Quran və Tövratdakı bənzər ifadələrin bir qismi

Hər şeyin bir kitabda yazılı olması:
TÖVRAT: Gizli yerdə yaradıldığımda, yerin dərinliklərində toxunduğumda vücudum Səndən gizli deyildi. Hələ bətndə ikən Gözlərin gördü məni; mənə ayrılan günlərin heç biri gəlmədən hamısı Sənin kitabına yazılmışdı. (Zəbur, 139:16)
QURAN: Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Yunus surəsi, 61)
Allahın hər yerdə iman edənlərlə birlikdə olması:
TÖVRAT: "Sənə güclü və ürəkli ol demədimmi? Qorxma, çəkinmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlə birlikdə olacaq". (Yeşua, 1:9)
QURAN: (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha surəsi, 46)
İman edənlərin sayılarının az olmasına baxmayaraq həmişə qalib gəlmələri:
TÖVRAT: Quşlular və luvlular çox sayda döyüş arabaları və atlıları ilə böyük bir ordu deyildilərmi? Amma sən Rəbbə güvəndin, O da onları sənə təslim etdi. (2 Salnamələr, 16:8)
QURAN: ... “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 249)
Min illik müddətin Allah qatında bir gün kimi olması:
TÖVRAT: Çünki Sənin gözündə min il əslində keçmiş bir gün, dünən kimi, bir gecə keşiyi kimidir. (Zəbur, 90:4)
QURAN: ... Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)
Günahkarların simalarından tanınması:
TÖVRAT: Üzlərindəki ifadə onlara qarşı şahidlik edir. Sodom kimi günahlarını açıq şəkildə söyləyir, gizləmirlər. Vay onların halına! Çünki bu fəlakəti başlarına özləri gətirdilər. (Yeşaya, 3:9)
QURAN: Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. (Rəhman surəsi, 41)
İnsanın imtahanda olması:
TÖVRAT: Mən Rəbb hər kəsi davranışlarına, etdiklərinin nəticəsinə görə mükafatlandırmaq üçün qəlbi yoxlayar, fikiri sınayaram. (Yeremya, 17:10)
QURAN: ... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)
İnkar edənlərin göndərilən elçilərə istehza etmələri:
TÖVRAT: Amma onlar Allahın elçilərinə istehza edib sözlərini küçümsədilər, peyğəmbərlərini alçaltdılar... (2 Padşahlar, 36: 16)
QURAN: Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər! (Hicr surəsi, 11)
Allahın iman edənlərə yaxınlığı, duaları qəbul etməsi:
TÖVRAT: Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. Diləyini yerinə yetirər. Özündən qorxanların, fəryadlarını eşidib onları qurtarar. Rəbb qoruyar Özünü sevən hər kəsi... (Zəbur, 145:18-20)
QURAN: (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
İnsanın əsl vəzifəsinin Allaha qulluq olması:
TÖVRAT: ... Allahdan qorx və Onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur. (Vaiz, 12:13)
QURAN: Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56 )
    Qəlblərin qatılaşması:
TÖVRAT: Müqəddəs Qanunu və hər şeyə hakim Rəbbin öz Ruhu ilə göndərdiyi, əvvəlki peyğəmbərlər vasitəsilə çatdırdığı sözləri dinləməmək üçün qəlblərini daş kimi qatılaşdırdılar. Buna görə hər şeyə hakim Rəbb onlara çox qəzəbləndi. (Zəkəriyyə, 7:12)
QURAN: Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir! (Bəqərə surəsi, 74)
İnkar edənlərin peyğəmbərləri öldürmələri:
TÖVRAT: ... (Xalq) söz dinləmədi, Sənə baş qaldırdı. Qanununa arxa çevirdilər, Sənə dönmələri üçün özlərini xəbərdar edən peyğəmbərləri öldürdülər... (Nehemya, 9:26)
QURAN: ... Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və  peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına  görə idi. (Bəqərə surəsi, 61)
İman edənlərin Allahın yaratdıqları haqqında dərin düşünmələri:
TÖVRAT: (Rəbbin) Etdikləri üzərində dərin düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə dayanacağam. (Zəbur, 77:12)
QURAN: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Allahın hökmlərini heç kimin dəyişdirə bilməməsi:
TÖVRAT: Allahın etdiyi hər şeyin sonsuza qədər sürəcəyini bilirəm. Ona nə bir şey əlavə oluna bilər, nə də ondan bir şey çıxarıla bilər... (Vaiz, 3:14)
QURAN: Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir! (Ənam surəsi, 115)
Dünyəvi zənginlik axirətdə adama fayda verməz:
TÖVRAT: Rəbbin qəzəb günündə qızılları da, gümüşləri də onları qurtara bilməyəcək… Rəbb ölkədə yaşayanların hamısını qorxunc bir sona uğradacaq. (Sefenya, 1:18)
QURAN: Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar! (Ali-İmran surəsi, 10)
Allahın nemətlərinin sayıla bilməyəcək qədər çox olması:
TÖVRAT: Ya Rəbb, Allahım, möcüzələrin, düşüncələrin necə də çoxdur bizim üçün; Sənə ortaq qoşulmaz! Eşitdirmək, bildirmək istəsəm etdiklərini, saymaqla bitməz. (Zəbur, 40:5)
QURAN: Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)
Allahın dilədiyini ucaldıb, dilədiyini də alçaltması:
TÖVRAT: Hakim olan ancaq Allahdır, birisini alçaldar və birisini yüksəldər. (Zəbur, 75:7)
QURAN: Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!  (Nisa surəsi, 49)
TÖVRAT: O kimisini yoxsul, kimisini varlı edər; kimisini alçaldar, kimisini də yüksəldər… Yer üzünün təməlləri Rəbbindir… (1 Şamuel, 2:7-8)
QURAN: De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali-İmran surəsi, 26)
İnsanların öz etdikləri pisliklərin cəzasını çəkmələri:
TÖVRAT: Başımıza gələnlərə etdiyimiz pisliklər və böyük günahımız səbəb oldu. Sən ey Allahımız, bizi layiq olduğumuzdan daha az cəzalandırdın... (Ezra, 9:13)
QURAN: Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların  ucbatındandır! Allah çoxunu əfv edər. (Şura surəsi, 30)
Əxlaqsızların qaş-göz hərəkətləri ilə razılaşmaları:
TÖVRAT: Ağzında yalanla gəzən adam mənfur və fəsadçıdır. Göz qırpar, bir çox ayaq və əl-qol hərəkətləri edər. Əxlaqsız qəlbində pislik hazırlayar, dayanmadan çəkişmə yaradar. (Süleymanın məsəlləri, 6:12-14)
QURAN: (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)
İnkar edənlərin göz və qulaq hisslərinin yox olması:
TÖVRAT: "Get, bu xalqa bunu eşitdir" dedi, "Eşidib, eşidib, amma anlamayacaqsınız; baxıb,baxıb, amma görməyəcəksiniz!" (Yeşaya, 6:9)
TÖVRAT: Rəbb mənə belə səsləndi: "Adəm oğlu, üsyankar bir xalqın arasında yaşayırsan. Gözləri varkən görmür, qulaqları varkən eşitmirlər. Çünki bu xalq üsyankardır." (Yezekel, 12:1-3)
QURAN: Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.  (Əraf surəsi, 179)
TÖVRAT: Ey karlar, eşidin; ey korlar, baxın görün!... Bir çox şey gördünüz, amma əhəmiyyət vermirsiniz, qulaqlarınız açıqdır, amma eşitmirsiniz. (Yeşaya, 42:18, 20)
QURAN Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 40)
İman edənlərin pisliyə yaxşılıqla cavab vermələri:
TÖVRAT: Düşmənin acıbsa, doyur və susayıbsa, su ver. Bunu etməklə onu utandırarsan və Rəbb səni mükafatlandırar. (Zəbur, 25:21-22)
QURAN: Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)
     Allahın ruzi verən olması:
TÖVRAT: Hər kəsin ümidi Sənədir, onlara yeməklərini vaxtında verən Sənsən... Bütün canlıları doyurarsan istədiklərində. (Zəbur 145:15-16)
QURAN: Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
Heç bir şeyin Allahdan gizli qalmaması:
TÖVRAT: (Allah) Dərin və gizli şeyləri ortaya çıxarar, qaranlıqda nələr olduğunu bilər, ətrafı işıqla əhatə edilmişdir. (Daniel, 2:22)
TÖVRAT: Allah hər işi, hər gizli şeyi mühakimə edəcək, istər yaxşı və ya istər pis olsun. (Vaiz, 12:14)
TÖVRAT: Ağılsızlığımı bilirsən ey Allah, günahlarım Səndən gizli deyil. (Zəbur, 69:5)
QURAN: Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir. (Taha surəsi, 6-7)
QURAN: Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! (İbrahim surəsi, 38)
QURAN: İstər sözünüzü gizli saxlayın, istər açıq deyin. (Allah) ürəklərdə olanları biləndir! (Mülk surəsi, 13)
Heç kim başqasının günahı ilə yüklənə bilməz:
TÖVRAT: … Oğul atasının günahından məsul ola bilməz, ata da oğlunun günahından məsul ola bilməz. Doğru adam doğruluğunun, pis adam pisliyinin qarşılığını alacaq. (Yezekel, 18:20)
QURAN: Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz ... (İsra surəsi, 15)
Allaha təvəkkül etməyənlərin nümunəsi:
TÖVRAT: Allahı unudan hər kəsin sonu belədir, Allahsız insanın ümidi belə yox olar. Onun güvəndiyi şey məhv olar, dayağı isə bir hörümçək torudur. Hörümçək toruna söykənər, amma tor çökər, ona yapışar, amma tor saxlamaz. (Əyyub, 8:13-15)
QURAN: Allahdan başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Ənkəbut surəsi 41)
Yaxşılıq və ya pislik edənlər qarşılığını alacaqlar:
TÖVRAT: Düz adama yaxşılıq görəcəyini söyləyin. Çünki yaxşılıqlarının meyvəsini yeyəcək. Vay pislərin halına! Pislik görəcək, etdiklərinin qarşılığını alacaqlar. (Yeşaya 3: 10-11)
QURAN: Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar! (Yunus surəsi, 26-27)
Günahkarlar dərhal cəzalandırılsaydı, yer üzündə heç kim qalmazdı:
TÖVRAT: Dərinliklərdən Sənə səslənirəm ya Rəbb... Ya Rəbb, Sən günahların hesabını çəksən, kim həyatda qala bilər ya Rəbb? (Zəbur, 130:1-3)
QURAN: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə  bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl surəsi, 61)
Allahın birliyi:
TÖVRAT: Sonunda dünyanın bütün xalqları bilsinlər ki, tək Allah Rəbbdir və Ondan başqa Allah yoxdur. (1 Padşahlar, 8:60)
QURAN: Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.... (Bəqərə surəsi, 163)
Allahın əsirgəyən və sevən olması:
TÖVRAT: ... "Mən Rəbbəm" dedi, "Rəbb acıyan, lütf edən... sevgisi dərindir... Minlərlə insana sevgi göstərər, günahlarını və üsyanlarını bağışlayaram…" (Misirdən çıxış, 34:6)
TÖVRAT: Bütün günahlarını bağışlayan… Odur… Rəbb mehriban və lütf edəndir… Sevgisi dərindir. (Zəbur, 103:3-8)
QURAN: Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir,  sevəndir!” (Hud surəsi, 90)
QURAN: Çox bağışlayan, çox sevən də Odur. (Buruc surəsi, 14)
Allahın Öz yolunda olanları müvəffəqiyyətə çatdırması:
TÖVRAT: Allahın Rəbbin verdiyi vəzifələri yerinə yetir. Onun yollarında get... Allahın qaydalarına, buyruqlarına, qanunlarına və öyüdlərinə tabe ol ki, etdiyin hər şeydə və getdiyin hər yerdə müvəffəqiyyətli olasan. (1 Padşahlar, 2: 3)
QURAN: Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
Allah yeri, göyü və ikisinin arasındakıları yaradandır:
TÖVRAT: Yeri, göyü, dənizi və içindəki hər şeyi yaradan... Odur. (Zəbur, 146:6-7)
QURAN: Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)
İman edənlərin Allaha ümidlə bağlı olmaları:
TÖVRAT: Ümidini Rəbbə bağla, güclü və ürəkli ol; ümidini Rəbbə bağla! (Zəbur, 27:14)
TÖVRAT: Sənə ümid bağlayan heç kim utanmaz… Mənə gerçək yolunda öndərlik et, öyrət məni; çünki məni qurtaran Allah Sənsən. Bütün gün ümidim Sənədir. (Zəbur, 25:3-5)
QURAN: (Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin... (Zumər surəsi, 53)
QURAN: Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh­­mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)
Qulaqları və gözləri yaradandır:
TÖVRAT: Eşidən qulağı da, görən gözü də Rəbb yaratmışdır. (Süleymanın məsəlləri, 20:12)
QURAN: Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi, 78)
Hər şeyin Allahın əmri ilə bir anda olması:
TÖVRAT: ... O söyləyincə hər şey var oldu; O buyurunca hər şey meydana çıxdı. (Zəbur, 33: 9)
QURAN: Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Hidayət verən (doğru yola çatdıran) Allahdır:
TÖVRAT: Etdiyin hər işdə Rəbbi an, O, sənin yolunu düzə çıxarar. "Bütün yollarında onu tanı, O da sənin yollarını yönəldər. (Süleymanın məsəlləri, 3:6)
QURAN: Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. (Nəhl surəsi, 9)
Allah Özünə sığınılandır:
TÖVRAT: Belə dedi: "Rəbb mənim gücüm, sığınacağım, xilaskarımdır... Özünə sığınan hər kəsin qalxanıdır (qoruyucusudur). (2 Şamuel, 22:2, 31)
TÖVRAT: Rəbb yaxşıdır, sığınacaqdır çətinlik anında. Qoruyar Özünə sığınanları. (Nahum, 1:7)
QURAN: Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. (Kəhf surəsi, 27)
QURAN: De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! (Cinn surəsi, 22)
Qiyamət günü yer üzünün düzləşməsi:
TÖVRAT: Hər vadi yüksəldiləcək, hər dağ və hər təpə alçaldılacaq. Beləliklə, kələ-kötür yerlər düzləşdiriləcək, sıldırımlı yerlər düzənliyə çevriləcək. O zaman Rəbbin ucalığı görünəcək... Bunu söyləyən Rəbbdir. (Yeşaya, 40:4-5)
QURAN: O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənara) buraxmayacağıq. (Kəhf surəsi, 47)
    Yaşadan və öldürən Allahdır:
TÖVRAT: Artıq anlayın ki, Mən, bəli Mən Oyam, Məndən başqa Allah yoxdur! Öldürən də, yaşadan da, yaralayan da, sağaldan da  Mənəm... (Qanunun təkrarı, 32:39)
TÖVRAT: Rəbb öldürər də, dirildər də... (2 Şamuel, 2: 6)
QURAN: Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz? (Muminun surəsi, 80)
   QURAN: Öldürən də, dirildən də Odur! (Nəcm surəsi, 44)
Allahın bütün canlıları insanlara nemət olaraq verməsi:
TÖVRAT: Budur, yer üzündə toxum verən hər otu, toxumu meyvəsində olan hər meyvə ağacını sizə verirəm. Bunlar yeməyiniz olacaq. (Yaradılış, 1:29)
TÖVRAT: Bütün canlılar yeməyiniz olacaq. Yaşıl bitkilər olmaqla hamısını sizə verirəm. (Yaradılış, 9:3)
QURAN: Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət  vardır, həm də onlardan yeyirsiniz. (Nəhl surəsi, 5)
QURAN: Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur.... (Nəhl surəsi, 13-14)
Allahın istədiyini ucaldıb, istədiyini alçaltması; istədiyinə mülk verməsi:
TÖVRAT: Hakim olan ancaq Allahdır, birisini alçaldar və birisini yüksəldər. (Zəbur, 75:7)
TÖVRAT: O, kimisini yoxsul, kimisini varlı edər; kimisini alçaldar, kimisini yüksəldər. Yer üzünün təməlləri Rəbbindir. (1 Şamuel, 2:7-8)
QURAN: De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali-İmran surəsi, 26)
QURAN: Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz! (Nisa surəsi, 49)
İman edənlərin Allahdan başqa heç kimdən qorxmaması:
TÖVRAT: Qüvvətli və ürəkli olun, çəkinməyin və onların üzlərindən qorxmayın, çünki səninlə birlikdə gedən (sənə dəstək olan) Allahın Rəbbdir, səni boşa çıxarmaz və səni buraxmaz. (Qanunun təkrarı, 31:6)
TÖVRAT: ... Və sənin qarşında gedən (sənə yol göstərən) Rəbbdir. O, səninlə olacaq, səni boşa çıxarmaz və səni buraxmaz, çəkinmə və qorxuya düşmə. (Tensiye 31:8)
TÖVRAT: Güclü və ürəkli olun! Asar şahından və yanındakı böyük ordudan qorxmayın, çəkinməyin. Çünki bizimlə olan, onunla olandan daha üstündür. (2 Salnamələr, 32: 7)
QURAN: Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Ta ha surəsi, 45-46)
QURAN: Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! (Fussilət surəsi, 30)
Göylərdəki nizam:
TÖVRAT: Başınızı qaldırıb göylərə baxın. Kim yaratdı bütün bunları? Ulduzları sıra ilə aşkar edir, hər birini adı ilə çağırır. Böyük qüdrəti, üstün gücü sayəsində hamısı  yerində dayanır. (Yeşaya, 40:26)
QURAN: Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)
Allahın insana şəkil verməsi:
TÖVRAT: ... Ey ağılsız və müdriklikdən məhrum xalq! Sizi yaradan, sizə şəkil verən... Yaradıcınız O deyilmi? (Qanunun təkrarı, 32:6)
QURAN: Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 29)

QURAN: Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.  (Ali-İmran surəsi, 6)

 

Geri