb Allaha… təriflər olsun, möcüzələr yaradan tək Odur. (Zəbur, 72:18)

Dünyanı yaradan, yerini alsın deyə ona quruluş verən, adı Rəbb olan… (Yeremya, 33:2)

Çünki dağlara quruluş verən, küləyi yaradan, niyyətini insana bildirən, şəfəqi qaranlığa çevirən, dünyanın yüksək yerlərinə ayaq basan bax, Odur; Onun adı Rəbb, hər şeyə hakim Allahdır. (Amos, 4:13)

Ülkər və Orion bürclərini yaradan, zülmət qaranlığı səhərə çevirən, gündüzü gecə ilə qaraldan, dəniz sularını çağırıb yer üzünə tökənin adı Rəbbdir. (Amos, 5:8)

Sizi yaradan, göyləri genişləndirən, dünyanın təməllərini qoyan Rəbbi necə olur ki, unudursınız?... (Yeşaya, 51:13)

Çünki göyləri yaradan Rəbb, dünyanı yaradıb formalaşdıran, gücləndirən, üzərində yaşayış olmasın deyə deyil, yaşayış olsun deyə formalaşdıran Rəbb (Allah Odur) belə deyir: "Rəbb Mənəm, başqası yoxdur. (Yeşaya, 45:18)

İşığı formalaşdıran, qaranlığı yaradan, xoşbəxtliyi və fəlakəti yaradan, bütün bunları edən Rəbb mənəm. (Yeşaya, 45:7)

Məni ana bətnində yaradan onu da yaratmadımı? Rəhmdə bizə quruluş verən O deyilmi? (Əyyub, 31:15)

Eşidən qulağı da, görən gözü də Rəbb yaratmışdır. (Süleymanın məsəlləri, 20:12)

Yeri, göyü, dənizi və içindəki hər şeyi yaradan… (Zəbur, 146:6)

Göyün və yerin yaradılış əhvalatı: Rəbb Allah göyü və yeri yaradanda yer üzündə yabanı bir cücərti, bir ot belə bitməmişdi. Çünki Rəbb Allah hələ yer üzünə yağış göndərməmişdi. Torpağı əkib-becərəcək insan da yox idi. Yerdən yüksələn buxar bütün torpaqları sulayırdı. Rəbb Allah Adəmi torpaqdan yaratdı və burnuna həyat nəfəsini üflədi. Beləcə, Adəm yaşayan varlıq oldu. (Yaradılış, 2:4-7)

Livan sidr ağacından tutmuş divarlarda bitən mərzə otuna qədər bütün ağaclardan danışdığı kimi, heyvanlar, quşlar, sürünənlər və balıqlardan da danışa bilirdi. Süleymanın müdrikliyini eşidən bütün dünya padşahları ona adamlarını göndərirdi. Bütün xalqlardan insanlar gəlib Süleymanın müdrik sözlərini dinləyirdi. (1 Padşahlar, 4:33-34)

Yığımdan əvvəl çiçəklər düşüb üzümlər yetişməyə başlayınca... (Yeşaya, 18:5)

Bağlara gedək səhər erkəndən baxaq, asma tumurcuq verdimi? Budaqları yaşıllaşdımı, narlar çiçək açdımı… Xoş ətirli qoxu saçır mandraqora, qapımızın yanında təzə, quru, hər növ seçmə meyvə var… (Nəğmələr nəğməsi, 7:12-13)

Qoz bağçasına endim, yaşıllaşmış vadini görüm deyə; baxım görüm ki, asma tumurcuq verdimi, narlar çiçək açdımı. (Nəğmələr nəğməsi, 6:11)

Allah "Yer üzü bitkilər, toxum verən otlar, növünə görə toxumu meyvəsində olan meyvə ağacları hasil etsin" deyə buyurdu və elə oldu. (Yaradılış, 1:11)

 

 

Tövratda dünya həyatının keçiciliyi haqqında izahlar

Qəzəbindən qısalır günlərimiz, bir nəfəs kimi tükənir illərimiz. Ömrümüz yetmiş il çəkir, ən çox səksən il, o da sağlam olsaq; ən gözəl illərimiz də zəhmət və kədərlə keçir; tez bitir və uçub gedirik. (Zəbur, 90:9-10)

... Yer üzündəki günlərimiz bir kölgə kimidir, qalıcı deyil. (1 Salnamələr, 29:15)

… Qızılları da, gümüşləri də  qurtara bilməyəcək… (Sefanya, 1:18)

İnsan bir nəfəsi xatırladır, günləri keçici bir kölgə kimidir. (Zəbur, 144:4)

Sümüklərini dolduran gənclik atəşi özü ilə birlikdə torpaqda yatacaq. (Əyyub, 20:11)

… Hər insanın sonu ölümdür, yaşayan hər kəs bunu ağlında saxlamalıdır. (Vaiz, 7:2)

Torpağa dönənə qədər çörəyini alın təri töküb qazanacaqsan. Çünki torpaqsan və torpaqdan yaradıldın, yenə torpağa dönəcəksən. (Yaradılış, 3:19)

Dedi ki, "Bu dünyaya çılpaq gəldim, çılpaq gedəcəyəm. Rəbb verdi, Rəbb aldı, Rəbbin adına təriflər olsun!" (Əyyub, 1:21)

(İnsan) çiçək kimi açıb solar, kölgə kimi gəlib keçər. (Əyyub, 14:2)

Ürəyim alovlandı içimdə, alovlandı dərindən düşünərkən, bu sözlər çıxdı dilimdən: Bildir mənə ya Rəbb sonumu, saylı günlərimi; bilim ömrümün nə qədər qısa olduğunu! Tək bir qarış ömür verdin mənə, bir heçdir həyatım Sənin qarşında. Hər insan bir nəfəsdir yalnız, ən güclü çağında belə. Bir kölgə kimi gəzir insan, boş yerə çırpınır, mal yığır kimə qalacağını bilmədən. Nə gözləyə bilərəm indi ya Rəbb? Ümidim Sənədir. (Zəbur, 39:3-7)

Çünki mayamızı bilir, torpaq olduğumuzu xatırlayır. İnsana gəlincə ota bənzər ömrü tarla çiçəyi kimi sovrular; külək üzərinə əsincə yox olub gedər, olduğu yer onu tanımaz. Amma Rəbb Özündən qorxanları sonsuza qədər sevər... (Zəbur 103:14-18)

Ey bütün xalqlar, dinləyin! Qulaq asın hamınız, ey dünyada yaşayanlar, xalq uşaqları, bəy uşaqları, zənginlər, yoxsullar!... Onlar varlıqlarına güvənir, böyük sərvətləri ilə lovğalanırlar. Heç kim heç kimin həyatının əvəzini ödəyə bilməz, Allaha fidyə verə bilməz. Çünki həyatın fidyəsi böyükdür, heç kim ödəməyə cürət etməməlidir. Belə olmasa, sonsuza qədər yaşayar insan, məzar üzü görməz. Şübhəsiz ki, hamı bilir müdriklərin öldüyünü, axmaqlarla səfehlərin yox olduğunu. Mallarını başqalarına buraxırlar. Məzarları sonsuza qədər evləri, nəsillər boyu iqamətgahları olacaq, torpaqlarına öz adlarını versələr belə. Bütün göstərişinə baxmayaraq ölüb gedən heyvanlar kimi keçicidir insan, … Qorxma biri varlı olsa, evinin əzəməti artsa. Çünki ölüncə heç bir şey apara bilməz, əzəməti onunla məzara getməz. Yaşayarkən özünü xoşbəxt saysa belə, müvəffəqiyyətli olunca təriflər alsa belə... Bütün göstərişinə qarşı, ölüb gedən heyvanlar kimi anlayışsızdır insan. (Zəbur, 49:1-2, 6-20) 

Onlar yox olacaq, amma Sən əbədisən. Hamısı bir geyim kimi köhnələcək. Onları bir cübbə kimi dəyişəcəksən, keçib gedəcəklər. Amma Sən həmişə eynisən, illərin tükənməyəcək. (Zəbur, 102:26-27)

Zənginlik və şərəf, əbədi dəyərlər və bolluq Məndədir. (Süleymanın məsəlləri, 8:18)

Çünki zənginlik əbədi deyil və tac nəsildən nəsilə keçməz. (Süleymanın məsəlləri, 27:24)

Cazibədarlıq hiyləgər, gözəllik faydasızdır; amma Rəbbə hörmətli qadın təriflənməyə layiqdir. (Süleymanın məsəlləri, 31:30)

Zənginliyinə güvənən baş-ayaq gedəcək, halbuki doğrular budağındakı yarpaq kimi inkişaf edəcək. (Süleymanın məsəlləri, 11:28)

Sərvət hiyləgərdir… (Habaqquq, 2:5)

… əldə etdikləri zənginlik uçub getdi. (Yeremya, 48:36)

O gün Rəbb gözəl qolbağları, ayparaları, sırğaları, bilərzikləri, örtükləri, başlıqları, ayaq zəncirlərini, kəmərləri, ətir şüşələrini, musqaları, üzükləri, burun halqalarını, bayram geyimlərini, pelerinləri, şalları, kisələri, əl aynalarını, kətan geyimləri, baş sarğılarını, batistləri ortadan qaldıracaq. Onda gözəl ətirin yerini murdar qoxu, kəmərin yerini ip, qıvrım saçın yerini keçəl baş, bəzəkli geyimin yerini çul, gözəlliyin yerini dağlama izi alacaq. (Yeşaya, 3:18-24)

Qiyamət günü uzaqlardan başınıza fəlakət gəlincə nə edəcəksiniz? Kömək üçün kimə tərəf qaçacaqsınız, sərvətinizi hara saxlayacaqsınız? (Yeşaya, 10:3)

Sərvət göz yumub açana qədər yox olar, qanadlanıb qartal kimi göylərə uçar. (Süleymanın məsəlləri, 23:5)

Qəzəb günü sərvət işə yaramaz, (Süleymanın məsəlləri, 11:4)

Adamın sərvəti gün gələr canına fidyə olar, (Süleymanın məsəlləri, 13:8)

Axar suların, bal və ayran axan dərələrin səfasını sürə bilməyəcək. Zəhmətlə qazandığını yemədən geri verəcək, əldə etdiyi qazancın dadını çıxara bilməyəcək… Sərvəti onu qurtara bilməyəcək. (Əyyub, 20:17-20)

Həyata gücüm tükəndi, günlərim qısaldı, məzar gözləyir məni. (Əyyub, 17:1)

Rəbb, "Ruhum insanda sonsuza qədər qalmayacaq, çünki o, ölümlüdür" dedi… (Yaradılış, 6:3)

Ah çəkib inləyərsən ömrünün son günlərində, ətinlə bədənin tükəndiyində. (Süleymanın məsəlləri, 5:11)

Ölümlü insana güvənməkdən imtina edin. Onun nə dəyəri var ki? (Yeşaya, 2:22)

Çünki kölgə kimi gəlib keçən qısa və faydasız ömründə insana… özündən sonra günün altında nələr olacağını kim söyləyə bilər? (Vaiz, 6:12)

Küləyi tutub ona hakim olmağa kimsənin gücü çatmadığı kimi, ölüm gününə hakim olmağa da heç kimin gücü çatmaz… (Vaiz, 8:8)

İnsanları bir xəyal kimi silib-süpürərsən, səhər bitən ot kimi. Səhər cücərər, böyüyər, axşam solub quruyar. (Zəbur, 90:5-6)

Böyük işlərə girdim. Özümə evlər tikdim, bağlar tikdim. Bağçalar, parklar qurdum, oralara müxtəlif meyvə ağacları əkdim. Qanad, budaq salan meşə ağaclarını sulamaq üçün hovuzlar düzəltdim… Hər kəsdən çox mala, davara sahib oldum. Qızıl-gümüş yığdım; padşahların, ellərin xəzinələrini yığdım… Böyük şöhrətə  qovuşdum… Gözümün istədiyi heç bir şeyi özümdən əsirgəmədim. Könlümü heç bir zövqdən saxlamadım… Etdiyim bütün işlərə, çəkdiyim bütün əməklərə baxanda gördüm ki, hamısı faydasız və küləyi qovmağa cəhd etmək imiş. Günün altında heç bir qazanc yox imiş. (Vaiz, 2:4-11)

... Sahibinin zərərinə yığılan və yox olub gedən sərvət... Anasının rəhmindən çılpaq çıxır insan. Dünyaya necə gəldisə, elə gedər; əməyindən heç bir şey aparmaz əlində. Dünyaya necə gəldisə, elə gedər insan... (Vaiz, 5:13-16)

... Gənclik də, dinclik də faydasızdır. (Vaiz, 11:10)

Gümüş tel qopmadan, qızıl tas qırılmadan, səhəng bulaqda parçalanmadan, quyu çarxı qırılmadan, torpaq gəldiyi yerə dönmədən, ruh onu verən Allaha dönmədən səni Yaradanı xatırla. "Hər şey faydasızdır" deyir Vaiz, "Tam faydasızdır!" (Vaiz, 12:6-8)

 

Geri